t s

» » Sabiq nazirlər həbs olunur?

Sabiq nazirlər həbs olunur?

20-12-2015, 15:45 Yazar:  Əsmər Baxılıb: 280 Çap et
Sabiq nazirlər həbs olunur?Sabiq milli təhlükəsizlik, eləcə də işdən çıxarılan rabitə və yüksək texnologiyalar naziri (RYTN) haqda həbs qərarı hazırlanır. Məlumata görə, Eldar Mahmudovdan sonra sabiq rabitə naziri Əli Abbasov barəsində də faktiki ev dustağı edilməsi barədə qərar verilib.

Maraqlıdır ki, Ə.Abbasovun uzun illər rəhbərlik etdiyi nazirlikdə MTN generalları da yaxından iştirak ediblər, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyat keçirilib. Yəni indi istintaqın işi o qədər qəlizləşib ki, RTYN-də həbs edilənlər həm də MTN işi üzrə istintaqa da ifadə verməli olurlar. MTN işinə görə həbsdə olanların bəziləri isə Rabitə Nazirliyindəki istintaqda da dindirilirlər. Çünki RYTN-nin rəhbərliyindəki bəzi şəxslər də MTN-in sabiq rəhbərliyinin iş adamlarının sıxışdırılması, vətəndaşların hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi əməllərinə cəlb ediliblər.

Mediaxeberleri.az musavat.com-a istinadən bildirir ki, Eldar Mahmudovu "fağır nazir" kimi tanınan Əli Abbasovla birləşdirən başqa ilginc faktlar da istintaqa məlum olub. Əli Abbasov MTN şefinə çox güvənirmiş. Mahmudov isə əksinə, Ə.Abbasova heç vaxt lazımınca güvənməyib, onu zəif xarakterli hesab etdiyindən nazirlikdə özünə daha etibarlı əlaqələr qurub.

Hazırda bu məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Başlanmış cinayət işi üzrə RTYN-in 10-dan çox əməkdaşı barəsində həbs-qəti imkan tədbiri seçilib.

Dekabrın 4-də Beynəlxalq Bankın İdarə Heyətinin həbs edilən sabiq sədri Cahangir Hacıyev "Eldar Mahmudov haqda ifadə verməmişəm" desə də, qudaların kreditlərin mənimsənilməsində əlaqələri üzə çıxarılması istiqamətində intensiv iş gedir. C.Hacıyevin hələ də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmasının səbəbi həm də bu əlaqələrin çözülməsi ilə bağlıdır.

İstintaqdan bilgili mənbənin sözlərinə görə, C.Hacıyev qudasının kreditlərin verilməsində suçsuz olduğunu həqiqətən də israrlı şəkildə rədd edir. Bu isə daha çox C.Hacıyevin əvvəlcədən hazırlaşdığı "ev tapşırığı" hesab olunur.

Yəni mart ayından dekabradək azadlıqda qalan C.Hacıyev E.Mahmudovu "Beynəlxalq Bank işi"nə qatmamağa çalışsa da, MTN-dəki həbslərdən sonra bu kifayət qədər çətinləşib. Çünki bir neçə sahibkar MTN-in təcridxanasından qurtulmaq üçün borclarını Beynəlxalq Bankdan "götürülmüş" kreditlərlə ödəyiblər. Belə xəbərlər var ki, həbs edilən keçmiş "mahmudovçular" sahibkarlardan kredit sənədinə qol çəkməklə azad edildiklərini istintaqda etiraf ediblər. Yəni C.Hacıyevin qudasını istintaqın əlinə verməməsi, prinsipcə, E.Mahmudovun gələcək taleyində heç nəyi dəyişmir.

Daha bir sensasion məlumat budur ki, hər iki sabiq nazir ilkin olaraq səhlənkarlıq maddəsi ilə həbs ediləcəklər. Çünki hər iki nazirlikdə həbs edilənlərin arasında 6-7 general (MTN), idarə və müəssisə (RYTN) rəhbərləri var. Bu səviyyədə ağır cinayətlərdə sabiq nazirləri "təmiz saxlamaq" cəhdi varsa, bu yenə də onları məsuliyyətdən yayındırmır. Cinayət Məcəlləsində bununla bağlı səhlənkarlıq maddəsi var. Onların ilkin olaraq səhlənkarlıq maddəsi verilməsi iqtidarın da marağındadır. Bu, hər iki quruma nəzarət edən digər orqanların da maraqlarına uyğundur. Onları konkret cinayətlərə görə yox, səhlənkarlığa görə həbs edilməsi "hara baxırdılar" iradları ilə üzləşənləri də rahatladır. İstintaqda isə sabiqlərə ağır ittihamlar irəli sürülə bilər...

Yeri gəlmişkən, YAP icra katibinin müavini Siyavuş Novruzov APA-ya müsahibəsində sabiq nazirlər haqqında da danışıb. "Bəziləri yolunu azdı, tamah ardınca başqa istiqamətə getdilər. Biz də bu gün şahidi oluruq ki, həmin insanlar cəzalandırılırlar. Hər iki qurumda baş verən bu hadisəyə hərə bir cür yanaşır.

Təbii ki, burada xəyanət də, vəzifə səlahiyyətlərini aşma da, cinayət də var və sair. İndi bununla bağlı istintaq gedir və nəticəsi məlum olacaq. Onların verdiyi ifadələr göstərəcək ki, hər iki keçmiş nazir həbs olunacaq, ya yox", - deyə YAP funksioneri bildirib. S.Novruzov aidiyyəti orqanların məsuliyyəti haqda da danışıb. "Aidiyyəti strukturlar gərək vaxtında o qurumlardakı halları görüb, məsələ qaldıraydılar ki, bunlar daha da dərinə getməsinlər", - deyib...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:21 Eldar Mahmudov qudasının yanına göndərilir – gəlişmə Sabiq MTN şefi nazirləri necə işdən çıxardıb - şok adlar; MTN rəhbəri 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilən “prezident Əli İnsanovun baş naziri” kimi Əvəz Ələkbərovun adını çəkib və karyerasını bitirib; Misir Mərdanov haqda da kompromatlar varmış; iqtidar
08:26 Əli Abbasovu bitirən şok səbəb Rabitə və yüksək texnologiyalar naziri də işdən qovuldu; Sabiq nazir istintaqa çağırılanda və ondan hesab sorulanda o, nazirlikdə baş verənlərə nəzarəti itirdiyini etiraf etməyə məcbur olub; məlum olub ki, əsas qərarları Aparat rəhbəri Vidadi Zeynalov verib və nazir buna qarşı çıxmağa cəsarət
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan
19:25 Cahangir Hacıyevlə sabiq deputatın sensasion maxinasiyaları - Milyardlar necə mənimsənilib? “Özləri də çox yaxşı bilirlər ki, Adil Hüseynov 317 milyon, Adil Mikayılov 80 milyon, Erhan Cavad Yavuz 170 milyon, Ratmir Bəkirov 52 milyon manatın üzünü görməyiblər” “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cahangir Hacıyevin bu il martın 18-də istefaya
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az