t s

» » Aygün Kazımova ölkədən çıxa bilməyəcək

Aygün Kazımova ölkədən çıxa bilməyəcək

17-12-2015, 12:56 Yazar:  Əsmər Baxılıb: 410 Çap et
Aygün Kazımova ölkədən çıxa bilməyəcəkXalq artisti Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulub.

Mediaxeberleri.az-ın verdiyi xəbərə görə, bu barədə APA-ya açıqlamasında müğənni Natəvan Həbibinin vəkili Fərid Həsənov deyib.

Vəkil bildirib ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsində xalq artisti Aygün Kazımovanın apellyasiya şikayətinə baxılıb. Məhkəmənin qərarı ilə A. Kazımovanın şikayəti təmin edilməyib. Həmin qərardan isə A. Kazımova kassasiya şikayəti verməyib.

“Artıq iş üzrə məhkəmə prosesləri başa çatdığı üçün Aygün Kazımovanın ölkədən çıxışı rəsmən qadağan edilib. Dövlət Sərhəd Xidməti tərəfindən onun ölkədən çıxışına qadağa qoyulub” – deyə vəkil bildirib.

O qeyd edib ki, A. Kazımova məhkəmə qətnaməsini icra etdikdən sonra qadağa götürülə bilər.

Aygün Kazımova isə məsələ ilə danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, müğənni Natəvan Həbibi A. Kazımovaya qarşı iddia ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. N. Həbibi iddia ərizəsində A. Kazımova tərəfindən şərəf və ləyaqətinin təhqir olunduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib. Bunun üçün A. Kazımovanın N. Həbibidən üzr istəməsi tələb olunub.

Məhkəmə N. Həbinin iddiasını təmin edib. Belə ki, məhkəmənin qətnaməsinə görə, xalq artisti Natəvan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. Həmin qətnamədən A. Kazımovanın verdiyi apellyasiya və kassasiya şikayətləri isə təmin edilməyib.

Lakin həmin qətnamə A. Kazımova tərəfindən icra olunmadığı üçün N. Həbibi yenidən məhkəməyə müraciət edib. A. Kazımova məhkəmə qərarını icra etmədiyi üçün onun ölkədən çıxışına qadağa qoyulması istənilib.

Məhkəmə A. Kazımovanın ölkədən çıxışının məhdudlaşdırılması barədə qərar qəbul edib.

Bundan sonra A. Kazımova həmin qərardaddan apellyasiya şikayəti verərək məhdudiyyətin götürülməsini istəyib. Lakin məhkəmə onun şikayətini təmin etməyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:05 Azərbaycanlı fahişələr: Fahişə kimi yanına getdiyim oğlanla evləndik “Ona ağlayaraq hər şeyi danışdım”. Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən 1968-ci il təvəllüdlü Leyli Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Mediaxeberleri.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az