t s

» » Kliniki Tibbi Mərkəzə qarşı korrupsiya ittihamı - Nazirin adından sui-istifadə olunur?

Kliniki Tibbi Mərkəzə qarşı korrupsiya ittihamı - Nazirin adından sui-istifadə olunur?

26-02-2015, 17:46 Yazar:  Aygün Baxılıb: 681 Çap et
Kliniki Tibbi Mərkəzə qarşı korrupsiya ittihamı - Nazirin adından sui-istifadə olunur?Qəzetimizin ötən saylarında Kliniki Tibbi Mərkəzdə (keçmiş “Semaşko” xəstəxanası) müşahidə olunan bir sıra neqativ hallara dair tənqidi materiallar dərc olunmuşdu.

Həmin materiallarda biz göstərmişdik ki, bu xəstəxananın daha çox kommersiya əsasları üzərində qurulmuş fəaliyyəti sürəkli olaraq qanun pozuntuları ilə müşayiət olunmaqdadır. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, xəstəxananın baş həkimi Tərlan Bəbirovun personala qarşı irəli sürdüyü qanundankənar tələbləri sözügedən səhiyyə müəssisəsində ciddi fəsadlara yol açmaqdadır. Məlum olduğu kimi son vaxtlar ümumiyyətlə dövlət səhiyyə müəssisələrində xəstələrə göstərilən tibbi xidmətlərə görə pul tələb olunması ictimaiyyəti ciddi şəkildə narahat edən problemə çevrilmişdir.

Əldə etdiyimiz məlumatlarda da qeyd olunur ki, bu gün Kliniki Tibbi Mərkəzdə ödənişlər bilavasitə baş həkimin təyin etdiyi qiymətlər cədvəlinə müvafiq olaraq müəyyənləşdirilir. Məsələ ilə bağlı redaksiyamıza məlumatları təqdim edən mənbə vurğulayır ki, adıçəkilən səhiyyə ocağında tətbiq olunan qiymətlər yüksək olduğundan, baş həkim istədiyini ala bilmədiyi şöbə müdirlərindən və həkimlərdən işdən çıxmaları haqqında ərizə yazmağı tələb edir. Belə ki, hər bir xəstənin müalicəsinə və vətəndaşların müayinəsinə birbaşa özü nəzarət edən Tərlan Bəbirov Kliniki Tibbi Mərkəzə müraciət edənləri xüsusi siyahıya alır.

Daha sonra daxil olan məlumatlarda bildirilir ki, bu tibb müəssisəsində saxta arayışların verilməsi müntəzəm olaraq həyata keçirilir və baş həkim Tərlan Bəbirov bu işləri müavini Adil Salahova həvalə etmişdir. Lakin bu maxinasiyalar barədə biz bir müddət dərc etdiyimiz materialda artıq ətraflı bəhs etmişdik. Qeyd etmək lazımdır ki, ölkənin əksər kütləvi informasiya vasitələrində dərc olunan materiallarda da belə bir məqam hər zaman vurğulanır ki, bu xəstəxanada xəstələrin pulsuz müayinə və müalicəsi demək olar ki, mümkün deyil. Elə xəstəxanada çalışanlar da etiraf edirlər ki, onlar xəstələrdən pulu rəhbərliyin tələbilə alırlar.
Şöbələrə konkret haqq qoyulub və hər həftə şöbə müdirləri, həkimlər Tərlan Bəbirova aldıqlarının hesabatını verirlər. Bu xüsusda bəzi mənbələr iddia edirlər ki, baş həkimin əməlləri artıq Kliniki Tibbi Mərkəzin kollektivini də narahat etməkdədir. Bundan başqa isə müxtəlif mənbələrin təqdim etdikləri məlumatlarda xüsusi olaraq diqqət mərkəzinə çəkilir ki, bu tibb müəssisəsində xəstələrə dövlət hesabına heç bir dərman preparatları və ərzaq verilmir.

Halbuki dövlət büdcəsindən xəstəxanaya dərman və dərman preparatları, tibbi avadanlıqlar, həmçinin ərzaq da ayrılır. Demək olar ki, bütün şöbələrdə vətəndaşlara pulsuz verilməli olan dərmanlar pulla satılır. Hər əməliyyatdan baş həkimə müəyyən məbləğdə pul ödənilir. Məsələn, qeysəriyyə doğuşundan Tərlan Bəbirova 100 manat, təbii doğuşdan 50 manat, cərrahiyyə laparoskopik əməliyyatlardan 200 manat, sadə əməliyyatlardan 50-100 manat, qəbul şöbəsində hər xəstədən 20 manat, rayon xəstələrindən 100 manat alınır.Göründüyü kimi Kliniki Tibbi Mərkəzdə mövcud durumun son dərəcə böhranlı hala çatdığı artıq heç bir şübhə doğurmur.

Bütün bu baş verənlərin fonunda isə ölkənin Səhiyyə Nazirliyi tərəfindən hələ də vəziyyətə müdaxilə olunmaması, təbii ki, ictimaiyyət tərəfindən anlaşılan bir mövqey kimi qəbul edilə bilməz. Bu arada isə Tərlan Bəbirov öz əməkdaşlarına mətbuatda onun və rəhbərlik etdiyi müəssisənin fəaliyyəi barədə dərc olunan tənqidi materiallara əhəmiyyət verməməyi tövsiyyə edir. Baş həkimin sözlərinə görə, Səhiyyə naziri cənab Oqtay Şirəliyevlə olan dostluq münasibətləri onu bütün “arzuolunmaz” vəziyyətlərdən kifayət qədər sığortalayır...
\\ bizimdovr.az \\




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:35 Şəlalə Səfərova 7 saylı poliklinikanı özəl obyektə çevirib? İddialara görə, buradakı ödənişlərin dövlətə heç bir aidiyyatı yoxdur Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 1 ünvanında yerələşən 7 saylı şəhər poliklinikası ətraf ərazidə yaşayan vətəndaşlara pulsuz tibbi xidmət göstərməli olan dövlət səhiyyə müəssisəsidir. Lakin burada adi tibb bacısından tutmuş
15:15 Şamaxıda icra başçısına söykənən rüşvət piramidası – İdarə müdirləri ona görə rüşvət alırlar ki... Şamaxı rayonunda səhiyyə sisteminin acınacaqlı durumda olması, bu sahəyə rəhbərlik edən Elxan Məmmədovun isə öz işində yol verdiyi çeşidli qanun pozuntuları ilə mövcud vəziyyəti getdikcə daha da ağırlaşdırması artıq heç kəs üçün sirr deyil. Bununla bağlı DİA.AZ-a rayondan verilən məlumatda deyilir
22:45 Baytarlıq Laboratoriyasının görünməyən tərəfləri Fizuli Quliyevin qaranlıq işlərini durdurmaq lazımdır Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində Dövlət Baytarlıq Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının fəaliyyətinə dair tənqidi materiallar dərc olunmaqdadır. Paytaxtın 8-ci mikrorayon ərazisində yerləşən bu laboratoriyadan,
19:12 1 saylı Dəri Zöhrəvi Dispanserində Rəşad İsmayılov ruzigarı "Baş həkimin tapşırığıdır..." Artıq səhiyyə ocaqları barədə daxil olan şikayətləri eşitdikdə, elə də təəccüblənmirik. Necə deyərlər, artıq bu duruma vərdiş etmişik. Lakin vəziyyətin belə olması heç də xoş mənzərə deyil. Lakin təəssüflər olsun ki, səhiyyədəki yaşanan amillər gerçəkdir. Sağlamlıq
23:16 Uşaq stomatoloji poliklinikasında anarxiya Rafael Sultanovun rəhbərlik etdiyi poliklinikada vəziyyət acınacaqlıdır Qəzetimizin ötən saylarında biz dəfələrlə respublikamızın səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc etmişik. Məlum olduğu kimi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az