t s

» » Etibar Pirverdiyev büdcə pullarını necə gəldi, xərcləyib

Etibar Pirverdiyev büdcə pullarını necə gəldi, xərcləyib

15-12-2015, 14:52 Yazar:  Günel Baxılıb: 347 Çap et
Etibar Pirverdiyev büdcə pullarını necə gəldi, xərcləyibHesablama Palatası “Azərenerji” ASC-də aparılmış auditin nəticələrinə dair məlumat yayıb.

Palatanın rəsmi saytında xəbər verilir ki, audit “Azərenerji”yə ayrılan büdcə vəsaitlərinin xərclənməsində ciddi pozuntular üzə çıxarıb.

Aparılmış yoxlamalar üzə çıxarıb ki, “Azərenerji” ASC tərəfindən dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib.

Birbaşa layihə-smeta sənədlərinin hazırlanması, layihənin texniki-iqtisadi əsaslandırılması və qiymətləndirilməsi aparılmayıb. Tikinti layihələri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması, həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi üçün ekspertizadan keçirilməyib. Habelə müvafiq qaydaların tələblərinə uyğun olaraq tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyəri müəyyən edilməyb.

Auditor bir neçə halda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması layihəsi üzrə obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatın sifarişinə əsasən hazırlandığını müəyyən edib. Həmçinin layihə-smeta sənədlərinin hazırlanması xərclərinin podrat müqaviləsinə daxil edildiyini, işlərin yerinə yetirilməsi zamanı podratçıya artıq vəsait ödənildiyini üzə çıxarıb.

Yoxlamalar nəticəsində müəyyən olunub ki, “Azərenerji” ASC işlərin və xidmətlərin satın alınması zamanı bəzi hallarda satınalma proseduru tətbiq edilmədən podratçılarla birbaşa müqavilələr bağlayıb.
Hesablama Palatası həmçinin müəyyən edib ki, bir neçə obyektin tikintisi başa çatdırılsa da Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməyib. Ancaq həmin obyektlərin dəyərinin ASC-nin maliyyə hesabatlarında aktivlərə aid edildiyi üzə çıxıb.

Bütün bu ciddi pozuntulara baxmayaraq Hesablama Palatası “Azərenerji”də aparılmış yoxlamaların nəticəsini tədbir görülmək üçün hüquq-mühafizə orqanlarına göndərməyib. Palata “Azərenerji”də aparılmış yoxlamaların nəticələrinin müzakirə olunmasına həsr edilmiş kollegiya iclasında ASC-yə tövsiyə edib ki, bu pozuntuları aradan qaldırsın və belə hallara gələcəkdə yol verməsin.

Hərçənd ki, ortaya çıxarılmış pozuntulardan ciddi korrupsiya iyi gəldiyi tamamilə aydındır. Əgər “Azərenerji” heç bir texnki-iqtisadi əsaslandırma aparmadan, ekspertiza keçirmədən, müvafiq şəhərsalma normalarına məhəl qoymadan tikinti layihələrinə büdcə vəsaitlərini xərləyibsə, bəyəm burada korrupsiya əlamətləri yoxdur?

Yaxud layihə-smeta xərclərinin podratçı tərəfindən hazırlanması, podratçıya əlavə pul ödənilməsi və ya podratçının tender yolu ilə deyil, birbaşa seçilməsi korrupsiyadan xəbər vermir?

Hansı ki, “Azərenerji” ASC-nin podratçısı əksər hallarda elə bu strukturun rəhbəri Etibar Pirverdiyevin nəzarətindəki şirkətlər olur.
Bu ilin əvvəllərində “Deloitte” şirkəti tərəfindən aparılan audit də “Azərenerji”nin maliyyə göstəricilərinin kəskin pisləşdiyini üzə çıxarmışdı. “Deloitte” şirkəti tərəfindən aparılan audit yoxlaması nəticəsində məlum olub ki, səhmdar cəmiyyətin ümumi gəlirləri 2014-cü ildə 4,3 dəfə azalıb - 84 milyon 589 min manatdan 19 milyon 594 min manata enib.

Operatorun vergilərin ödənilməsindən əvvəlki gəlirləri də kəskin aşağı düşüb. 2013-cü ildə bu gəlirlər 130 milyon 607 min manat təşkil etmişdisə, 2014-cü ildə həmin rəqəm 55 milyon 378 min manata enib.

Habelə “Azərenerji”nin əməliyyat fəaliyyətindən daxilolmaların həcmi 237 milyon 748 min manatdan 168 milyon 269 min manata qədər azalıb.

“Azərenerji” həm də ölkənin əsas vergiödəyicilərindən biridir. Buna baxmayaraq uzun müddətdir ki, büdcə öhdəliklərini yerinə yetirə bilmir və ən iri vergi borcu olan müəssisələrdən biridir. 2014-cü ilin məlumatına görə, “Azərenerji”nin vergi borcu 700 milyon manat təşkil edirdi.

Hərçənd ki, “Azərenerji” ASC büdcədən ən iri investisiya qoyuluşlarının yönəldildiyi müəssisədir. 2005-ci ildən 2014-cü ilə qədər dövlət büdcəsindən “Azərenerji” ASC-yə 1 milyard 132 milyon manat investisiya yönəldilib. ASC 2010-cu ilə qədər 1,45 milyard dollara yaxın xarici kreditlər cəlb edib.

Dövlət büdcəsindən və xarici kreditlər hesabına milyardlarla dolları investisiya layihələrinə xərcləyən ASC-də maliyyə göstəricilərinin pisləşməsinin və vəsaitlərin düzgün xərclənməməsinin səbəbini korrupsiya və pis menecmentdə axtarmayıb başqa harda axtarmaq olar ki?

Məhz bu yarıtmaz fəaliyyətin nəticəsidir ki, “Azərenerji”nin və digər dövlət səhmdar cəmiyyətlərinin borclarının bir hissəsinin 2016-cı il büdcəsi hesabına ödənilməsi məcburiyyəti yaranıb.

Xatırladaq ki, prezident İlham Əliyev bölgələrdə və Sumqayıt şəhərində elektrik enerjisinin satışı və paylanması funksiyasını “Azərenerji”dən alaraq “Bakelektrikşəbəkə” ASC-nin bazasında yaradılmış “Azərişıq” ASC-yə verib. Prezident bu addımı bölgələrdə elektrik enerjisi ilə təchizatın yarıtmaz olması üzündən atıb.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
08:35 “Azərenerji”də ciddi menecment qüsurları mövcuddur Pirverdiyev “Azərenerji”ni batırır... “Azərenerji” ASC-nin ötən ilk fəaliyyətinin auditi ölkənin elektrik enerjisi operatorunun maliyyə göstəricilərinin kəskin pisləşdiyini üzə çıxarıb. “Deloitte” şirkəti tərəfindən aparılan audit yoxlaması nəticəsində məlum olub ki, səhmdar cəmiyyətin ümumi
08:50 İki məmurun “qələmi rəsmən qırıldı”: həbs təhlükəsi var İlham Əliyev onları «vurdu»; Hesablama Palatası Milli Məclisə faktlar təqdim etdi İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin iclasında “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədovun fəaliyyətini kəskin tənqid edib. “Bu
13:26 Hesablama Palatası icra başçılarının qəniminə çevrilib... - Bu faktlardan sonra əksər başçılar əndişə içindədir Hesablama Palatasının hesabatında Bakı və Sumqayıt şəhər icra hakimiyyətlərinin fəaliyyətindən də bəhs olunub. Sənəddə qeyd olunur ki, Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət büdcəsinin dövlət

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az