Afaqın ürəyində böyük bir dərdi var, amma bunu içində çəkib həmişə, dərdlər onu möhkəm edib. Mən heç Afaqı qəmli, qanıqara görmədim. Həmişə şad-xürrəm olub. Göz yaşını içinə axıdıb, qəhərini boğazında boğub. Elə içinə axıtdığı göz yaşı, boğazında düyünlənən qəhər onun səhhətində problemlər yaratdı.Mediaxeberleri.az xəbər verir ki, bu sözləri Hacı Nuran instaqramda aparıcı Afaq Gəncəli haqqında yazıb.
Aparıcı ilə fotolarını paylaşan Hacı Nuran qeyd edib ki, vəziyyət kritikdir:
"Afaq Gəncəli sağlamlığı ilə sınağa çəkilib. Hamının onun üçün dua etməsini diləyirəm. Mənim dostumun bu dualara böyük ehtiyacı var. Allah şəfa versin".
Qeyd edək ki, Afaq bir neçə gün əvvəl səhhətində yaranan problemlə əlaqədar "Səhər mərkəzi" verilişindəki fəaliyyətinə ara verib.
Öz şərhini bildir: