t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Tovuzda qazi niyə incidilir?

Tovuzda qazi niyə incidilir?

12-03-2023, 13:26 Yazar:  Adil Baxılıb: 248 Çap et
Tovuzda qazi niyə incidilir?

Bu günlərdə redaksiyanın elektron poçtuna göndərilən şikayət ərizəsini diqqətlə nəzərdən keçirsək, görərik ki, Prezidentin şəhid ailələrinə, Qarabağ qazilərinə, eyni zamanda müharibə veteranlarına olan diqqət və qayğısı heç də yerlərdə öz əksini tapmır. Son zamanlar şikayətçi olan vətəndaşların söyləməsinə görə, yuxarı orqanlara göndərilən ərizələrə vaxtlı-vaxtında cavab verilmir. Çox zülmlə verildikdən sonra, həmin ərizələrə cavab üçün şikayət olunan tərəflərə göndərilir. Vətəndaş yenidən təqib və təzyiqlərə məruz qalır. Bu barədə, kifayət qədər sübutlar vardır.

Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini, 2-ci qrup Vətən müharibəsi əlili Məmmədov Asif Fikrət oğlunun başına Tovuz rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Anar Xəlilovun açdığı iyrənc hərəkətlər bir vətəndaş kimi adamı narahat etməyə bilmir. Ərizədən məlum olur ki, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun ölkədə gördüyü çox böyük işlərə yenə də kölgə salanlar az deyil. Maraq, məqsəd təbii ki, aydındır.

Rayonun Çırdaxan kənd ərazisində (AZPETROL yanacaqdoldurma məntəqəsi ilə üzbəüz) kiçik sahibkarlıq fəaliyyətilə məşğul olan Asif Fikrət oğlu Məmmədov dəmir alqı-satqısı ilə başını qatır. Pis-yaxşı əldə etdiyi gəlirlə özünün müalicəsi və ailəsinin dolanışıq şəraitini qurub. Belə halda polis polkovnik-leytenantı Anar Xəlilovun tabeçiliyində olan polis əməkdaşlarını qazinin yanına göndərməsi, onu polis şöbəsinə çağırtdıraraq, “sənin fəaliyytətin qeyri-qanunidir” deyərək nahaqdan 8 saat şöbədə incidilməsi haraya sığır və hansı qanunla tənzimlənir? Şikayətçi, ərizəsində onu da qeyd edir ki, mənimlə bərabər işləyən şöbəyə çağrılan 2 nəfər qohumum da polis əməkdaşları tərəfindən, bizi dindirən Orxan Əlizadə tərəfində təhqir olunublar. Nəticədə, müharibə qazisi olan Asif Məmmədovdan onların buraxılması üçün 5000 manat pul tələb edilib. Onun bu pulu verəcəyinə heç cürə imkan olmadığı üçün, guya qazi olduğu üçün 1000 mantla razılaşacağını bildiriblər. Şöbədə əsasız saxlanıldığına görə canını qurtarmaq üçün üstündə 500 manat olduğunu deyən Asif Məmmədov, nəhayət ki, polis əməkdaşları ilə “dil” tapa bilir. Onu şöbədən azad edirlər, tezliklə 500 manat da verəcəyini bildirirlər. Bu məsələdən sonra qazinin sərbəst işləməsi üçün hər ay 300 manat verəcəyini deyirlər.

Bəli, bu da polis plokvnik-leytenantı Anar Xəlilovun müharibə əlilinə, torpağa və Vətənə qoyduğu diqqət və qayğı...

Müharibə əlili Asif Məmmədov başına açılan bu fantastik oyunlar üçün haqqının müdafiəsinə qalxaraq bir sıra aidiyyəti yerlərə, o cümlədən Azərbaycan Respublikasının İnsan Hüquqlqrı Üzrə Müvəkkili Səbinə xanım Əliyevaya da müraciət edib. Üstəlik, daxili işlər nazirliyinin 102 xidmətinə də zəng edib.

Polis işçilərinin müharibə əlili ilə haqsız çəkişməsi isə verilən məlumata görə, “səngiməyib”. Günahkarın kim olub-olmamsına ictimaiyyətin özü qiymətləndirsə daha yaxşı olardı.

Yazıda qarşı tərəf kimi adları çəkilən polis əməkdaşlarının fikirlərini də dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:25 Prezident İlham Əliyev bir qrup şəhid hərbçini təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az