t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazana bilər - YENİLƏNİB

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazana bilər - YENİLƏNİB

12-05-2023, 18:58 Yazar:  Samir Baxılıb: 124 Çap et
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazana bilər - YENİLƏNİB
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında yarımfinala qədər irəliləyib.

Mediaxeberleri.Az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan idmançı mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Aleksandr Kukolja (Serbiya), Aaron Far (Avstriya) və Peter Palçikə (İsrail) qalib gələn Kotsoyev yarımfinalda Lukaş Krpaleklə (Çexiya) qarşılaşıb.

Əsas vaxtda hesabın açılmadığı görüşün qızıl xal bölümündə qayda pozuntusuna yol verən Azərbaycan təmsilçisi finala çıxmaq şansını itirib. O, üçüncü yer uğrunda qarşılaşmada İlia Sulamanidze (Gürcüstan) ilə üz-üzə gələcək.

10:32

Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Mediaxeberleri.Az xəbər verir ki, bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayacaq

100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev tatamiyə çıxacaq. 25 yaşlı idmançı 1/16 final mərhələsində Aleksandar Kukolya (Serbiya)/Akobir Abubakri (Tacikistan) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:43 Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazandı - YENİLƏNİR Azərbaycan cüdoçusu Turan Bayramov Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb. Mediaxeberleri.Az xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız həlledici görüşdə gürcüstanlı Giorgi Sardalaşviliyə qalib gəlib. Qadınların yarışında Gültac
09:14 Qran-pridə Azərbaycanın 9 yunan-Roma güləşçisindən 8-i medal qazandı Bu gün Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisinə yekun vurulacaq. Mediaxeberleri.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutur. 60 kq-da A qrupunda yer alan Murad Məmmədov ilk görüşdə ispaniyalı idmançını elə ilk hissədə tam üstünlüklə məyus
21:37 Qran-pridə Azərbaycanın 9 yunan-Roma güləşçisindən 8-i medal qazandı Bu gün Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisinə yekun vurulacaq. Mediaxeberleri.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutur. 60 kq-da A qrupunda yer alan Murad Məmmədov ilk görüşdə ispaniyalı idmançını elə ilk hissədə tam üstünlüklə məyus
07:56 2020-ci ildə Azərbaycanı gözləyən mötəbər yarışlar - SİYAHI Azərbaycan idmançıları 2020-ci ildə yenidən arenalarda öz sözlərini deməyə çalışacaq. Bunun üçün bu il Azərbaycanı hansı mötəbər turnirlərin gözlədiyini bilmək lazımdır. Əlbəttə ki, 2020-ci il deyəndə dünyanın bütün gözünün olacağı Tokio Yay Olimpiya Oyunları kimi mötəbər turnir yada düşür. 24
00:30 Cüdoçumuz "Böyük Dəbilqə" turnirində medal qazandı Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb. Mediaxeberleri.az verir ki, 73 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı ardıcıl ikinci il Düsseldorfda fəxri kürsüyə yüksəlib. Mübarizəyə 1/16 final mərhələsindən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az