t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Sahibsiz itlər övladlarımız və özümüz üçün ciddi təhlükə mənbəyidir - VİDEO

Sahibsiz itlər övladlarımız və özümüz üçün ciddi təhlükə mənbəyidir - VİDEO

24-05-2023, 08:31 Yazar:  Samir Baxılıb: 160 Çap et
Sahibsiz itlər övladlarımız və özümüz üçün ciddi təhlükə mənbəyidir - VİDEO
Ağstafa rayon mərkəzindən cəmi 5km məsafədə yerləşən Dağ Kəsəmən kəndindəyik. Burada yaşayan sakinləri narahat edən əsas məsələ, sahibsiz küçə itləridir.

Diillərdə "vəfalı dost" hesab edilən itlər, Dağ Kəsəmən sakinləri üçün sözün əsl mənasında dəvətsiz qonaq sayılır, özü də təhlükəli. Sözsüz ki, onlar insan həyatı üçün real təhlükə yaradır. Çünki bu cür itlər quduzluq və digər yoluxucu xəstəliklərin daşıyıcısı ola bilər. Həmçinin tez-tez sahibsiz itlərin ətrafdakı insanlara hücum etməsini müşahidə edirik. Bu da insanların, xüsusən də valideynlərin narazılığına səbəb olur. Baş verən xoşagəlməz hadisələrdən məlum olur ki, sahibsiz itlər daha çox uşaqlara hücum edir.

Təəssüf ki, son vaxtlar bu kimi faktlar daha da artmaqdadır. Elə ən qorxulusu da hücum edən itin quduz olması təhlükəsidir. Ekspertlər qeyd edirlər ki, quduz itin dişləməsindən sonra insanda quduzluq qeydə alınır və ciddi müalicə olunmazsa, onda kəskin aqressiyanın yaranmasına, ən son nəticədə isə ölümə səbəb olur.

Görülən işlərə baxmayaraq, sahibsiz itlərin yaratdığı təhlükə hələ də qalmaqdadır. Müxtəlif mənbələrin məlumatına görə, hazırda rayon ərazisində minlərlə sahibsiz it var və onların sayı getdikcə artmaqdadır. Ağstafada sahibsiz heyvanların artması sakinlərimiz və paytaxtdan gələn çoxsaylı qonaqlar üçün ciddi təhlükə yaradır. Kəndlərdə, yol kənarlarında, hətta Ağstafa şəhərinin mərkəzində belə sürü ilə gəzən itlərə rast gəlinir.

Axşam saatlarında işıqlandırmanın zəif olduğu məhəllədaxili yollarda sahibsiz itlərin qorxusundan insanlar evdən çıxmağa ehtiyat edirlər. Göründüyü kimi, heç kim sahibsiz itlərin hücumundan sığortalanmayıb və bu, insanlarımızın sağlamlığına açıq-aşkar ciddi təhlükədir.

Sahibsiz itlərlə mübarizə tədbirlərində sıravi vətəndaşlar da fəal iştirak etməlidirlər. Amma təəssüflər olsun ki, bəzən bəzi vətəndaşlar sahibsiz heyvanları küçələrdən yığan şəxslərə mane olurlar. Onlar başa düşmürlər ki, xəstə, sahibsiz itlər övladlarımız, elə özümüz üçün ciddi təhlükə mənbəyidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





Alməmməd Nəbiyev
AzTV




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
15:09 24 APREL 1915-Cİ İL HADİSƏLƏRİ: “ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?.. Əli Həsənov Tarix elmləri doktoru, professor Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
10:40 Masallıda səhiyyə sistemi necə iflic olub... - İDDİA Masallı kimi önəmli bir cənub bölgəsinin neqativ hallar məngənəsində çabalayan səhiyyə şəbəkəsindəki xoşagəlməz hallar barədə, ölkə mətbuatının səhifələrində uzun müddətdir kəskin tənqidli materiallar dərc olunur. Rayon səhiyyəsinin rəhbəri və Mərkəzi Xəstəxananın baş həkimi olan Cəlil Nəzərov da,
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az