t s

» » Azərbaycanda ödənişli avtomobil yolları ilə bağlı - YENİ XƏBƏR

Azərbaycanda ödənişli avtomobil yolları ilə bağlı - YENİ XƏBƏR

16-02-2015, 00:02 Yazar:  Məmməd Məmmədov Baxılıb: 802 Çap et
Azərbaycanda ödənişli avtomobil yolları ilə bağlı - YENİ XƏBƏR

Nazirlər Kabineti qaydalara dəyişiklik edib.

Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

Mediaxeberleri.az-ın məlumatına görə, indiyə qədər Azərbaycanda avtomobil yolları əhəmiyyətinə, yol şəbəkəsində tutduğu yerə, funksional təyinatına, istifadə imkanlarına, istifadəçilərinə və mülkiyyətçilərinə görə ümumi və xüsusi istifadədə olan avtomobil yolları, dövlət avtomobil yolları, bələdiyyə avtomobil yolları, özəl avtomobil yolları, respublika əhəmiyyətli avtomobil yolları, yerli əhəmiyyətli avtomobil yolları, müdafiə təyinatlı avtomobil yolları və sahə avtomobil yolları kimi təsnif olunub.

Dəyişikliyə əsasən, şəhər avtomobil yolları bu təsnifata əlavə edilib və şəhər avtomobil yollarının təsnifat göstəriciləri müəyyənləşib. Bura şəhərin küçə-yol şəbəkəsinin tərkib hissəsi olan, ayrı-ayrı funksional zonaları arasında, bu zonaların daxilində və (və ya) şəhərin digər ərazilərində yük və sərnişin daşımalarını təmin edən avtomobil yolları daxildir. Şəhər avtomobil yolları şəhər ərazisinin bir hissəsini təşkil edir, sərhədləri qırmızı xətlə (şəhərsalma sənədləri ilə müəyyənləşdirilmiş və mikrorayonların, məhəllələrin, habelə digər planlaşdırma strukturlarının ərazilərini küçə və meydanlardan ayıran sərhədlər) müəyyənləşdirilir və nəqliyyatın, piyadaların hərəkəti və yaşıllıqların yerləşdirilməsi üçün nəzərdə tutulur. Şəhər avtomobil yolları nəqliyyat vasitələrinin hərəkətini təmin etmək əhəmiyyətinə və istifadə imkanlarına görə magistral avtomobil yolları, ümumşəhər əhəmiyyətli prospekt, küçə və yollar, rayon əhəmiyyətli prospekt, küçə və yollar, qəsəbə və kəndlər arası yollar, qəsəbələrin, kəndlərin küçə və yolları, habelə məhəllədaxili yollara bölünür (bələdiyyə mülkiyyətində olan yollar istisna olmaqla). Müdafiə xarakterli yüklərin daşınması və hərbi texnikanın hərəkəti üçün nəzərdə tutulan şəhər yolları isə müdafiə təyinatlı yolların təsnifatına daxil ediləcək.

Digər dəyişikliyə əsasən, ödənişli avtomobil yolları Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının təsnifat göstəricilərinə əlavə edilib.

İndiyə qədər Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının təsnifat göstəricilərində avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları, beynəlxalq avtomobil yolları, müdafiə təyinatlı avtomobil yolları, respublika və yerli əhəmiyyətli avtomobil yolları və ümumi istifadə üçün açılmış bələdiyyə avtomobil yolları daxil olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:12 Evi 3 ildən tez satanlardan vergi tutulacaq – RƏSMİ AÇIQLAMA Vergilər Nazirliyi daşınmaz əmlaka görə Əlavə Dəyər Verginin (ƏDV) tutulması qaydalarına aydınlıq gətirib. Xatırladaq ki, Nazirliyin son 3 ildə daşınmaz əmlak satan hüquqi və fiziki şəxslərdən Əlavə Dəyər Vergisi (ƏDV) ödənilməsini tələb etdiyi barədə xəbərlər yayılıb. Söhbət kommersiya obyektləri
12:35 İsraildən şok: “Müharibəyə başlayırıq” İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Benni Qrantz ölkəsinin gələcəkdə Livan sərhədində yeni əməliyyatlara başlayacağını açıqlayıb. Mediaxeberleri.az axar.az-a istinadən xəbər verir ki, İsrailin “Kanal 2” televiziyasına danışan general 7 iyul 2014-cü ildə Qəzzaya təşkil edilən
12:11 Yük maşınları toqquşdu; 1 ölü Bakı-Qazax avtomobil yolunun 73-cü kilometrliyində “Shacman” markalı iki yük avtomobili toqquşub. Mediaxeberleri.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə Nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti
11:24 Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur - Yeyinti ittihamı... Yeni sədr bələdiyyə torpağında yerləşən obyektlərin sahibləri ilə bağlanmış müqavilənin şərtlərinə özbaşına şəkildə dəyişiklik edib Ölkənin cənub-şərqində yerləşən Neftçala rayonunda məmur özbaşınalıqları səngimək bilmir. Son günlər rayonda fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilat
11:21 Ukrayna hökumətində azərbaycanlı Nazirlər Kabineti beş əcnəbinin namizədliyini təsdiqlədi. Ukrayna Nazirlər Kabineti “İqtisadiyyat üçün xüsusi əhəmiyyətli müəssisələrə rəhbər təyin etmə üzrə Komitə”nin tərkibinə daxil olacaq beş əcnəbinin namizədliyini təsdiqlədi, Ukrayna hökumətinin sərəncamında qeyd edilib. Mediaxeberleri.az

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az