t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Hacı Şahin onu əvəz edəcək şəxs haqda nələr yazmışdı?

Hacı Şahin onu əvəz edəcək şəxs haqda nələr yazmışdı?

10-03-2023, 11:49 Yazar:  Firuzə Baxılıb: 112 Çap et
Hacı Şahin onu əvəz edəcək şəxs haqda nələr yazmışdı?
Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatından sonra Məşədi Dadaş Məscidində cümə namazının Hacı Elbrus Kərimov tərəfindən qıldırılacağı maraq doğurub.

Mediaxeberleri.az Globalinfo.az-a istinadən xəbər verir ki, Elbrus Kərimov şəxsən Hacı Şahinin böyük hörmət bəslədiyi şəxs olub.

Hətta Hacı Şahin Həsənli E.Kərimovun “Dini anlama məntiqi” kitabına ön söz yazıb. Hacı Şahin ön sözdə onunla bağlı fikirlərinə də yer verib.

Həmin mətni təqdim edirik:

“Gənc din xadimi Elbrus Kərimovun qələmə aldığı ilk kitabını dinin qavranılmasına həsr etməsi, bu mövzuya diqqət yetirməsi gənclər arasında mühüm bir tendensiyanı üzə çıxarır. Müasir gənclik həyata fərqli baxdığı kimi, mənəvi dəyərlər sistemini də təftiş etmək istəyir. Gəncliyin bu ruhiyyədə olması cəmiyyətin inkişaf etməsinin əsas amillərindəndir. Gənclik öz novatorluğu ilə cəmiyyəti hərəkətə gətirir, yaşlı nəsil isə öz mühafizəkarlığı ilə həmin novatorluğun əndazədən çıxaraq inkarçılığa çevrilməməsini təmin edir.

Qarşınızdakı bu kitab müasir gəncliyin nümayəndəsi olan bir din xadiminin ənənəvi dini anlayışlara yeni baxışını əks etdirir. Təbii ki, din mövzusu hər zaman həssas olduğu üçün bir çoxları buradakı fikirlərə əks arqumentlər gətirə bilərlər. Elə fikrin inkişafı da məhz belə diskussiyalardan keçir.

Ümid edirik ki, Elbrus bəyin bu əsəri din mütəxəssisləri arasında belə diskussiyaları canlandıracaq, yeni və tutarlı fikirlərin ortaya çıxmasına səbəb olacaq. Azərbaycanda bu səpkidə akademik müzakirələrin başlaması isə xüsusi önəm kəsb edir. Çünki din sahəsində fikir yenilikləri barədə məlumat əldə etmək istəyənlər, əsasən, xarici dildə yazılan ədəbiyyata müraciət etmək məcburiyyətindədir. İndi isə bunu doğma dilimizdə, doğma ortamda həyata keçirmək mümkündür.

Eyni zamanda dini akademiyalarda azərbaycanlı alimlərin fikirlərinin çatdırılması ümumilikdə elmi-dini polemikaya müsbət töhfə verə bilər. Allahdan Elbrus Kərimova uğurlar diləyir və təşəkkür edirəm. Bir daha ümidimi ifadə edirəm ki, gənc müəlliflərin əsərləri Azərbaycanda dini-intellektual müzakirələrin sağlam məcrada inkişaf etməsinə stimul yaradacaq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:00 İlham Əliyev beynəlxalq konfransda iştirakçıların suallarını cavablandırıb - TAM MƏTN + VİDEO Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. "Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru Hafiz Paşayev
08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
23:08 “İnsan özü Vətən olmağı bacarmalıdır” – Professor İlham Rəhimovun yeni müsahibəsi Rupor.az saytı professor İlham Rəhimovdan müsahibə alıb. Mediaxeberleri.Az bu müsahibənin aktuallığını nəzərə alaraq oxuculara təqdim edir: *** Professor İlham Rəhimovla görüşdük. Təqdimat üçün o qədər açar var qarşımızda, hansını götürüb qapıları taybatay açacağımızı müəyyənləşdirmək çətindir.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az