Cəlilabadda xəstə uşağını xəstəxanaya gətirən valideyn övladına zəruri müdaxilənin olunmadığını iddia edir. Xezerxeber.az-ın məlumatına görə, Cəlilabad rayon sakini Nizami Hüseynov yaşyarımlıq körpəsini zəhərlənmə ehtimalı ilə rayon mərkəzi xəstəxanasının uşaq şöbəsinə aparıb.
Onun iddiasına görə, xəstəxanada uşağa heç bir tibbi yardım göstərilməyib. O da bütün baş verənləri telefonu ilə qeydə alıb.
Nizami Hüseynov iddia edir ki, növbətçi həkim ona şöbəyə dərman preparatlarının və sistem üçün ləvazimatların verilmədiyini deyib və zəruri dərmanları xəstə yaxınlarının almalı olduğunu bildirib.
Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Nizami Hüseynov səhər saat 06:18 radələrində təcili tibbi yardım şöbəsinə müraciət etmədən birbaşa stasionar şöbəyə daxil olub və çəkiliş etməyə başlayıb.
“O, stasionar növbətçi həkim Rövşən Rzayevi təhdid edərək xəstəyə sistem qoşmağı tələb edib. Rövşən Rzayev isə xəstəyə baxış zamanı hər hansı klinik simptomlar aşkar etməyib. Lakin buna baxmayaraq atanın təkidinə uyğun olaraq, uşağın təcili yardım şöbəsində qeydiyyata düşməsini və xəstəxanaya qəbul edilməsini tövsiyə edib. Lakin Nizami Hüseynov təklifdən imtina edib”,- deyə xəstəxanadan bildirilib.
12:30 Dərmanların istifadəsi ilə bağlı bu mexanizm tətbiq ediləcəkBu gündən Azərbaycanda dərmandan istifadə zamanı arzuolunmaz nəticələrin aşkarlanması və aradan qaldırılması mexanizmi tətbiq ediləcək. Mediaxeberleri.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda əksini tapıb. Beləliklə, 1 yanvar
22:12 Yanvarın 1-dən Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar dəyişəcəkAzərbaycanda dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tədbirlərin görülməsinə dair icra mexanizmləri müəyyənləşib. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Dərman vasitələrinin farmakonəzarət
21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə...Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq
Öz şərhini bildir: