t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün çempionu müəyyənləşib

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün çempionu müəyyənləşib

13-05-2023, 23:29 Yazar:  Samir Baxılıb: 113 Çap et
Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün çempionu müəyyənləşib
Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün çempionu bəlli olub. “Report”un məlumatına görə, 31-ci çempionatın qalibi adına “Qarabağ” yiyələnib.

Ağdam klubu XXXIV turda “Səbail”ə səfərdə 3:0 hesabı ilə qalib gələrək, qızıl medalları rəsmiləşdirib. Komandanın heyətində 71-ci dəqiqədə Bəhlul Mustafazadə, 77 və 86-cı dəqiqələrdə isə Ramil Şeydayev fərqləniblər.

Xallarının sayını 87-yə yüksəldən “Qarabağ” sona iki tur qalmış ən yaxın izləyicisi “Sabah” (77 xal) üçün əlçatmaz olub.


Beləliklə, “köhlən atlar” tarixində 10-cu dəfə Azərbaycan çempionu olub və yeni rekorda imza atıb. Buna qədər rekord 9 çempionluqla “Neftçi”yə məxsus olub.

Qurban Qurbanov isə Ağdam təmsilçisinin sükanı arxasında 9-cu çempionluq sevincini yaşayıb.

“Sabah” cari mövsümü gümüş, “Neftçi” isə bürünc mükafatçı kimi başa vurmağı təmin edib. Bu isə o deməkdir ki, 2023/2024 mövsümündə “Qarabağ” Azərbaycanı UEFA Çempionlar Liqasında, “Sabah” və “Neftçi” isə UEFA Konfrans Liqasında təmsil edəcəklər. Konfrans Liqasına üçüncü vəsiqənin sahibi hələ bəlli deyil.

Qeyd edək ki, XXXIV turun bundan əvvəlki oyunlarında “Zirə” ilə “Kəpəz” 1:1 hesablı heç-heçə ediblər, “Turan Tovuz” səfərdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib. Mayın 14-də “Neftçi” – “Şamaxı”, 17-də isə “Sumqayıt” - “Sabah” görüşləri olacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:58 Çempionlar Liqası: “Qarabağ” Macarıstan klubu ilə heç-heçə edib - YENİLƏNİB "Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. "Köhlən atlar" III təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan və isveçli FIFA referisi Andreas Ekberqin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə
18:30 UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazandı - FOTO Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) idman zalında qadın voleybolçular arasında birinci Liqa Yarışlarına yekun vurulub. Mediaxeberleri.az xəbər verir ki, final görüşündə UNEC və “Azərreyl” komandaları qarşılaşıblar. Maraqla və həyəcanla izlənilən oyunda UNEC komandası 3:0 hesabı ilə
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az