Uşaqlar üçün eyni zamanda əhalinin bütün təbəqələri üçün informasiya qeyri bərabərliyini mümkün qədər azaltmaq, kitab mədəniyyətindən və şəbəkə texnologiyalarından eyni vaxtda istifadə etmək vərdişlərinin tərbiyə olunması biz kitabxanaçıların üzərinə düşür.Tovuz rayon Mərkəzi kitabxananın uşaq şöbəsi olaraq oxucularımıza xidmət etmək üçün lazım olantədbirlər, konfranslar, səyyar xidmətlər, görüşlər təşkil edirik. Kitabxananı oxucularımızın ən çox sevdiyi məkana çevirmək üçün tədbirlər planına uyğun olaraq müxtəlif yazıçı yubileyləri, bayram tədbirləri, azyaşlıoxucularımız ü çün “Nağıl saatı” təşkil edirik ki, bu da kitabxanada oxucu audiytoriyasının canlanmasına fürsət yaradır. Kitabxanamızda oxuculara xidmət işini təşkil etmək, onlara mütaliə mədəniyyətini aşılamaq, uşaq mütaliəsinə rəhbərlik etmək üçün çalışmaq, kitabla uşaqlar arasında əlaqə yaratmaq, fondumuzda olan kitab və jurnalları təbliğ etmək, uşaqların informasiya tələbatını ödəmək, oxucuların mədəni, intellektual səviyyəsinin yüksəlməsində köməklik göstərmək əsas məqsədlərimizdir.
Tovuz rayon MKS-in uşaq şöbəsinin qarşısında duran əsas vəzifələrdən biri də mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsi, mütaliənin sevdirilməsi və oxucularda mütaliə mədəniyyətinin formalaşdırılmasıdır.
Kitabxanamızı, oxucularımızın ən çox sevdiyi məkana çevirmək üçün tədbirlər planına uyğun olaraq müxtəlif yazıçı yubileyləri, bayram tədbirləri, azyaşlı oxucularımız üçün “Nağıl saatı” təşkil edirik ki, bu da kitabxanada oxucu audiytoriyasının canlanmasına fürsət yaradır. Oxucular üçün onların mədəniyyət təsisatları və mədəni sərvətlərdən istifadə etmək hüquqlarını, habelə məlumat əldə etmək azadlığını təimin etmək, onların kitabxana fondundan tam istifadə etməsi üçün hər cür şərait yaradılmasını təmin edirik. Burada ayrı-ayrı oxucular, yazıçılar, şairlər, görkəmli elm və mədəniyyət xadiməri tərəfindən kitabxanaya hədiyyə edilən kitablar nümayiş olunur və onların mütaliəsinə şərait yaradılır.
Onu da qeyd edim ki, biz öz işimizdə kitabxanamıza gələnlərin sayı ilə kifayətlənmirik, oxucu auditoriyasının tərkibi, keçirilən tədbirlərin uzunmüddətli prespektivdə təsiri, oxucuların zövqü, əlverişli disskusiya mühiti və s. İlə onlara təsir göstərməyə çalışırıq, həmçinin oxucularımızı eyni vaxtda həm kitablarla həm də informasiya ilə işləməsini tövsiyyə edirik.
Oxucuların tələbatını öyrənmək və bu tələbata onların istədiyi səviyyədə cavab vermək, həmçinin oxuculara kitabxana xidmətini yüksək səviyyədə təmin etmək, kitabxanalararası fondlarından qarşılıqlı surətdə istifadə etmək,məktəblərdə, bağçalarda mütamadi olaraq səyyar xidmət göstərmək, qüsurlu uşaqlara evdə xidmət
göstərmək kitabxanamızın əsas işidir.
Əminəm ki, kitabxana-informasiya mühiti, informasiya və biliklər cəmiyyəti problemləri üzrə yazıçı və şairlərin yazdıqları əsərlərin, professorların elmi məqalələrinin toplandığı kitabxana fondlarımız informasiya sahəsində əlaqələrin möhkəmlənməsinə xidmət etməklə bərabər elmin, savadın və dünyagörüşünün artmasına xüsusu şərait yaradır. Bəzən deyirlər ki, kitabxana işində əhəmiyyətli cəhd yalnız iş prosesindən ibarətdir, ancaq hesab edirəm ki, bu prosesin nəticəsini fərqləndirmək bir qədər çətindir. Məsələyə bu mövqedən yanaşdıqda bütün məsuliyyət kitabxanaçıların üzərinə düşür. Artıq etiraf etməliyik ki, burada da konkret nəticələrə nail olmaq üçün qarşıya məqsədlər qoymaq, həmçinin fondun formalaşdırılması və işlənməsi, oxuculara kitabxana-informasiya, soraq-biblioqrafiya xidmətinin təşkili, maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi, müasir şəraitdə kitabxana işinin kompüterləşdirilməsini də təmin etməliyik.
Mütaliə bütün insanların, o cümlədən gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Mütaliə edilən hər bir kitab oxucunun təfəkkürünü inkişaf etdirir, yeni bilik qazandırır, marağını, mənəvi təlabatını ödəyir, insanın şəxsiyyət kimi formalaşmasına kömək edir. Kiçik yaşlarından kitaba olan maraq gəncləri həyat həqiqətlərini dərk etməyə sövq edir, onlarda mütaliə mədəniyyətini inkişaf etdirir.
Yekun olaraq demək istəyirəm ki, informasiya xidməti heç də yeni bir xidmət növü olmayıb, tarixən inkişaf edib formalaşmış, zaman keçdikcə kitabxana xidmətinin yeni inkişaf etmiş formasıdır. Kitabxanalar isə bu yeni formanın qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün öz işini informasiya cəmiyyətinin tələblərinə müvafiq yenidən qurmalı, keyfiyyəti yaxşılaşdırmalıdır və bunları kitabxana işini həyata keçirən, kitabı qoruyub saxlayan, onu nəsldən nəsilə ötürməyi öz öhdəsinə məqsəd qoyan kitabın böyük dostu və təbliğatçısı olan biz kitabxanaçılar etməliyik.
Fidan Rüstəmova
Tovuz rayon Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri
Öz şərhini bildir: