t s

» » GMİİB "Xocalı" abidəsini ziyarət etdi

GMİİB "Xocalı" abidəsini ziyarət etdi

26-02-2015, 21:13 Yazar:  Aygün Baxılıb: 823 Çap et
GMİİB "Xocalı" abidəsini ziyarət etdiXocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev, sədr müavinləri Aysel Vəlizadə və Tural Vəliyev, həmçinin təşkilatın bir qrup üzvü Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı" abidəsini ziyarət ediblər, abidənin önünə qızılgüllər, qərənfillər düzüblər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt ediblər. Fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olub. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutublar.

Bu qırğının nəticəsində 613 nəfər həlak olub. Onların arasında uşaqlar (63 nəfər), qadınlar (106 nəfər), qocalar (70 nəfər) olub. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini,130 uşaq valideynlərindən birini itirib.

487 nəfər yaralanıb. Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulub.


GMİİB "Xocalı" abidəsini ziyarət etdi
GMİİB "Xocalı" abidəsini ziyarət etdi
GMİİB "Xocalı" abidəsini ziyarət etdi
GMİİB "Xocalı" abidəsini ziyarət etdi
GMİİB "Xocalı" abidəsini ziyarət etdi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:18 İlham Əliyev “Xocalı” abidəsini ziyarət etdi Çavuşoğlu da ziyarətə qatılıb. Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib. Mediaxeberleri.az xəbər verir ki, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib. Bakıda rəsmi
00:04 Xocalı soyqırımından 23 il ötür Faciədə 613 Xocalı sakini qətlə yetirilmişdir. Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 23 ili tamam olur. Mediaxeberleri.az xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini
23:28 AMİ-nin Qazax filialında Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir (FOTO - VİDEO) Bu gün Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Mediaxeberleri.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, filialın foyesində faciə ilə bağlı sərgiyə baxışla başlayan tədbir işini böyük akt zalında davam etdirib.
17:21 Xocalı qurbanları BDU-da anıldı Bu gün Bakı Dövlət Universitetində Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Universitetin foyesində faciə ilə bağlı sərgiyə baxışla başlayan tədbir işini böyük akt zalında davam etdirib. BDU-dan Mediaxeberleri.az-a verilən xəbərə görə, Xocalı soyqırımında həlak olanların
01:01 Qaradağlı faciəsi - 23 il Ermənilər Xocavənddə əhalini xüsusi amasızlıqla öldürüblər Bu gün Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 23 il ötür. Erməni hərbi birləşmələri Rusiya silahlı qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az