t s

» » Daha bir bahalaşma bumu qapıda: Martın 1-dən qiymətlər rəsmən artacaq - siqaret-spirtli içkilər və benzin üçün

Daha bir bahalaşma bumu qapıda: Martın 1-dən qiymətlər rəsmən artacaq - siqaret-spirtli içkilər və benzin üçün

26-02-2015, 17:39 Yazar:  Aygün Baxılıb: 3915 Çap et
Daha bir bahalaşma bumu qapıda: Martın 1-dən qiymətlər rəsmən artacaq - siqaret-spirtli içkilər və benzin üçünFevralın 2-də Nazirlər Kabineti respublikaya idxal olunan spirtli içkilər, tütün məmulatları və neft məhsullarının yeni aksiz dərəcələrini təsdiq edib. NK-nın qərarına əsasən, aşağıdakı malların yeni aksiz dərəcələri təsdiq edilib:

Səməni pivəsi - 1 litr üçün 1 manat (əvvəllər $1); təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosu - 1 litr üçün 2 manat ($2,5); şampan şərabı - 1 litr üçün 2,5 manat; viski, araq, likör, rom və digər spirtli içkilər - 1 litr üçün 6 manat (əvvəllər $6 ).

- Siqaretlər və siqarillalar - 1000 ədəd üçün 4 manat; siqarlar - 1000 ədəd üçün 10 manat (əvvəllər 1000 ədəd üçün $1,8).

- Aviasiya benzinləri - 1 ton üçün 1 manat (əvvəllər $1); mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə - 1 ton üçün 200 manat (əvvəllər $250); mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya çox oktan ədədi ilə - 1 ton üçün 120 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə - 1 ton üçün 80 manat (əvvəllər $100-78 manat).

- Reaktiv benzin yanacağı - 1 ton üçün 1 manat, xüsusi benzinlər: uayt-spirit - 1 ton üçün 1 manat (əvvəllər $1); təbii qaz – 1 ton üçün 1 manat; sürtkü yağları – 1 ton üçün 1 manat (əvvəllər $1); neft vazelini - 1 ton üçün 10 manat (əvvəllər $10); qazoyllar - 1 ton üçün 80 manat (əvvəllər $100 - 78 manat ); neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar - 1 ton üçün 24 manat (əvvəllər $30 23 manat 37 qəpik); maye yanacaq - 1 ton üçün 1 manat; digər neft məhsulları - 1 ton üçün 50 manat.

GUNDEMİNFO.AZ qeyd edir ki, bu qərardan da göründüyü kimi, ölkədə ikinci bahalaşma dalğası başlaya bilər. Lakin bahalaşma dalğası əsasən spirtli içkilər və tütün məmulatlarına şamil olunmalıdır. Bununla belə nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin verdiyi bu qərar fevralın 2-də qəbul olunub və martın 1-dən qüvvəyə minir. Lakin artımlar fevralın 2-də olan məzənnəyə görə tətbiq olunmalıdır.

Aksiz vergilərinin tətbiqi məsələn 1000 ədəd siqaret üçün 4 manat olacaq. Bu da təxminən 4 dollara yaxındır. Müqayisə üçün deyək ki, hazırda 1000 ədəd siqaret üçün idxal üzrə aksiz vergisi 1.8 dollardır. Artım kifayət qədər böyükdür. Azı 2.5 dəfə. Deməli martın -1dən sonra qiymət artımı bir az da sürətlənəcək.

Bununla belə ölkəyə benzin idxalında da qiymət artımları müşahidə edilə bilər. NK-nın martın 1-də qüvvəyə minəcək qərarında benzin idxalına tətbiq edilən aksizlərlə bağlı da məqamlar öz əksini tapır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:56 Sığorta şirkətləri 50 milyon qazanıb 2015-ci ilin yanvar ayına olan məlumata görə, sığorta şirkətləri könüllü sığortalar üzrə cəmi 50 milyon 883 min 723,88 manat qazanıb. Könüllü sığorta ümumi sığortanın 80,9%-ni təşkil edir. Bu barədə Mediaxeberleri.az-a Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib. Məlumata görə, 7 milyon
15:57 Marketlərdə bahalaşma başladı - 3 manat 90 qəpiklik peçenye 4 manat 20 qəpiyə Manatın məzənnəsinin aşağı düşməsilə başlanan aşkar qiymət artımı ilə yanaşı Bakının mağazalarında gizli qiymət artımı müşahidə olunur. Mediaxeberleri.az xəbər verir ki, anspress-in məlumatına görə, bir sıra böyük marketlər alıcıları aldadırlar. Belə ki, mağazalar vitrində bir qiymət yazaraq
02:07 Siqaret də bahalaşdı Bakıda siqaret də bahalaşdı. Virtualaz.org saytının paytaxtın marketlərində monitorinqlər aparan müxbirləri xəbər verir ki, qiymət artımı bütün markalardan olan siqaretləri əhatə edir. Lakin markaya görə bəzi fərqlər də var. Məsələn, şəhərin mərkəzindəki dükanlarda bu gün səhər 2 manata olan
15:14 1 avro 1 manat 19 qəpik oldu – RƏSMİ 33,8% artım. Azərbaycan Mərkəzi Bankının fevralın 21-nə olan rəsmi məzənnəsinə əsasən, 1 avro 1,1950 manat səviyyəsində qərarlaşıb. Mediaxeberleri.az xəbər verir ki, bu göstərici ötən gün ilə müqayisədə 30 qəpik və ya 33,8% artım deməkdir.
15:10 “İkirəqəmli qiymət artımı olacaq, banklara krediti olanlar daha çox manat xərcləyəcək” “Mərkəzi Bankın rəsmi açıqlamalarında və eləcə də, inflyasiya ilə bağlı proqnozlarına əsasən milli valyutanın məzənnəsinin yumşaq dəyərdən düşəcəyi gözlənilirdi. Manatın məzənnəsini bazar deyil, Mərkəzi Bank sədri müəyyənləşdirdiyi üçün milli valyutanın kursunun necə olacağı sadəcə sözügedən bankın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az