t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Mollaların Həzrəti Fatimənin önündə Annaya verdikləri “cənnət bileti”

Mollaların Həzrəti Fatimənin önündə Annaya verdikləri “cənnət bileti”

22-01-2023, 20:30 Yazar:  Samir Baxılıb: 91 Çap et
Mollaların Həzrəti Fatimənin önündə Annaya verdikləri “cənnət bileti”
“Hər kəs həzrət Fatimeyi- Məsuməni ziyarət etsə, onun mükafatı cənnətdir”, deyirdi İmam Rza. İndi Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın yeri cənnətdirmi, yoxsa?!

Ermənistandan gələn Annanı Qum şəhərində məcsidə və Fatimeyi-Məsumənin qəbrinə aparan mollalar Paşinyanın heç xristianlığa belə doğru-dürüst uğyun gəlməyən qriqorian arvadını ümməti-İslam edib cənnətəmi göndərmək istəyirlər, yoxsa onlar üçün Azərbaycanla düşmənçilik o həddə çatıb ki, İslamı təhqir edən, Allahın evində donuz saxlayanların Məsumənin qəbrinə aparmaqla da ürəkləri soyumur?!

İndi biz Fatimənin məsumluğunu ləkələyən mollaların şiəliyinəmi inanaq, yoxsa Annaya verdikləri cənnət “biletinəmi”?!

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın İran səfəri və səfər çərçivəsində baş verənlər molla rejiminin İslam təəssübkeşliyini də, Əhli-Beyt eşqini də yenidən şübhə altına saldı. Məsələ Tehranda keçirilən “Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi”nə Annanın dəvət olunması deyil, məsələ Ermənistandan Paşinyanın həyat yoldaşının dəvət olunması, ona göstərilən diqqət və şiələrin müqəddəs məkanlarına ziyarətidir. Mollalar deyə bilər ki, Annanın başqa dinə mənsub olması onun məscidə getməsinə mane olmamalıdır.

Xub. Axı Allahın evinə aparılan bu qonaq Allahın evinin təhqir olunduğu, İslam mirasını məhv edən ölkədən gəlir. Azərbaycan torpaqları işğal altında olarkən oradakı İslam irsini məhv edən, məscidlərdə donuz saxlayan da bunlardır, İrəvan da daxil olmaqla Azərbaycanın tarixi torpaqlarında İslam adına nə varsa hamısını məhv edən, Yer üzündən silən də. İndi İran rejimi Ermənistandan gələn “əziz qonağı” Qum şəhərində məscidə aparır, azərbaycanlılar da daxil olmaqla şiə dünyasından gələn zəvvarların müqəddəs hesab etdiyi məkanları gəzdirir, Fatimeyi-Məsumənin qəbri üstündə “həmrəylik” pozu verirlər.

Və Fatimənin məsumluğunu da, Allahın evini də, şiələrin müqəddəs məkanlarını da Azərbaycan düşmənçiliyinə və rejimin imperiya siyasətinə qurban verirlər. Ki, İran rejiminin gerçək xisləti də əslində bundan ibarətdir. Sadəcə, 30 il ərzində bunu az da olsa gizlədə bilmişdilər, 44 günlük müharibədən sonra isə nəinki gizlətmir, nümayiş etdirməkdən həzz alırlar.

Anna Akopyanı İranın birinci xanımı Cəmilə Ələmolhoda qəbul edir, İbrahim Rəisinin də iştirak etdiyi tədbirin baş köşəsində əyləşdirir, Allahın evinə aparır, Fatimeyi-Məsumənin qəbrini ziyarət etdirirlər.

Sonra da Akopyan Tehranda iştirak etdiyi tədbirdə 44 günlük müharibədən danışaraq, Azərbaycanı ittiham edir, hazırda Laçın yolundakı aksiyanı “humanitar fəlakət”lə müqayisə edir, bir sözlə, şiələrin müqəddəs məkanından çıxıb bizi günahlandırır. Mollalar da bundan feyziyab olurlar.

Təəccüblə qarşılanmamalıdır, bu, molla rejiminin artıq gizlətmək istəmədiyi gerçək üzüdür. Hazırda Ermənistan və İranı qardaşlaşdıran Azərbaycan düşmənçiliyinin həzzini doya-doya yaşayırlar. Amma və lakin...

Bütün bunlar İran rejimi üçün nə İslamın, nə də Əhli-Beytin heç bir dəyərinin olmadığını növbəti dəfə ispat etdi. Bütün şiə dünyası gördü ki, molla rejimi İslamı da, Əhli-Beyti də siyasətə, maraqlarına asanlıqla satır, hətta Həzrəti Fatimənin məsumluğundan da istifadə edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:00 İlham Əliyev beynəlxalq konfransda iştirakçıların suallarını cavablandırıb - TAM MƏTN + VİDEO Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. "Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru Hafiz Paşayev
08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
21:51 İslamın gizli qalmış həqiqətləri: Peyğəmbərin qızını kim öldürdü ? Tarixi təhlillər : Nifaq salmaq üçün İslamın ən həssas yeri olan Payğəmbərin qızı haqda rəvayətlər meydana gətirilmişdir. Təbərsi, İbn Quteybə və bir neçə tarixçi, ənənəvi və o dövrün hakim dairələrinin təsir dairəsində olan tarixçilərdən, məsələn, Təbəridən, İbn Əsirdən və.s. fərqli olaraq
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az