t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » “Almaz imperatoru” “konyak diplomatiyası” ilə AP deputatlarını belə idarə edir

“Almaz imperatoru” “konyak diplomatiyası” ilə AP deputatlarını belə idarə edir

13-03-2023, 15:56 Yazar:  Samir Baxılıb: 73 Çap et
“Almaz imperatoru” “konyak diplomatiyası” ilə AP deputatlarını belə idarə edir
Avropa Parlamenti martın 14-də Azərbaycana qarşı növbəti “qətnamə” qəbul etməyə hazırlaşır. Bu dəfəki qətnamə də bundan öncəkilər kimi obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterlidir. Məsələ ondadır ki, bu ilk belə hal deyil.

AP tərəfindən Azərbaycana qarşı qəbul edilən bu və bu tipli təşəbbüslərin və qətnamələrin artıq sayı-hesabı itib. Misal üçün bundan öncəki qətnamədə Avropa Parlamenti Azərbaycanı Dağlıq Qarabağda və ətraf ərazilərdəki erməni mədəni irsinə qarşı münasibətinə görə tənqid etmişdi. Həmin Qətnamənin lehinə 635, əleyhinə 2 səs vermiş 42 millət vəkili isə bitərəf qalmışdı.
Bu dəfəki qətnamə layihəsinin ilkin mətninə nəzər saldıqda həm motiv, həm də arqument baxımından öncəkilərdən fərqlənmədiyini görmək mümkündür.

Məsələn qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistanı hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də hazırda de-fakto fəaliyyət göstərməyən “Minsk Qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə ümumiyyətlə olmayan məsələlər qeyd edilib.

Birincisi, Azərbaycanın Ermənistana hərbi təcavüz etməsi iddiasının heç bir əsası yoxdur. Digər tərəfdən, bunu müəyyən etmək çox rahatdır. Peyk görüntülərini izləyərək iki ölkə arasında təyin edilməyən şərti sərhəddəki aktivliyi müşahidə etmək mümkündür.

İkincisi, Laçın yolunun “blokada”da olması kimi iddialar artıq çürüyüb. Az qala hər gün Azərbaycan televiziya kanaları başda olmaqla, sosial şəbəkələrdə Rusiya sülhməramlılarınına məxsus nəqliyyat vasitələrinin, habelə mülki ermənilərin bu yoldan sərbəst gediş-gəlişini əks etdirən görüntülər paylaşılır.

Üçüncüsü, Qarabağdakı ermənilərə statusun verilməsi kimi məsələlərin Avropa Parlamenti səviyyəsində müzakirə edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Bu həm Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin pozulması, həm də suverenliyinə hörmətsizlikdir. Azərbaycan Prezidentinin dediyi kimi ölkəmizdə yaşayan digər etnik azınlıqlar kimi ermənilərin də hüquq və azadlıqları dolayı yolla statusu Azərbaycan konstitusiyası ilə tənzimlənir.

Əslində məlum qətnamə layihəsi və mətn daxilində yer alan “arqumentlər” bir daha Avroparlementin erməni lobbisinin sifarişi ilə hərəkət etdiyini təsdiqləyir. Sanki AP Ermənistan Parlamentinin komitəsinə çevrilib, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən göndərilən layihələri notarius kimi təsdiqləyir.
Korupsiya cinayətləri “konyak diplomatiyası”
Avropa Parlamentinin Azərbaycana qarşı növbəti “qətnamə” qəbul etməyə hazırlaşması həm də o baxımdan daha bizi təəccübləndirmir ki, qurum son dövrlər ancaq korrupsiya cinayətləri və Azərbaycana qarşı qərəzli addımları ilə gündəmə gəlir.

Misal üçün Yunanıstandan olan vitse-prezident Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində ittiham edilməsi qurumun içində olduğu vəziyyəti əyani sübut edir.

Digər tərəfdən Avropa Parlamentinin bir çox deputatının Avropa İttifaqı-Ermənistan dostluq qrupu üzərindən ciddi şəkildə maliyyə əldə etməsi faktları da mövcuddur. Bu məsələdə isə əsas diqqətçəkən şəxs ermənilərin “almaz imperatoru” adlandırdıqları milyarder Kaspar Karapetyandır.

Belə ki, Avropa İttifaqı-Ermənistan dostluq qrupu Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası (EAFJD) təşkilatı ilə sıx bağlıdır. Kaspar Karapetyan isə bu təşkilatın prezidentidir.
Kaspar Karapetyan AP-nin bir sıra deputatlarını sözün əsl mənasında drijor çubuğu ilə idarə edir. Karapetyanın brilliant biznesindən qazandığı çirkli pullar bəzi deputatların gözlərini qamaşdırır.

Bu mənada Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası"ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur.

Müəllif: Global Media və Siyasət Araşdırmaları İB-in eksperti Turan Rzayev




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:00 İlham Əliyev beynəlxalq konfransda iştirakçıların suallarını cavablandırıb - TAM MƏTN + VİDEO Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. "Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru Hafiz Paşayev
08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az