t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Türkiyədə zəlzələdə ölənlərin sayı 1541-ə çatıb, doqquz mindən çox yaralı var - YENİLƏNİR + VİDEO

Türkiyədə zəlzələdə ölənlərin sayı 1541-ə çatıb, doqquz mindən çox yaralı var - YENİLƏNİR + VİDEO

6-02-2023, 20:30 Yazar:  Samir Baxılıb: 719 Çap et
Türkiyədə zəlzələdə ölənlərin sayı 1541-ə çatıb, doqquz mindən çox yaralı var - YENİLƏNİR + VİDEO
Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə, yaralıların sayı isə 9 733-ə çatıb.

Bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay məlumat yayıb.

O bildirib ki, yeraltı təkanlar nəticəsində 3 471 bina tamamilə dağılıb.

18:31

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, ölkədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1498-ə, xəsarət alanların sayı isə 8533-ə çatıb.

Qeyd edilib ki, yeraltı təkanlar nəticəsində 2834 bina dağılıb.

17:38

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, ölkədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1121-ə, xəsarət alanların sayı 7634-ə çatıb.

17:22

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, ölkədə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 7003-ə çatıb.

Qeyd olunur ki, Kahramanmaraşda 191, Qaziantepdə 200, Şanlıurfada 27, Diyarbəkirdə 41, Adanada 43, Adıyamanda 20, Osmaniyedə 131, Hatayda 250, Kilisdə 13 və Malatyada 98 nəfər olmaqla 1014 insan həyatını itirib. Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Malatya, Osmaniye, Hatay və Kilisdə 7003 nəfər yaralanıb.

16:14

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Orhan Tatar zəlzələdən həyatını itirənlərin sayını açıqlayıb.

O bildirib ki, son məlumata görə zəlzələ nəticəsində 1014 nəfər həlak olub.

14:13

Türkiyə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 912-yə çatıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, yaralıların sayı 5385-ə yüksəlib. Türkiyə lideri ölkənin cənub-şərqindəki zəlzələnin 1939-cu ildən bəri ən iri təbii fəlakət olduğunu bildirib.

R.T.Ərdoğan qeyd edib ki, doqquz mindən çox xilasedici zəlzələdən zərər çəkən bölgələrdə axtarış işlərinə qatılıb.

Xilas edilən vətəndaşların sayı 2470 olub. Zəlzələ nəticəsində ümumilikdə 2812 bina dağılıb.

11:07

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

F.Oktayın sözlərinə görə, yaralıların sayı 2323-ə yüksəlib. Zəlzələ nəticəsində 1710 bina dağılıb.

08:57

Türkiyədəki zəlzələdə ölənlərin sayı 76-ya çatıb.

Bununla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 440 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dağıntılar yeddi vilayətdə qeydə alınıb.

08:44

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatıb.

Bununla bağlı “Haber Global” məlumat yayıb.

Bildirilib ki, Malatya bölgəsində zəlzələ nəticəsində 140 bina dağılıb, azı 23 nəfər ölüb, 420 nəfər isə xəsarət alıb.

Bundan başqa, Şanlıurfada 18 bina dağılıb, 17 nəfər həlak olub.

Osmaniyedə isə 34 bina yerlə yeksan olub, beş nəfər həyatını itirib.

İlkin məlumatlara görə, Diyarbəkirdə isə altı nəfər həlak olub.

06:59

Türkiyənin Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb.

Bildirilib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.

Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:33 Türkiyədə dəhşətli zəlzələ: ölənlərin sayı 1000-i keçdi Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ olub. Mediaxeberleri.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Yerin 7 kilometr dərinliyində meydana gələn zəlzələ Kayseri, Malatya, Diyarbəkir, Qaziantep və paytaxt Ankarada da hiss olunub. Eyni zamanda
09:02 Türkiyədəki zəlzələdə ölənlərin sayı 76-ya çatdı, yüzlərlə yaralı var - YENİLƏNİB + VİDEO Türkiyədəki zəlzələdə ölənlərin sayı 76-ya çatıb. Bununla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ nəticəsində 440 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dağıntılar yeddi vilayətdə qeydə alınıb. 08:44 Türkiyədə güclü zəlzələ
08:12 Türkiyədə 7,4 bal gücündə zəlzələ: ölənlər var Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda və bal gücündə zəlzələ olub. Mediaxeberleri.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Yerin 7 kilometr dərinliyində meydana gələn zəlzələ Kayseri, Malatya, Diyarbəkir, Qaziantep və paytaxt Ankarada da hiss olunub. Eyni zamanda
08:18 Zəlzələdə ölən və yaralananların sayı artıb - YENİLƏNİB + VİDEO Türkiyənin Elazığ və Malatya şəhərində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb, 772 nəfər xəsarət alıb. Bu barədə “Anadolu” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verib. 06:31 Türkiyə Fövqəladə Hallar üzrə Dövlət Komitəsindən verilən məlumata görə,
21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az