Sverdlovsk vilayətinin Uray kəndində üç yaşlı uşaq həkim qəbulunda stomatoloji aləti udub.Mediaxeberleri.az xəbər verir ki, bu barədə "Ural Mash Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, uşaq boğazına düşən diş çubuğunu udub. Hadisədən sonra uşağı rentgen müayinəsindən keçiriblər və məlum olub ki, tibbi cihaz onun mədəsində qalıb.
Uşağın valideynləri onu xəstəxanaya yerləşdirməkdən imtina ediblər. Ertəsi gün isə həmin cihaz uşağın bədənindən yoxa çıxıb. Baş verən müaəmmalı hadisə səbəbilə həkimlər bir neçə dəfə məsləhətləşmələr aparsalar da, lakin bunun niyə baş verdiyini öyrənə bilməyiblər.
Öz şərhini bildir: