t s

» » Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21-12-2015, 07:27 Yazar:  Sabina Baxılıb: 146 Çap et
Astroloji proqnoz - 21 dekabrQoç[/b] - Uğursuz gündür. Darıxdırıcı və perspektivsiz işlərə çox vaxt sərf etməli olacaqsınız. Ümid etdiyiniz dəstəyi almayacaqsınız. Ona görə də hətta asan məsələlərin həlli belə çox vaxtınızı aparacaq. Maliyyə itkiləri, uğursuz bazarlıqlar mümkündür. Pul və ya dəyərli əşya itkisi də istisna deyil.

Buğa - İnsanlar öz nöqteyi-nəzərlərini müdafiə etməklə yanaşı, nəzakət qaydalarını da unutmayacaq və opponentlərinə qarşı rəhmli olmağa çalışacaqlar. Pisi isə odur ki, vahid rəyə gəlmək, hamını razı salacaq qərarın qəbulu alınmayacaq. Məhz buna görə də bir çox suallar cavabsız qalacaq.

Əkizlər - Sevgililər boş şeylər üstündə küsüşə bilərlər. Amma onların barışması çox ehtiraslı və həyəcanlı olacaq. Bu gün yaxınlarınız üçün hədiyyələr, o cümlədən, bahalı və nadir əşyalar, əntiq şeylər almaq yaxşıdır.

Xərçəng - Yaşlı nəslin nümayəndələri ilə fikir ayrılıqları mümkündür. Sizin bəzi ifadə və hərəkətləriniz şok yaradacaq, mənfi reaksiya doğuracaq. Çətin vəziyyətdə köməyinizə yumor hissi çatacaq. Məhz bu hiss sizi qarşı cinsin bəzi nümayəndələrinin gözündə cazibədar da edə bilər.

Şir - Bu gün işgüzar aktivlik kifayət qədər aşağı səviyyədə olacaq. Ona görə də bu gün çoxlu sayda yaxşı, amma reallaşmayan fikirlərlə yadda qalacaq. Onları çox uzaq müddətə təxirə salmayın. Bir neçə gün sonra bu planlara nəinki qayıda, həm də onları həyata keçirə bilərsiniz.

Qız - Kifayət qədər uğursuz gündür. Prinsipial yeni nəsə istəsəniz də, bunu harada tapmağın lazım olduğunu təxmin edə bilmirsiniz. Hansısa dəyişiklik təşəbbüsləri uğursuzluqla nəticələnəcək. Ünsiyyət baxımından olduqca çətin gündür. Əgər sizə elə gəlirsə ki, kimsə sizi ağzınızı açan kimi başa düşür, ehtiyatlı olun: çox güman ki, həmin adam pis nəsə fikirləşir. Günün ikinci yarısında güclü baş ağrıları mümkündür.

Tərəzi - Ailə üzvləri ilə fikir ayrılıqları mümkündür. Maliyyə və mülklə bağlı məsələlərdə vahid rəyə gəlmək olduqca çətindir. Siz puldan həmişəkindən daşa çox sadəlövhlüklə istifadə edirsiniz. Yaxınlarınız sizi qınayacaq və inadla qənaətə çağıracaqlar.

Əqrəb - sizi xoş təsadüflər və maraqlı görüşlərlə tamamlanan uğurlu gün gözləyir. Bu gün tanışlıqlar asanlıqla baş tutacaq, hətta birinci dəfə gördüyünüz adamlarla da dil tapmaqda çətinlik çəkməyəcəksiniz. Prinsipial yeni nəyəsə başlamaq olar. İstənilən işə yaradıcı yanaşma hədəfə daha tez çatmağa yardım edəcək.

Oxatan - Əlverişli gündür. Çətin, birmənalı olmayan və münaqişəli vəziyyətlərin gözlənilməz həlli mümkündür. Sivri bucaqlar asanlıqla hamarlanacaq, fikir ayrılıqları nadir hallarda yaranacaq. Gün təmaslar və birgə fəaliyyət üçün münasibdir. Müstəqil fəaliyyət isə az maraqlı və darıxdırıcı təsir bağışlayacaq.

Oğlaq - Bu gün kifayət qədər sakit keçəcək, heç nə ilə təəccübləndirməyəcək, məyus etməyəcək və sevindirməyəcək. Bürcün nümayəndələri əvvəlcədən qurulmuş plan üzrə hərəkəti davam etdirəcəklər və bu, onlarda pis alınmayacaq. Lakin yeni imkanlar adətən tam dəyərləndirilmiş olmayacaq və istifadə edilməyəcək. Əgər daha çox çeviklik nümayiş etdirsəniz, gün daha maraqlı ola bilər.

Dolça - Təhsilə başlamaq, tədqiqat və ya yaradıcılıq işlərinə girişmək olar. İri bazarlıqlardan çəkinmək məsləhətdir. Amma kiçik və çox bahalı olmayan şeyləri almaq olar. Aktiv istirahət, gəzinti və səfərlər sevinc bəxş edəcək.

Balıqlar - Bu gün çoxlu yaxşı şey vəd edir. Daha çox şeyə yetişmək üçün tələsin. Əgər tənbəllik etsəniz, çox az uğurla kifayətlənməli olacaqsınız. İş görüşləri, o cümlədən, işə qəbulla bağlı müsahibələr çox yaxşı keçəcək. Hətta istəyinə uyğun iş tapmaqdan əlini üzən Balıqlar da maraqlı təkliflər alacaqlar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:47 Astroloji proqnoz - 26 noyabr Qoç - həm uğurlu, həm də maraqlı gündür. Üstəlik, o, romantik tonlarla bəzənə bilər. Bəzən işləriniz gətirəcək, bəzən isə fenomenal şəkildə gətirəcək. Sanki, heç nə etməyə ehtiyac yoxdur: həyat, onsuz da, sizə rifah gətirəcək. Sizin şən və nikbin ovqıtınız mənfi xarici təsirlərdən qoruyan qalxana
01:00 Aprelin 19-na olan - Astroloji proqnoz Qoç - Bu gün əvvəlkilər qədər yaxşı keçməyəcək. Amma bunun özündə tərifləmək üçün nəsə var. Məsələn, ona görə ki, o, problem gətirməyəcək və ya qəribə görüşlərlə sizi sevindirəcək. Nə vaxtsa, sizə kömək etmiş adamdan dəstək almaq şansı var. Bazarlıq etmək olar. Gün xüsusilə yeni paltar alınması
00:24 Martın 17-nə olan olan - Astroloji proqnoz Qoç - çoxdankı planınızı reallaşdırmağınız baş tutmur. Lakin diqqətinizi cari işlərə yönəldə və onların öhdəsindən uğurla gələ biləcəksiniz. Bu gün enerjinizi dinc məcraya yönəldəcəksiniz. Bilikli insanların və təcrübəli qohumlarınızın məsləhətləri də köməyinizə çatacaq. Günün ikinci yarısında
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
20:30 Mart ayı üçün bürclər nə vəd edir? QOÇ BÜRCÜ Ayın birinci yarısı: Yeni əlaqələr yaratmaq, sədaqətli dostlar əldə etmək üçün bu ərəfə kifayət qədər uğurlu olacaq. Həmkarlarınızla xırda soyuqluğu da başınızdan çıxarmağa çalışın. Martın 3-dən 11-nə qədər təmasda olduğunuz şəxslər ovqatınızın yüksəlməsinə xidmət edəcəklər. Amma

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az