t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Lənkəran teatrında QALMAQAL – Keçmiş direktorun “ÖLÜCANLARINI” yeni direktorla nə bağlayır?

Lənkəran teatrında QALMAQAL – Keçmiş direktorun “ÖLÜCANLARINI” yeni direktorla nə bağlayır?

24-01-2023, 21:13 Yazar:  Samir Baxılıb: 74 Çap et
Lənkəran teatrında QALMAQAL – Keçmiş direktorun “ÖLÜCANLARINI” yeni direktorla nə bağlayır?
Lənkəran Dövlət Dram Teatrında kadr dəyişikliyi olub.

MEDİAXEBERLERİ.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, 9 il teatra rəhbərlik edən Tofiq Heydərov işindən kənarlaşdırılıb, onu hazırda nazirliyin əmr ilə müvəqqəti olaraq teatrın direktor müavini İntiqam Hacılı əvəz edir.

2022-ci ilin may ayından teatra direktor müavini təyin olunan İntiqam Hacılı ilk gündən teatrda olan ölücanlarla mübarizə aparmaqla gündəmə gəlib.

Teatrdan əldə etdiyimiz məlumata görə, hazırda kollektiv çaşqınlıq içindədir. Adının çəkilməsini istəməyən mənbənin bildirib ki, qısa bir vaxt ərzində teatrda çox ciddi proseslər baş verib:

“İxtisasca aktyor olan, heç bir rejissor təcrübəsi olmayan Anar Babalı Mədəniyyət nazirliyinin teatr sektorunun müdiri Könül Cəfərlinin dəstəyi ilə teatra baş rejissor gətirilib. Kollektivlə hesablaşan yoxdur.

Baş rejissorun bu müddıt ərzində heç bir müsbət işinin şahidi olmamışıq. Gələn gündən “kimsə məndən ad gözləməsin” deyən Anar Babalı köhnə direktorla dil taparaq şəxsi maraqları üçün çalışıb. 1 ildə gördüyü iş ancaq Kamal Abdullanın Azdramada qadağan olunmuş “Casus” pyesini səhnələşdirmək olub. Bu tamaşa isə anti-türk, Azərbaycan əleyhinə olan bir əsərdir.

Oğuz bəylərini qeyrətsiz, qadınlarını isə pozğun şəkildə təqdim edən bu tamaşa ilə indiki siyasi reallıqda, İranın iki addımlığında, Lənkəran kimi bir yerdə nə demək istədikləri də bəlli deyil. Hələ bu azmış kimi, Mədəniyyət nazirliyindəki himayədarları vasitəsi ilə gələn kimi ona prezident təqaüdü də verildi. Baxmayaraq ki, illərlə bu təqaüdü gözləyən aktyorlar var”.

İntiqam Hacılının təyinatına isə teatr kollektivi birmənalı yanaşmayıb:

“İntiqam Hacılı, Allah tərəfi, hələ müavin təyin olunduğu ilk gündən köhnə direktorla ölücanların işdən çıxarılması üçün mübarizə aparıb. Onun sayəsində biz bildik ki, teatrın sexlərində göründüyündən artıq işçi ştatdadır. Təkcə səhnə fəhləsi ştatı 5 nəfər olduğu halda iki nəfər işə çıxır. Təsəvvür edin ki, iki nəfərdən biri xəstələnərsə, deməli iş dayanır.

İllərdir bu proses davam edir, tamaşalara demək olar ki, vəsait ayrılmır. Biz nə vaxta qədər sexlərdə iylənmiş nimdaş paltarlar geyinib səhnəyə çıxacağıq. Nə vaxta qədər tərtibat qurmaq üçün illərin köhnə dekarasiyalardan istifadə edəcəyik. İnanın, heç təzə gələcək direktora da güvənmirik”.

Məlumatlı mənbə deyir ki, teatrda demək olar ki, bütün rəhbər şəxslərin ailə üzvləri ştatda var. İşə gəlmədən əmək haqqı alırlar:

“İntiqam Hacılı bir müddət sələfini divara dirəmişdi ki, ona ştat cədvəlini göstərsin. Amma sonra deyəsən nəsə aralarında razılığa gəldilər və söhbət də unuduldu. Elə onun da xanımını teatra işə götürüblər deyilir. Bu günə qədər kimsə onları görməyib teatrda”.

Teatrda isə hazırda təhvil-təslim prosesinə hazırlıq gedir. Son durum haqqında sualımızı teatrın direktor əvəzi İntiqam Hacılıya ünavanladıq. Direktor əvəzi bildirdi ki, hələ təhvil-təslim olmayıb, iş gedir:

“Komissiya yaradılıb. Komissiyanın apardığı işin nəticələri haqında məlumat veriləcək”.

"Ölücanların" taleyi ilə bağlı sualımızı isə İntiqam Hacılı nəysə cavablandırmaq istəmədi.

Qeyd edək ki, son günlər İntiqam Hacılı teatrda baş verən qanunsuzluqlarla bağlı öz fb səhifəsində paylaşımlar edərək keçmiş director Tofiq Heydərovu mədəniyyət terroristi adlandırıb. Sonradan isə həmin paylaşımı statusundan silib.

Mövzunu diqqətdə saxlayacağıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az