t s

» » Heydər Əsədovdan sahibkarlara - TAPŞIRIQ

Heydər Əsədovdan sahibkarlara - TAPŞIRIQ

26-02-2015, 17:21 Yazar:  Aygün Baxılıb: 607 Çap et
Heydər Əsədovdan sahibkarlara - TAPŞIRIQ“Manatın məzənnəsi ilə əlaqədar”.

Cari ildə Azərbaycana tələbata müvafiq olaraq kifayət qədər gübrə gətirilib və biz kənd təsərrüfatı sahəsində, ümumilikdə ehtiyatda olan gübrələrin satışında vahid qiymət siyasəti yeritməliyik.

Mediaxeberleri.az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı naziri Heydər Əsədov ölkəmizə gübrə idxal edən şirkətlərin nümayəndələri və müvafiq qurumların rəhbərləri ilə görüş zamanı bildirib.

“Bu gün ölkəmizə gətirilən gübrələr manatın keçmiş kursu ilə alındığına görə heç bir qiymət artımından söhbət gedə bilməz”- deyə, nazir bildirib.

Nazir şirkət rəhbərlərinə bəzi tapşırıqlar verib:

“Gübrələr öz keyfiyyətinə görə müasir standartlara cavab verməli və kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzəştlə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon Aqroservis filiallarında, həmçinin şirkətlərin satış məntəqələrindən satılmalı, eyni zamanda qiymətlər dövlətin müəyyən etdiyi qaydalara müvafiq olaraq sabit qalmalıdır. Biz fermerlərin heç bir zərər çəkmədən maraqlarına münasib qiymətləri tənzimləməliyik. Bu gün fermerlərin gübrəyə olan tələbatı tam ödənilir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:44 Nazir: Dələduzlar qiymətləri süni şəkildə artırmağa cəhd göstəriblər Manatın dollarla müqayisədə dəyərdən düşməsi sosial ödənişlərin verilməsində hər hansı problem yaratmayacaq. Mediaxeberleri.az APA TV-yə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib: “Milli valyutanın kursu
23:16 Əsas ərzaq məhsulları bahalaşmayacaq "İndi və yaxın gələcəkdə unun bahalaşmasından söhbət gedə bilməz" Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Manatın məzənnəsinin 33,5% ucuzlaşması və dolların bahalaşması fonunda ölkədə
21:07 Əsas un və ərzaq istehsalçısı olan şirkətlər: Unun qiyməti qalxmayıb Manatın ucuzlaşmasından əsasən işbazlar faydalanmaq niyyətindədir. Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Manatın məzənnəsinin 33,5% ucuzlaşması və dolların bahalaşması fonunda ölkədə
11:50 Heydər Əsədovun müavininə ittiham - subsidiyaları necə mənimsəyib? Kənd təsərrüfatına ayrılan 100 milyon manat subsidiyaların məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı xeyli müddətdir ki, mətbuatda yazılar dərc olunur. Buna baxmayaraq bu barədə konkret tədbir görülmür. Ancaq ölkə başçısının sonuncu müşavirədə dedikləri problemin çox ciddi olduğunu göstərir.
16:05 Prezidentin iradı nəticə verdi (VİDEO) Əkinə yararlı torpaqların istifadəsi ilə bağlı yeni plan işə düşür Əkinə yararlı torpaqların istifadəsi ilə bağlı yeni tədbirlər planı təqdim olunacaq. Dövlət başçısının torpaqların istidfaəsiz qalması ilə bağlı səsləndyirdi son iradlardan sonra Kənd Təsərüfatı Nazirlyi bu sahədə nöqsanların

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az