Media Xəbərləri » Mədəniyyət » YURDUN ADINI UCALDANLAR - Azərbaycanın qabaqcıl maarif xadimi, tanınmış pedaqoq Salman Çəndirli
YURDUN ADINI UCALDANLAR - Azərbaycanın qabaqcıl maarif xadimi, tanınmış pedaqoq Salman Çəndirli
2-05-2023, 13:54
Yazar: Samir
Baxılıb: 348
Çap et

Salman Çəndirli - 100
Qazax mahalı tarixə çox görkəmli şəxsiyyətlər bəxş edən bölgələrimizdəndir. Bu bölgədən çıxan şairlərin, yazıçıların və alimlərin Azərbaycan mədəniyəti və elmində müstəsna yerləri vardır. Bu şəxsiyyətlərdən biri də Salman Mehdi oğlu Çəndirlidir.
Salman Mehdi oğlu Çəndirli 1923-cü il may ayının 5-də Qazax rayonunun Yenigün kəndində dünyaya göz açıb.
SSRİ Maarif əlaçısı ,Azərbaycanın Qabaqcıl Maarif Xadimi, "Qirmızı Əmək Bayrağı"ordenli, 17 fəxri fərmanla təltif olunmuş, yüzlərlə metodiki məruzə və çıxışların müəllifi, bir çox iş təcrübəsiylə sovetlər birliyində tanınmış, böyük hörmət və nüfuzla qısa ömür sürmüş, xalqına , dövlətinə, gənc nəslin təlim tərbiyəsində əvəzsiz xidmətləri olmuşdu.
Qazaxda ilk dəfə "Beynəlmiləl Dostluq Klubu"nun rəhbəri kimi gənc nəslin beynəlmiləlçilik ruhunda tərbiyə olunmasında böyük rolu olmuşdu. O dəfələrlə Ümumittifaq müşavirə və konfransların iştirakçısı olmaqla məzmunlu çıxışlar etmiş, yüzlərlə faydalı metodiki məruzələrin müəllifi olmuşdu. Onun elmi və pedaqoji məqalələri Moskva, Alma-Ata, Daşkənd, Aşqabad, Zaporojye və digər şəhərlərin pedaqoji mətbuatında dərc olunub.
Atam , kiçik leytenant Böyük Vətən müharibəsində məharətlə döyüşüb, 3 dəfə ağır yaralanıb."Qızıl ulduz "ordeni, "Döyüş qabiliyyəti", " Qafqazın müdafiəsinə görə","Almaniya üzərində qələbə" və bir çox yubiley medallarlyla təltif olunmuşdu. O Allah tərəfindən ayrılmış bir insan ömrünü ləyaqətlə, şərəflə yaşayıb.
Xoşbext o insandır ki, cismani ömrünü başa vurduqdan sonra mənəvi ömrü davam edir !
Müəllif: İradə Çəndirli
www.mediaxeberleri.az
Öz şərhini bildir: