Əməkdar artist Tünzalə Əliyevanın dəfn olunacağı tarix və yer açıqlanıb.
Bu barədə “Toppuş bacı”nın həmkarı Ülviyyə Əliyeva Axşam.az-a məlumat verib.
O bildirib ki, aktrisa sabah dəfn olunacaq:
“Atası Gəncədən gəlir. O gələndən sonra nəşi Heydər Əliyev məscidinə aparılacaq. Dəfn mərasimi sabah olacaq. Əvvəl deyirdilər ki, Gəncədə torpağa tapşırılacaq. Amma özü vəsiyyət edib ki, Bakıda dəfn olunum. Övladım məzarımı ziyarət edə bilsin. Qərar atası gələndən sonra veriləcək”.
Aktrisanın bacısı Zülfiyyə mərhumun Xırdalan qəbiristanlığında torpağa tapşırılacağını bildirib.
“Bacımla vida mərasimi sabah keçiriləcək. Sevənləri onunla Heydər məscidində vidalaşa bilərlər”, - deyə, aktrisanın bacısı əlavə edib.
Qeyd edək ki, T.Əliyeva bu gün səhər saatlarında Milli Onkologiya Mərkəzində vəfat edib. Sənətçinin bir qız övladı var.
19:43 Nazirlik Əməkdar artist Tünzalə Əliyevanın dəfn xərclərini qarşılayacaqƏməkdar artist Tünzalə Əliyevanın vida mərasimi və dəfn xərclərini Mədəniyyət Nazirliyi qarşılayacaq. Mediaxeberleri.az xəbər verir ki, bu barədə APA-ya aktrisanın ailə dostu Yusif Mustafayev məlumat verib. Onun sözlərinə görə, vida mərasimi sabah saat 11.00-da Heydər məscidində təşkil olunacaq:
14:14 MN: Şəhid zabitlərimizlə vida mərasimi keçirilib -FOTOİyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib. Müdafiə Nazirliyindən Mediaxeberleri.az-a verilən
07:39 Azərbaycanlı qadınların Trabzon və Çankırı macəraları - Şok təfərrüatAzərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən Ağdaş şəhər sakini, 1964-cü il təvəllüdlü Tünzalə Vəliyevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Milli.Az teleqraf.com-a istinadən
Öz şərhini bildir: