Bu gün Xalq artisti Sabir Məmmədovun doğum günüdür
23-01-2023, 21:36
Yazar: Samir
Baxılıb: 264
Çap et
Bu gün “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanlı Respublikanın Xalq artisti Sabir Məmmədovun doğum günüdür.
Sabir Novruz oğlu Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur.
1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1983-cü ildə təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilmişdir. 1989-cu ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirmişdir. Sabir Məmmədov bir çox filmə çəkilmiş, teatrlarda rol aparmış və bir çox filmlərdə öz səs tembrinə uyğun rolları səsləndirmişdir. 2002-ci ildən Azərbaycan Respublikasının Əməkdar Artisti, 2010-cu ildə Cəfər Cabbarlı mükafatı laureatı,
2018-ci ildən Azərbaycan Respublikasının Xalq artisti,
8 dəfə Prezident Mükafatçısı (2005, 2012, 2015, 2016, 2017, 2018, 2019, 2020).
Mediaxeberleri.Az kollektivi adından Sabir Məmmədovu təbrik edir, cansağlığı, uzun ömür arzulayırıq!
www.mediaxeberleri.az
Öz şərhini bildir: