Ronaldu “Əl-Nəsr”də rəsmi debüt etdi, komandası qələbə qazandı
22-01-2023, 23:48
Yazar: Samir
Baxılıb: 76
Çap et
Kriştianu Ronaldunun yeni komandası “Əl-Nəsr” bu gün Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb.
Ər-Riyad təmsilçisi 14-cü turda öz meydanında “Əl-İttifaq”la qarşılaşıb.
Oyun "Əl-Nəsr"in qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 31-ci dəqiqədə Anderson Taliska vurub.
Start heyətdə meydana çıxan Ronaldu sona qədər oynayıb. Bu, 38 yaşlı futbolçunun "Əl-Nəsr"də ilk rəsmi oyunu olub.
www.mediaxeberleri.az
Öz şərhini bildir: