t s

» » Sonsuzluq probleminin çarəsi bu bitkidədir

Sonsuzluq probleminin çarəsi bu bitkidədir

15-12-2015, 23:47 Yazar:  Gülçin Baxılıb: 378 Çap et
Sonsuzluq probleminin çarəsi bu bitkidədirBalqabaq - kalsium, fosfor, dəmir mineralları baxımından olduqca zəngin və bol lifli bir meyvədir. Balqabaq min illərdir ki, şəfalı bitkilər arasında daxildir. Ondan min illərdir ki, müalicə məqsədilə istifadə edilir. Qadin.az tabloid.az balqabağın, şirəsinin və tumunun inanılmaz faydalarını təqdim edir:

Boranı bitkisi bostan bitkilərinə aiddir. Qida məhsulu və xalq təbabətində toxumundan qurdqovucu vasitə kimi geniş istifadə edilir. Doğranmamış halda boranı bitkisi uzun müddət xarab olmadan qalır. Ona görə də hələ qədimdən mətbəxdə geniş istifadə edilirdi. Boranı bitkisindən həm bişmiş, həm də çiy halda istifadə etmək mümkündür. Tərkibi vitaminlərlə çox zəngindir. С, Е, В1, В2, РР. В vitaminləri, o cümlədən yüksək miqdarda kalium, kalsium, dəmir, maqnezium, mis, sink, kobalt, silisium, ftor vardır. Orqanizm tərəfindən asanlıqla həzm olunur. Ona görə də uşaq yeməkləri arasında xüsusi yer tutur. Ondan həm xörək, həm də salatlar hazırlanır.

Tərkibində olan bol C vitamini olan balqabaq payız mövsümündə çox vacibdir. A və E vitaminləri üzdə və digər dəri səthlərində olan quruluğu aradan qaldırır, çapıqların əmələ gəlməsini əngəlləyir. Xüsusilə, qocalmaya səbəb olan qırışların əmələ gəlməsinə əngəl olur.

Ondan hazırlanan xörəklər mədə və onikibarmaq bağırsağın xora xəstəliklərində çox faydalıdır.

Toxumundan qurdqovucu kimi ən təsirli vasitə, eləcə də prostatitin müalicəsində geniş istifadə edilir. Toxumlarından alınan yağ bir çox xəstəliklərin müalicəsində faydalıdır.

Adətən payız mövsümündə qurd xəstəlikləri artır. Askaridin müalicəsində boranı toxumları əvəzedilməzdir. Bunun üçün toxumlar qabıq maddəsindən elə təmizlənməlidir ki, qabıqla toxumu ayıran yaşıl təbəqə yerində qalaraq tələf olmasın. 30 qram toxumu əzərək 3/1 stəkan qaynamış su və 2 xörək qaşığı bal ilə yaxşı-yaxşı qarışdırılır. Bu qarışıqdan hər bir saatdan bir xörək qəbul edilir. 3 saatdan sonra işlədici qəbul edilir. (Maqnezium sulfat duzu və s.) Sonra isə 1 saatdan sonra bağırsaqlar qaynamış soyuq su ilə yuyulmalıdır. Qida yalnız bağırsaqlar yuyulduqdan 1 saat sonra qəbul edilə bilər. Profilaktika məqsədlə səhərlər boranı toxumlarını qabıqdan yaşıl hissəyə qədər təmizləyərək qəbul etmək kifayətdir.

Balqabaq şirəsinin və ya toxumlarından alınmış yağ xəstəliklər üzrə müxtəlif cür istifadə edilir. Şirəni və ya yağı acqarına, yeməyə bir saat qalmış qəbul etmək lazımdır və bundan sonra su içmək məsləhət deyil.

Qanazlığında, qaraciyər xəstəliklərində, iltihab əleyhinə, skleroza qarşı, mədə xoralarına və allergiya əleyhinə içilən balqabaq şirəsi və balqabaq yağı öd və böyrək daşlarına qarşı məlhəmdir. Balqabaq qan təzyiqini salır, qana düşən zəhərli toksinləri məhv edir.

Tərkibi bir çox vitaminlərlə zəngin olan şirin balqabaq kalsium, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallar cəhətdən də zəngin bir tərəvəzdir. Balqabaq tumu qış balqabağından əldə edilir.

Balqabaq tumunun 100 qramındakı (qabıqsız) enerji və qida elementləri
Enerji 610 kkal
Zülal 30 qr
Yağ 50 qr
Karbohidrat 10 q
Kalsium 40 mq
Dəmir 10 mq
Fosfor 1144 mq
Vitamin E 10-12 mq

Faydaları:

Qəbizliyə yaxşı təsir edir
İltihablara, sidik tutulması kimi narahatlıqlara yaxşı təsir edir
Mədə bulantısını aradan qaldırır
Soxulcan və ya digər qurdları tökməyə kömək edir
Balqabaq tumundakı karotenoid və omeqa -3 yağlarının prostat xərçəngi riskinin azalmasına kömək edir
Oynaqların iltihabı müalicəsinə müsbət nəticə göstərir
Ürək damar sağlamlığına yaxşı təsir edir
Balqabaq tumu çərəz kimi yeyildiyi kimi, həm də salatlara, çörək növlərinə əlavə edilə bilər. Amma istehlak edərkən çox duzlu, qovrulmuş olmamasına və miqdarına diqqət etmək lazımdır.

Sonsuzluq və ya hormonal pozğunluğu olan şəxslər üçün faydalıdır.
Belə ki, bəzi kişilərdə hissiyyat, sonsuzluq və ya hormonal problemlər olur və bu səbəbdən cinsi münasibətə girə bilmirlər. Təqdim etdiyimiz bu reseptlə bu problemi aradan qaldıra bilərsiniz.

Lazım olanlar inqrediyentlər:

1 stəkan bal
1 xörək qaşığı təmizlənmiş çiy balqabaq tumu
1 xörək qaşığı təmizlənmiş çiy günəbaxan tumu
1 xörək qaşığı təmizlənmiş qoz ləpəsi
1 xörək qaşığı təmizlənmiş fındıq ləpəsi
Bir az zəfəran, darçın, qara bibər


Bunlarım hamısı yaxşıca əzilib bala qarışdırılır. Səhər acqarına, axşam yatmazdan əvvəl bir çay qaşığı udulur. Bu qarışıq, hətta sperma sayını artırır, hissiyyatı gücləndirir və sonsuzluğu aradan qaldırır.

Tam sağlam insanlar və ya orqanizmində müəyyən xəstəliyi olanlar üçün balqabaq yeməyin heç bir problemi yoxdur. Balqabaq orqanizmi təmizləməklə, təzə qan yaratmaqla insana yeni həyat bəxş edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:41 Bu qidalar sizi qrip olmağa qoymayacaq Türkiyəli diyetoloq Vildan Kabataş qışda immuniteti gücləndirib xəstəliklərdən qoruyan qidaların siyahısını açıqlayıb. Cəfəri: C vitamini və dəmir anbarıdır. Böyrəkləri təmizləyir və qan şəkərini nizamlayır. İspanaq: İmmunitet sistemini gücləndirən ispanaq dəmir baxımından zəngindir.
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az