t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Bu gün çərşənbələrin sonuncusu - İlaxır çərşənbədir

Bu gün çərşənbələrin sonuncusu - İlaxır çərşənbədir

14-03-2023, 00:00 Yazar:  Samir Baxılıb: 198 Çap et
Bu gün çərşənbələrin sonuncusu - İlaxır çərşənbədir
Bu gün Azərbaycanda Novruz bayramının sonuncu - İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur.

“Report” xatırladır ki, digər çərşənbələrdən fərqli olaraq, xalqımız axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.

İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.


Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

Qeyd edək ki, Novruz bayramı axşamı martın 20-nə təsadüf edəcək.

Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:26 Torpaq çərşənbəsi haqqında bunları bilirdinizmi? “Çərşənbələr Novruz bayramının ən mühüm atributlarındandır. Hər bir çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilib və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələrin simvolik obrazı formalaşıb. İlin son ayının dörd çərşənbəsi ilaxır çərşənbələr sayılır. Novruz öncəsi qeyd olunan son
09:04 Savadsız alimlər Novruzu belə farslaşdırdı - Professor Elmi mahiyyəti etibarilə Novruz təbiət təqviminə (astronomik Günəş təqviminə) əsaslanan Yeni il bayramıdır. Başqa sözlə, Novruz Yer planetinin Şimal yarımkürəsində məskunlaşmış canlı varlıqlara təbiətin özünün bəxş etdiyi təqvim bayramıdır. Şaxtalı qış fəslindən sonra tədricən istiləşən hava,
14:45 Bakı Novruzu böyük təntənə ilə qeyd edir - FOTOLAR Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı bu il olkəmizin paytaxtı Bakı şəhərində xüsusi təntənə ilə qeyd edir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın tapşırığına əsasən paytaxtın bütün rayonlarında genişmiqyaslı hazırlıq işləri aparılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin
20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ
09:47 Bu gün İlaxır çərşənbədir Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - İlaxır çərşənbədir. Mediaxeberleri.az xəbər verir ki, Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlanır. İnama görə Torpaq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az