Davud Nəsibin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi
16-02-2023, 22:58
Yazar: Samir
Baxılıb: 227
Çap et

Bu gün Azərbaycan Yazıçılar Birliyinin və "Qazax" Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar, şair, yazıçı, publisist, tərcüməçi və yaddaqalan mahnıların müəllifi Davud Nəsibin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi.
Tədbirdə AYB- in sədri, Xalq yazıçısı Anar, professor Qəzənfər Paşayev, millət vəkilləri, ziyalılar, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, ictimaiyyət nümayəndələri, media nümayəndələri iştirak edirdilər.
Gecəni giriş sözü ilə "Qazax" Xeyriyyə İctimai Birliyi Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə açdı. Qardaş ölkə Türkiyə Respublikasında baş verən zəlzələdə həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Nəriman Həsənzadə Davud Nəsiblə 14 il bir yerdə işlədiklərini, unudulmaz xatirələrini qonaqların diqqətinə çatdırdı.
Xatirə gecəsində Davud Nəsibin "Cavanşir" tarixi romanı nümayiş olundu. Təbrizli müğənni-bəstəkar Arif Mehmandost və Aşıq Şahin Süleymanov şairin şeirlərini ifa etdilər. Davud Nəsibin "Cavanşir" tarixi romanı və iki cildlik "Ata laylası" kitabı qonaqlara təqdim olundu.
Sonda Davud Nəsibin ailəsi adından oğlu Xəyyam Nəsibov çıxış edərək qonaqlara, tədbirdə zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi.
Allah rəhmət eləsin.
www.mediaxeberleri.az
Öz şərhini bildir: