t s

» » Boksçularımız ermənilərin dərsini verdilər

Boksçularımız ermənilərin dərsini verdilər

26-02-2015, 20:45 Yazar:  Aygün Baxılıb: 728 Çap et
Boksçularımız ermənilərin dərsini verdilərBolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir.

Mediaxeberleri.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışın ikinci günündə ilk olaraq boksçularımızdan 49 kq çəki dərəcəsində çıxış edən Hacıbaba Fərziyev rinqə çıxıb. Amma həmyerlimiz ümidləri doğrultmayıb. O, ukraynalı Dmitri Zamotayevlə görüşdən məğlub ayrılıb – 1:2.

Milli komandamızın üzvü Elvin İsayev (60 kq) ikinci döyüşündə də qalib gəlib. Son Azərbaycan çempionu Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyan üzərində qələbə qazanıb – 3:0. E.İsayev 1/4 finalda tailandlı Saylom Ardee ilə üz-üzə gələcək.

Yığmamızın Kuba əsilli üzvü Lorenzo Sotomayor da (64 kq) erməni boksçunu mübarizədən kənarlaşdırıb. O, Hovanes Baçkovu 2:1 hesabı ilə üstələyib. L.Sotomayorun 1/4 finaldakı rəqibi braziliyalı Joedison de Xesus olacaq.

69 kq çəki dərəcəsində çıxış edən Roman Zakirov “Baku Fires” klubundan yaxşı tanıdığımız Belarusu təmsil edən Məhəmməd Nuruddinova uduzub – 0:3.

Kamran Şahsuvarlı (75 kq) ilk görüşdə Qazaxıstan milli komandasının üzvü Rüstəm Svayevə məğlub olub – 0:3.

London olimpiadasının iştirakçısı Vətən Hüseynli də (81 kq) yarışa məğlubiyyətlə başlayıb. Həmyerlimiz İsveçrə təmsilçisi Uke Smajli ilə bacara bilməyib – 0:3.

Qadın boksçularımız da “Strandja” turnirində çıxışlarına başlayıblar. Anaxanım Ağayeva (51 kq) irlandiyalı Keyr Smitlə dueldən məğlub ayrılıb – 0:3.

Dünya çempionatının gümüş mükafatçısı Yana Alekseyeva ilk görüşdə bolqarıstanlı Svetlana Kamenova ilə qarşılaşıb. Bərabər döyüşdən sonra hakimlər qələbəni yerli idmançıya veriblər.

Milli komandamızın digər üzvü Anna Əlimərdanova isə (54 kq) yarışa qələbə ilə başlayıb. Boksçumuz Yunanıstan təmsilçisi Aikaterini Koutsoqeorqoponu mübarizədən kənarlaşdırıb – 2:1. A.Əlimərdanova növbəti mərhələdə amerikalı Kristina Kruzla qarşılaşacaq.

Yelena Vıstropova (69 kq) qazaxıstanlı Zarina Soloyevayla, Leyla Cavadova isə (75 kq) belaruslu Viktoriya Kebikava ilə görüşəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:25 Boksçumuzdan qələbə Bu gün qadın boksçularımızdan 3-ü rinqə çıxacaq. Bolqarıstanın paytaxtı Sofiya şəhərində boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib. Mediaxeberleri.z xəbər verir ki, yarışda 34 ölkənin 240 idmançısı qələbə uğrunda mübarizə aparır. Yarışın ilk günündə rinqə çıxan boksçularımızdan
11:02 İlham Zəkiyev dünya kubokunu qazandı (VİDEO) Paralimpiaçımız cüdoçular arasında dünya kuboku yarışlarının qalibi olub Macarıstanın Eger şəhərində paralimpiyaçı cüdoçular arasında dünya kuboku yarışlarında iştirak edən ikiqat paralimpiya çempionu, İlham Zəkiyev bütün rəqiblərini üstələyərək yarışın qızıl medalını qazanıb. Mediaxeberleri.az
02:15 “Baku Fires” Puerto Riko komandasını da məğlub edib Bu gün Quba Olimpiya İdman Kompleksində “Baku Fires” və “Puerto Riko Hurricanes” komandaları arasında keçirilən qarşılaşmada boksçularımız 4:1 hesabı ilə qələbə qazanıblar. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Dünya Boks Seriyası (WSB) Liqasının 6-cı turu çərçivəsində keçirilən görüşdə
23:33 Qadın güləşçimizdən inamlı qələbə Mariya Stadnik vaxtından əvvəl tam üstünlüklə qələbə qazanıb. İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçirilib. Güləş Federasiyasından Mediaxeberleri.az-a verilən məlumata görə, qadın güləşi üzrə yığma komandamız turnirdən tam heyətlə iştirak edib. Güləşçilərimiz

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az