
Son illərdə ölkədə aparılan məqsədyönlü uğurlu siyasət nəticəsində ölkənin iqtisadi, siyasi, sosial həyatında çox mühüm naliyyətlər əldə edilmişdir. 44 günlük müharibədəki şanlı Qələbədən sonra ölkəmizin nüfuzu dünyanın dörd bir tərəfində daha da yüksəlmişdir. Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyiniz altında şanlı Azərbaycan Ordusunun düşmən üzərində qələbə qazandıqdan sonra işğaldan azad edilən torpaqlarımızda geniş vüsətlə bərpa-quruculuq işləri aparılmış, həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması gözlənildiyindən daha da yaxınlaşmışdır.Respublikada gedən hərtərəfli inkişafın təsirləri Ağstafa rayonunda da bariz şəkildə özünü göstərmişdir. Vətəndaş məmmunluğunun təmin edilməsi, genişmiqyaslı abadlıq-quruculuq işləri, şəhid və qazi ailələrinin qayğılarının ön planda saxlanılması Ağstafa rayon İcra Hakimiyyətinin ən prioritet məsələləri olmuş, ölkə başçısının qarşıya qoyduğu vəzifə və tapşırıqların icrası istiqamətində bütün qüvvələr səfərbər olunmuşdur. Görülən işlər sakinlərin də ürəyincədir.Sizin rəhbərliyiniz altında ölkəmizin inkişafına yönələn siyasətin əsas istiqamətlərindən biri də Azərbaycanda istər mərkəzi, istərsə də yerli hakimiyyət orqanlarında kadr islahatlarının aparılmasıdır. Bu islahat çərçivəsində diqqət çəkən məqam gənclərin önə çəkilməsidir. Bu baxımdan iki il öncə ölkənin ən gənc təyinatlılarından biri kimi Seymur Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi rayonun həyatında əhəmiyyətli dəyişikliyin başlanğıcı oldu. Gənc olmasına baxmayaraq, həddindən artıq təmkinli, daha dəqiq desəm, təvazökar insan təsiri bağışlayan icra başçısı tutduğu mövqenin, göstərilən etimadın və məsuliyyətin fərqindədir. Onun fəaliyyətində xüsusi diqqət çəkən məqam müharibə iştirakçılarına, şəhid ailələrinə xüsusi həssaslıqla yanaşmasıdır. Seymur Orucovun elə ilk gündən “özünüzü bir anlığa şəhid ailəsinin yerində hiss edin…” deməsi sanki bu həssas məqama o zaman bir daha aydınlıq gətirmişdi. Onda heç Vətən müharibəsi də başlamamışdı. Rayon rəhbəri ölkə Prezidentinin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara münasibətlərindən, qayğı və nəvazişlərindən konkret misallar gətirmiş, nümunələr göstərmişdi. Amma heç bilmirdi ki, bir neçə ay keçəcək, rəhbərlik etdiyi Ağstafa da yeni şəhidlər verəcək, qolunu, ayağını, gözünü itirən qaziləri evə dönəcəklər. Ağstafa böyük qələbəmizlə başa çatan bu müharibədə 50 şəhid verdi. Böyük Kəsik kəndindən Asif Yusifli, Zəlimxan kəndindən Fərrux Abbasov, Qırılıdan Elgün Abdullayev, Eynallıdan Zöhrab Abbasov, Ağstafa şəhərindən Nihad Abdullayev və başqaları böyük qəhrəmanlıqlar göstərdilər, bu torpaq uğrunda canlarından keçdilər. Elə götürək Asif Yusiflini. Müharibə başlayanda Xüsusi təyinatlı kəşfiyyat dəstəsinin üzvi olan bu igid gənc Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərir. Onun döyüşlərdə necə mətinliklə vuruşması, göstərdiyi rəşadət haqqında döyüş yoldaşları indiyədək danışırlar. Cəbrayıl azad ediləndə Xudafərin körpüsünün, Zəngilan azad ediləndə isə Zəngilan Prokurorluğunun binası üzərinə bayrağı məhz Asif sancıb. 26 yaşlı ağstafalı şəhid, ümumilikdə, 26 yerdə Azərbaycan bayrağını ucaldıb. Müharibənin ilk həftəsində Asif yaralanır və hospitalda müalicə almalı olur. Lakin cəmi üç gün sonra o, hələ tam sağalmamış yaralarını sarıyıb yenidən döyüş meydanına qayıdır. Sayca azlıqda olmasına baxmayaraq, Asifin üzvü olduğu dəstə ermənilərin 37 əsgər və zabitini əsir götürür, 42 nəfərini isə məhv edir. Həmin döyüşdə Asif düşmənin atdığı qumbaradan ağır yaralanır və beləcə şəhidlik zirvəsinə yüksəlir…
Ağstafalı igid Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə görə ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına, müxtəlif medallara layiq görülür. O ağır günləri ağstafalılar heç vaxt unutmayacaqlar. Elə şəhid olmadı ki, onun dəfni ümumrayon hüznünə çevrilməsin. Elə qazi qalmadı ki, o gül-çiçəklə, təmtəraqla qarşılanmasın. Əsirlikdən qayıdan Amin Musayev evinə əllər üstündə gəldi. Elə ailə qalmadı ki, rayon rəhbərləri, ictimaiyyət nümayəndələri onun qapısını bir neçə dəfə döyməsin, şəhid balalarının başlarını sığallamasın, analarının əllərindən öpməsin, toxtaqlıq verməsin… Bayramlarda, ad günlərində, hətta şəhidin dünyaya yenicə göz açan balalarının adqoyma mərasimlərində iştirak etmək sanki bir ənənəyə çevrildi.
Ağstafada diqqəti daha çox görülən işlərin əvvəlcədən planlaşdırılması və onun hazırlığının aparılması çəkir. Yəni, kor-koranə heç nə həyata keçirilmir. Məsələn, icra hakimiyyəti hələ keçən il təşəbbüs irəli sürdü ki, şəhərdə çoxmərtəbəli yaşayış binalarının qarşısında, digər yerlərdə “Abad həyət” layihəsi həyata keçirilsin. Komissiya yaradıldı, mütəxəssislər cəlb olundu, görüləcək işlərin eskizləri hazırlandı, bir neçə dəfə müzakirə olundu. hətta sakinlərin rəyləri və arzuları da nəzərə alındı. Yalnız bundan sonra işə başlanıldı.
Şəhərimiz gündən-günə gözəlləşir və abadlaşır. Bütün bu diqqətə və qayğıya görə şəhər sakinləri adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Arif Məmmədov
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağstafa filialının sədri
“Cənab Prezident, Müzəffər Ali Baş Komandan. Biz Kərimovlar ailəsi olaraq Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Bizim Sizi dəstəkləməyimizin səbəbi xalqımızın rifahının yaxşılaşdırılması üçün yürütdüyünüz ardıcıl siyasətdir. Bunu yalnız Vətən xainləri görməyə bilərlər.Haqqa, ədalətə, beynəlxalq hüquqa əsaslanan uğurlu siyasətiniz, qətiyyətli iradəniz sayəsində və Müzəffər Ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızın işğaldan azad edilməsi, eyni zamanda qızıl hərflərlə yazılan bu parlaq hərbi və siyasi Qələbə münasibətilə Sizi Kərimovlar ailəsi adından ürəkdən təbrik edir, dərin minnətdarlığımızı bildiririk. Azərbaycan xalqı Sizinlə qürur duyur. Fəxr edirik ki, Sizin kimi əvəzolunmaz bir Liderimiz var. Allah Sizi və yenilməz Ordumuzu qorusun. Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Bu qürurverici və sevinc hisslərini bizlərə yaşatdığınız üçün Sizə minnətdarıq. Torpaqlarımızı özümüzə qaytardınız. Xalqımızın həsrətinə son qoydunuz. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, bu torpaqlar Azərbaycanındır. Dünya liderlərinin Sizdən öyrənəcəyi çox şey var. Azərbaycanın gələcəyi isə düşünürəm ki, çox parlaqdır. Çünki bu ölkənin Sizin kimi əvəzolunmaz Prezidenti, Ali Baş Komandanı var”.
Şəhid atası Murtuz Kərimov
Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi“Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək yorulmaz fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Siz, 30 ildən artıq sürən həsrətə 44 günlük Vətən müharibəsi ilə birdəfəlik son qoydunuz. Qarabağı, eləcə də ətraf rayon və şəhərlərimizi işğaldan azad etməklə tariximizin ən müqəddəs səhifəsini qızıl hərflərlə yazdınız. Biz Sizə güvəndik və inandıq, yenə də inanırıq və həmişə inanacağıq. Siz bütün dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Allah Sizi, Ordumuzu və xalqımızı qorusun!”.
Şəhid atası Əli Tatarov
Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
Hörmətli cənab Prezident.Sizin rəhbərliyinizlə Azərbaycanda vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, hüquq və azadlıqlarının qorunması sahələrində mühüm addımlar atılmışdır.
Yaşadığım Ağstafa rayonu Sizin qayğınız altında tamam dəyişib, küçələri abad, gecələri gündüzlərdən işıqlı olub. Rayonumuzda abadlıq-quruculuq işləri hazırda da davam etdirilir. Yeni yaşıllıq zolaqları qurulur, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınır.Ulu Öndər Heydər Əliyevin adını daşıyan istirahət parkına gedən Abış Mustafayev küçəsi yenidən qurulur. Tezliklə ağstafalıların ixtiyarına veriləcək.
Odur ki, hörmətli cənab Prezident, ölkəmizdə apardığınız düzgün islahatlara görə Sizə təşəkkür edir, işinizdə daim nailiyyətlər və uğurlar arzu edirəm.
Hörmətli cənab Prezident.Qardaşım Ələkbərov Süleyman Dursun oğlu 27 dekabr 1993 cü ildə Ağdamda, oğlum Məhəmmədəli Bayram oğlu Ələkbərov isə 2020-ci il oktyabrın 21-də Zəngilan döyüşləri zamanı şəhid olub. Hər ikisi Ağstafa rayonunun Poylu kəndində dəfn olunublar.
Mən şəhid atası olaraq, xalqımıza çoxdan gözlədiyi zəfər və qələbə sevincini yaşatdığınız üçün Sizə minnətdaram.
Ölkəmizdə inkişafın yüksək səviyyədə olması bizi qürurlandırır. Vətənini hədsiz sevən Ulu Öndər Heydər Əliyev özündən sonra Sizi bizə davamçı bəxş etmişdir.
Şəhid ailələri olaraq hər zaman Sizinləyik.
Hörmətlə,
Şəhid qardaşı və şəhid atası Ələkbərli Bayram Dursun oğlu
Azərbaycan Respublikası, Ağstafa rayonu, Poylu kəndi.Hörmətli cənab Prezident.Siz Azərbaycan Respublikasının Prezidenti seçildiyinizdən bəri bütün regionlarımıza yeni nəfəs gəlib. Bütün kənd və qəsəbələrə yetirdiyiniz daimi diqqətin müsbət nəticələrini xalqımız görür və alqışla qarşılayır. Ağstafa rayonu da ölkəmizin inkişaf edən rayonlardan biridir. Bu da Sizin düzgün qərarlarınız sayəsində mümkün olmuşdur.
Kəndimiz gündən-günə gözəlləşir və abadlaşır. Bütün bu diqqətə və qayğıya görə kənd sakinləri adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Fatma Qarayeva
Azərbaycan Respublikası, Ağstafa rayonu, Qıraq Kəsəmən kəndiElektron poçtumuza göndərilən bütün məktublardan da aydın olur ki, Prezidentə göndərilən müraciətlərdə Ağstafada aparılan abadlıq-quruculuq işləri yüksək qiymətləndirilir və buna görə, ölkə başçısına təşəkkür edilir.
Öz şərhini bildir: