t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Kürü yeyən nazir də 15 manat, quru çörəklə oruc tutan da? - İlahiyyatçıdan etiraz

Kürü yeyən nazir də 15 manat, quru çörəklə oruc tutan da? - İlahiyyatçıdan etiraz

21-04-2023, 01:43 Yazar:  Samir Baxılıb: 340 Çap et
Kürü yeyən nazir də 15 manat, quru çörəklə oruc tutan da? - İlahiyyatçıdan etiraz
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası builki fitrə məbləği ilə bağlı fətva verib.

Fətvada adambaşına 10-15 manat fitrə çıxarılması tövsiyə olunub. Açıqlamaya görə, fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.

Fitrə zəkatının adambaşına düşən məbləği isə insanlar arasında birmənalı qarşılanmayıb.

Bəs, hər kəs açıqlanan məbləğdə fitrə verməyə məcburdur? Ümumiyyətlə, fitrə zəkatı necə hesablanmalıdır?

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan Bakupost.az -a açıqlama verib.

Onun sözlərinə görə, bu kimi məsələlərdə məbləğ açıqlamaq dinə zidd hesab olunur:

“Bilmirəm, bu məbləği hansı meyarlara əsaslanaraq təyin ediblər. Bu dinə zidd bir şeydir. Bəzi şəxslər hər şeyi alverlə ölçməyə öyrəşib. O fətvanı verənlərin azad fikirləri yoxdur. İran müctəhidlərinə təqlid edirlər. Bunu da gizlətmirlər”.

İlahiyyatçı, fitrə zəkatının verilmə qaydası haqqında da danışıb:

“Fitrə zəkatı adambaşına 3 kiloqram buğda, xurma, arpa, kişmiş, qarabaşaq kimi ərzaqlardan verilməlidir. O zaman Ərəbistanda o cür qidalar olduğu üçün Peyğəmbərimiz belə buyurub. Amma indi nazirlər var ki, oturub gündə kürü yeyir. O da 3 kiloqram buğdanın pulunu versin? Kürünün kiloqramı ən azı 500 manatdır, 3 kiloqramı da 1500 manat edir. Bu cür ölçülməlidir”.

Tural İrfan sonda bildirib ki, imkanı zəif olan ailələrin bu məbləği qarşılaması qeyri-mümkündür:

“Bizdə oruc tutanların 80 faizinin özünə fitrə zəkatı verilməlidir. Quru çörəklə oruc tutan adam tanıyıram. Ailəsində də 7 nəfər var. O necə adambaşına 15 manatdan fitrə versin? Bu dinə də, ölkəmizdəki sosial vəziyyətə də uyğun deyil. Hərə öz imkanı daxilində verməlidir. Bir adam bir ay ərzində nə ilə qidalanıbsa, həmin qidadan da adambaşına 3 kiloqram fitrə verə bilər”.
Aynur İbrahim




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:43 İRAN: MƏHƏMMƏDİN DİNİNİ DƏ, ŞAH İSMAYILIN MƏZHƏBİNİ DƏ... - Azərbaycan mərkəzli dini inanc iyerarxiyası... olsun, olmasın? Cavid İsmayıl, Tarix üzrə fəlsəfə doktoru Sovet məktəbliləri “Ələmdən nəşəyə” deyəndə gözləri önündə xalq şairi Süleyman Rüstəm canlanardı. Haqqında birmənalı fikir olmasa da, ərəb-fars sözlərindən arınmış qəzəlləri və Cənub həsrətli şeirləri onun Azərbaycan ədəbiyyatı tarixində əbədi qalmasını
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
12:26 QMİ Ramazan ayı ilə bağlı fətva verib Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verib. Fətvanın mətni aşağıdakı kimidir: "Bismillahir-rəhmanir-rəhim! Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən,
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
15:27 Ramazan ayı mayın 27-də başlayır - FƏTVA Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı Fətva verib. Mediaxeberleri.az-ın məlumatına görə, Fətvada bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az