Tovuzda avtomobil qəzasında ölən və xəsarət alanın şəxsiyyətləri dəqiqləşib.
Mediaxeberleri.Az xəbər verir ki, hadisə nəticəsində 1987-ci il təvəllüdlü Ağstafa rayonu, Qıraq Kəsəmən kənd sakini Yaqubəliyev Elçin Abdı oğlu hadisə yerində dünyasını dəyişib, Kərimov Vüsal isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam etdirilir.
xxx
20:18
Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alan var.
Mediaxeberleri.Az "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Əlimərdanlı kənd ərazisindən keçən hissəsində baş verib.
Körpü üzərində iki avtomobilin toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, daha bir nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti orta ağır qiymətləndirilir. Hər ikisinin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Öz şərhini bildir: