t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » “Sabah”la “Qarabağ” arasında “transfer savaşı” - 1 milyonluq təklif

“Sabah”la “Qarabağ” arasında “transfer savaşı” - 1 milyonluq təklif

30-01-2023, 11:03 Yazar:  Samir Baxılıb: 89 Çap et
“Sabah”la “Qarabağ” arasında “transfer savaşı” - 1 milyonluq təklif
Bu mövsüm uğursuz çıxış edən “Neftçi”də vəziyyət heç də yaxşı deyil. “Sabah”a məğlubiyyətlə çempionluq yarışından tamamilə qopan “ağ-qaralar”ın düşərgəsində vəziyyət gərgin olaraq qalır. Komandanın uğursuzluğu futbol ictimaiyyəti və azarkeşlər tərəfindən kəskin tənqid olunduğu vaxtda “Neftçi” rəhbərliyi daha bir ağır xəbər alıb.

Mediaxeberleri.az-ın əldə etdiyi məlumata görə, komandanın kapitanı Emin Mahmudov mövsümün sonunda bitəcək müqaviləsini yeniləmək istəmir. O, “ağ-qaralar”ın düşərgəsində yaranmış vəziyyətdən bezib. Uğursuzluqlarda, problemlərdə həmişə kapitan kimi sinəsini önə verən Emin artıq yorulub. Bu səbəbdən ona təklif edilən 2 illik sözləşməni yeniləməyə tələsmir. Bu barədə onunla klub nümayəndəsi arasında söhbət də olub. Emin mövsümün sonuna qədər gözləməyi məsləhət bilib. Vəziyyət dəyişməsə, yəni komanda ən azı ölkə kubokunu qazanmasa, Mahmudov gedəcək.

Mövsümün sonunda azad agent olacaq millimizin üzvünə 2 klubdan təklif var. 30 yaşlı yarımmüdafiəçi “Qarabağ” və “Sabah”ın diqqət mərkəzindədir.

“Atlılar” uzun müddətdir ki, futbolçunu izləyir. O, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun ixtiyarında görmək istədiyi futbolçulardan biridir. Bu səbəbdən “Qarabağ” imkan düşdükcə futbolçu ilə təmas qurmağa çalışır. Artıq Eminə şifahi şəkildə təklif edilib. Futbolçu Ağdam təmsilçisində çıxış etməyə isti yanaşır.

Ağdamlıların çempionluq yarışında olduğu kimi bu transferdəki tək rəqibi “Sabah”dır. “Bayquşlar” Emin Mahmudova görə Azərbaycan futbol tarixinin ən yaxşı müqavilələrindən birini təklif edir. Paytaxt təmsilçisi millinin kapitanına 1 milyon manat maaş və əlavə bonuslar ödəməyə hazırdır. Klub rəhbərliyi futbolçuya etimadını göstərmək üçün həttta ona kapitanlıq da təklif edir.

Göründüyü kimi, Emin Mahmudov “Neftçi”dən ayrılmaq qərarına gəlsə, “Qarabağ”la “Sabah” arasında əsl "transfer savaşı" baş tutacaq.

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”də çıxış edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
13:49 Azərbaycanın keçid balına görə ən güclü universitetləri - REYTİNQ Hər kəs çalışır ki, qəbul imtahanlarında yüksək bal toplasın və reytinqli ali təhsil müəssisəsinə daxil olsun. Çünki seçilən universitet tələbələrin gələcək iş həyatında da mühüm yer tutur. Mediaxeberleri.az Azərbaycanda I-II-III-IV-V ixtisas qrupları üzrə ən yüksək ballara görə universitetlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az