t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » İcra başçısı avtoqəza zamanı xəsarət alan sakinləri ziyarət edib

İcra başçısı avtoqəza zamanı xəsarət alan sakinləri ziyarət edib

19-01-2023, 10:10 Yazar:  Samir Baxılıb: 104 Çap et
İcra başçısı avtoqəza zamanı xəsarət alan sakinləri ziyarət edib
Məlumat üçün qeyd edək ki, yanvarın 17-də axşam saatlarında Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Qazax-Kəmərli marşrut xətti üzrə hərəkətdə olan kiçiktutumlu sərnişin avtobusunun idarəetməni itirərək aşması nəticəsində xəsarət alanlar olub. Qəza zamanı 7 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfərə tibbi yardım göstərilərək evə buraxılıb.

Yanvarın 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Vətən müharibəsi iştirakçısı, “Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Sərhədçi İdman Mərkəzinin İdman Bölməsinin rəisi, polkovnik Firdovsi Umudov Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, xəsarət alanların səhhətləri ilə maraqlanıblar.

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova xəsarət alanların səhhəti barədə məlumat verərək vəziyyətlərinin qənaətbəxş olduğunu bildirib.

Sakinlər onlara göstərilən diqqət və qayğıya, bugünkü ziyarətə görə razılıqlarını ifadə ediblər.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz qayğısını əsirgəmir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman diqqətdə saxlayır, onları daim ziyarət edir, qayğıları ilə maraqlanır.

Bu gün rayon rəhbəri Firdovsi Umudovla birlikdə xəstəxanada müalicə alan qaziləri də ziyarət edib.

Vətən müharibəsi iştirakçısı Kabıyev Fəxri Əli oğlunu və II qrup Qarabağ müharibəsi əlili Süleymanov Pərviz Əli oğlunu ziyarət edən rayon rəhbərliyi onların səhhəti və qayğıları ilə maraqlanıb.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən bütün hərbçilərimizin, qazilərimizin, şəhidlərimizin ailələrinin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı qazilərimizə tezliklə sağlamlığına qovuşmalarını arzulayıb, hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

İcra başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qanları ilə dastan yazan Vətən oğulları ilə hər birimizin fəxr etdiyini söyləyib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək onlara göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Rayon rəhbərliyi ilə səmimi söhbət edən qazilərimiz ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. Dövlətin qayğısını hər zaman hiss etdiklərini bildirərək bugünkü ziyarəti dövlətimizin onlara olan növbəti qayğısı kimi qiymətləndiriblər. Onlara göstərilən tibbi xidmətə, qayğıya görə Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimlərinə, tibb işçilərinə razılıqlarını ifadə ediblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:30 İcra başçısı xəstəxanada müalicə alan şəhid anasını və qaziləri ziyarət edib 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün sonra əldə etdiyimiz şanlı Zəfərlə Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Ali Baş Komandanın elan etdiyi
21:03 İcra başçısı müalicə alan şəhid ailəsini və qazini ziyarət edib 2020-ci ilin 27 sentyabrında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan Vətən müharibəsi cəmi 44 gün sonra Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. Ali Baş Komandanın elan etdiyi "Qarabağ
18:25 Prezident İlham Əliyev bir qrup şəhid hərbçini təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az