t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Bəzi direktorlar məktəbi bazara çeviriblər: - “Maaşın 2 ayı mənim, qalanı...”

Bəzi direktorlar məktəbi bazara çeviriblər: - “Maaşın 2 ayı mənim, qalanı...”

24-01-2023, 21:03 Yazar:  Samir Baxılıb: 98 Çap et
Bəzi direktorlar məktəbi bazara çeviriblər: - “Maaşın 2 ayı mənim, qalanı...”
Cəlilabad rayon Zərbiəlli kənd məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd edilən məktəbdə 2019-2022-ci illər ərzində tədris edilməmiş dərs saatlarına görə əməkhaqqı ödənilməsi və nəticədə dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə mənimsəmə, xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

MEDİAXEBERLERİ.AZ-ın məlumatına görə, hadisəyə münasibət bildirən təhsil üzrə ekspert Elçin Əfəndi "Sherg.az"a açıqlamasında bildirib ki, təkcə Cəlilabad kənd məktəbində deyil, respublikanın əksər rayon və kəndində yaşanan haldır:

"Bir çox məktəb rəhbələri, direktorlar fürsətdən istifadə edirlər. Hansısa məktəbdə bağbana ehtiyac varsa, iki bağban qeydiyyata alınır. Bağbanlardan birinin pulu mənimsənilir. Təsərrüfat işçilərinin sayı 5 nəfər olmalıdısa, 3 nəfər işə götürüb, 2 nəfərin pulunu yenə də direktor mənimsəyir və s.Təhsil sektorunda çoxlu yeyinti mövcuddur. Yeyintinin məbləğini hesablasaq, dövlət büdcəsini kifayət qədər çapıb-talamaq faktları üzə çıxa bilər. Hesablama Palatası Elm və Təhsil Nazirliyində yoxlamalara başlamalıdır. Regional təhsil idarələrinin tabeliyindəki məktəblər də yoxlanılmalıdır. Kimlər saxta yolla işə qəbul olub? Orda çalışan müəyyən şəxslərin aldığı əməkhaqqının hansı hissəsi mənimsənilir? Elə direktorlar var ki, vətəndaş bildirişləri əsasında müəyyən işçini işə götürəndə şərt kəsirlər. Tutalım, "əməkhaqqının 2 ayını mən götürəcəm, növbəti aylarda sən alacaqsan" ".

E.Əfəndinin dediklərinə görə, məmur dövlət büdcəsindən milyonlarla vəsait talayanda məktəb direktorları da, müxtəlif üsullarla çəkinmədən belə addım atırlar:

"Qanunsuz əməllərə yol verənlərin sayı çoxdur. Təkcə təhsildə deyil, səhiyyədə eləcə də, digər sahələrdə eyni hallara rast gəlmək mümkündür. Problemin aradan qalxması üçün hər kəs əlini daşın altına, vicdanına qoymalıdır.

Son 6-7 ay ərzində məktəb direktorlarının rüşvət faktoru ilə vəzifədən uzaqlaşdırılıb. Həmin şəxslər bir müddət sonra başqa məktəbdə direktor vəzifəsinə təyin olunursa, digərləri də bundan qorxmaz. Onlar düşünürlər ki, başqa yerə tanışlıq, yaxud rüşvət qarşılığında yeni təyinat alacaqlar. Gen-bol qanunsuz əməllər həyata keçirirlər".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:52 Kənd məktəbində qanunsuzluqlar: Dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulub Cəlilabad rayon Zərbiəlli kənd məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Cəlilabad Rayon Prokurorluğu məlumat yayıb. Araşdırma zamanı qeyd edilən məktəbdə 2019-2022-ci illər ərzində tədris edilməmiş dərs saatlarına görə əməkhaqqı ödənilməsi və
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
07:53 Dərslər bu formada keçiriləcək - Baş Nazirdən YENİ QƏRAR Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Mediaxeberleri.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az