t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » 500 min sənədsiz tikili ilə bağlı YENİ AÇIQLAMA: “Kupça” yalnız bu evlərə veriləcək

500 min sənədsiz tikili ilə bağlı YENİ AÇIQLAMA: “Kupça” yalnız bu evlərə veriləcək

16-03-2023, 23:12 Yazar:  Samir Baxılıb: 100 Çap et
500 min sənədsiz tikili ilə bağlı YENİ AÇIQLAMA: “Kupça” yalnız bu evlərə veriləcək
2023-cü ilin mart ayının 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək.

Bu fikirlər dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə dəyişikliklərin müzakirəsində səslənib. Ancaq bu çıxarışların əsasən hansı evlərə şamil olunduğu ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənir. Hətta uzun müddətdir ki, “500 min evə çıxarış veriləcək” fikrinin 40 minlə məhdudlaşacağı da deyilir. Bəs əslində dəyişiklilər nədən ibarətdir, bu sənədlə hansı evlərə çıxarışların verilməsi nəzərdə tutulur?

Mediaxeberleri.Az-ın məlumatına görə, millət vəkili Vüqar Bayramov bildirib ki, dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələrinin çıxarış (kupça) ilə təmin ediləcək:



“Bu, o deməkdir ki, hətta əvvəllər hansı ildə inşa edilməsindən asılı olmayaraq tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək. Digər dəyişikliklər ilə istismar proseduralarının daha da sadələşdirilməsi və elektronlaşması nəzərdə tutulur. Bu baxımdan, dəyişikliklər daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcək. Müzakirələrdə dəyişikliklərin mütərəqqi olması qeyd olunmaqla yanaşı, növbəti mərhələdə 500 mindən çox sənədsiz fərdi evlərin də qeydiyyatı ilə bağlı işlərin daha da sürətləndirilməsinin vacbliyi qeyd olundu. İnanırıq ki, növbəti mərhələdə çıxarışların verilməsinin sadələşdirilməsi bu evləri də əhatə edəcək”.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev cebhe.info-ya bildirib ki, burada söhbət 40 min qeyri-yaşayış obyektindən, həm də əlavə 500 min evdən gedir:



“Bu 40 min qeyri-yaşayış obyekti digər təyinatlı torpaqlarda tikilib, həmin obyektlərə “kupça” verilmir. Çünki evlərdə olduğu kimi qeyri-yaşayış obtyektlərində də sənədlər qaydasında deyilsə, torpağın təyinatı ilə üst-üstə düşmürsə, ona çıxarış verilmir. Həmin obyektlərin əksəriyyətində tikinti normativləri qorunmayıb. Məsələn, bir vətəndaş yolun kənarında 1 sot torpaq alıb, nəsə tikib. Yaxud bir hissəsində ev, digər qismində obyekti var. İlkin olaraq həmin obyektlərin sənədləşdirilməsi ilə bağlı məsələ müzakirə olunub ki, sənədləşdirilsin. Çünki bu obyektlər illərdir ki, fəaliyyət göstərir. Ünvan olaraq vergilərdən qeydiyyatdan keçib, kassa aparatları quraşdırılıb, vergi ödəyirlər. İşıq, su,qaz xətləri çəkilib. Obyektdirsə, mənzil kimi yox, qeyri-yaşayış obyekti kimi kommunal xərclərə daha çox rüsum ödəyirlər. Çəkilən bütün kommunikasiya xətləri texniki şərtlə qeyri-yaşayış obyekti kimi çəkilir. Bütün bu göstərilənlər varsa, niyə sənəd verməsinlər? Bu baxımdan ilkin növbədə 40 min qeyri-yaşayış obyekti, daha sonra da 500 min fərdi yaşayış evinə sənəd verilməsi nəzərdə tutulur. Həyət evlərinin də normativlərə uyğun olanlar çıxarışla təmin olunması məsələsi qaldırılıb. Çünki bəzi yerlər var ki, qadağan olunmuş ərazilərdir və orada qanunla tikintiyə icazə verilməməlidir. Tikinti normativlərinin pozulması halları var”.

Ekspert deyir ki, söhbət təhlükəsizliyin deyil, normativlərin pozulmasından söhbət gedir:

“Normativlər odur ki, məsələn, bir obyektlə digər obyekt arasında ara məsafəsi olmalıdır. Yaxud hündürlüyü, eni ilə bağlı müəyyən normativlər pozulsa belə, onlara çıxarışının verilməsi məsələsi qabardılıb. Milli Məclisdə bu mövzuda dəfələrlə çıxışlar olub, ancaq nəticə yoxdur. Sənədsiz evlərlə bağlı ölkə baçısının tapşırıqları çox olsa da, onu icra etmirlər. İcra mexanizmini qurmaq lazımdır. Məsələ qabardılır, yenə də əvvəlki vəziyyətinə qayıdır. Ümumiyyətlə, burada həm də məsələ bələdiyyə torpaqlarının özəlləşdirilməsindən gedir. Bələdiyyə torpaqları üzərində tikilən evlərə çıxarışlar veriləcək. Burada ziyan daha çox dövlətə dəyir. İnsanlar həmin evlərdə onsuz da yaşayır, kommunal xərcləri ödəyirlər. Satılanda da dövlətə vergi verilmir. İndi ən böyük problem qeydiyyatdır. İnsanları qeydiyyatdan çıxarıblar. Onların 90 faizinin evləri var, sadəcə çıxarış olmadığına görə öz evlərinə qeydiyyata düşə bilmirlər. Yəni burada çox problem var və onun həlli yolu çıxarışın verilməsindən keçir. Normalda torpaqlar hərrac vasitəsilə satılıb özəlləşdirilir. Ancaq indi hərrac olmayacaq. Çünki üzərində evlər tikilib. Bələdiyyə qanunvericiliyində göstərilir ki, vətəndaş bələdiyyə torpağında 5 ildən artıq yaşayırsa, onun icarə müaqviləsinin rəsmiləşməsinə, yaxud özəlləşməsinə şərait yaradılmalıdır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
17:53 SƏNƏDSİZ EVLƏR PROBLEMİ İLİN SONUNADƏK HƏLL OLUNACAQ? - Rəsmi açıqlama və ekspert rəyi Azərbaycanda uzun illərdir əsas problemlərdən biri kimi gündəmdə olan sənədsiz evlərlə bağlı məsələ, deyəsən, həll olunacaq. Belə ki, Nazirlər Kabinetinin Milli Məclisə təqdim olunan illik hesabatında sənədsiz evlərin inventarlaşdırılması prosesinin aparıldığına dair məlumat yer alıb. Məlumatda
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az