Tovuzda 59 yaşlı kişini avtomobil vuraraq öldürdü
24-01-2023, 07:05
Yazar: Samir
Baxılıb: 77
Çap et
Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Bakı-Qazax magistral yolunun Qovlar şəhərindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1964-ci il təvəllüdlü Zülfüqar Məmmədovu vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
www.mediaxeberleri.az
Öz şərhini bildir: