t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Həyat yoldaşları arasında məhəbbəti artıran amillər

Həyat yoldaşları arasında məhəbbəti artıran amillər

17-01-2023, 23:51 Yazar:  Samir Baxılıb: 97 Çap et
Həyat yoldaşları arasında məhəbbəti artıran amillər
Sevgi və məhəbbət - ailə ocağını möhkəm edən amillərdəndir ki, Quran da bizlərə onu tövsiyə edir.

Ərlə arvad arasında sevginin olması - İlahi əmrdir. Ananın övladına bəslədiyi kimi, İlahi nemətdir.

Allah həm valideynlər və həm də valideynlə övlad arasında sevgi yaradar və sonra da bu sevgini övladları arasında bölüşdürər. Bütün ailə üzvlərinin vəzifəsi - bu İlahi hədiyyəni qorumaqdır.

Bunu bilmək lazımdır ki, sevgi insanın şəxsiyyətini alçaltmaz, əksinə məhbub olmağına səbəb olar.

İmam Əli (ə) buyurur: "Üç şey məhəbbətə səbəb olar: gözəl əxlaq, gözəl rəftar və təvazökarlıq".

Ona görə də deyə bilərik ki, sevgiyə səbəb olan ilk amil - gözəl əxlaqdır. Hər bir insan fitri olaraq gözəl əxlaqa malik olan insanları sevər.

kinci amil gözəl rəftardır. O zaman ki, valideyn övladları ilə dost olar, onları ictimai təhlükələrdən daha çox qoruya bilər.

Üçüncü amil - təvazökarlıqdır. Təvazökar olmaq insanı sevimli edər.

Həzrət Peyğəmbər (s) buyurur: "Təvazökarlıq insanın izzət və dəyərini artırar. Ona görə də təvazökar olun ki, Allah sizi böyük etsin".

Biz bilməliyik ki, birgə yaşadığımız insan mələk deyildir, sadəcə bir bəşər övladıdır. Heç kəs eybsiz və nöqsansız deyildir. Ona görə də qarşı tərəfi eybləri ilə qəbul edib, sevmək lazımdır.

Məhəbbəti artıran amillər:

1. Gözləntiləri azaltmaq. Qarşı tərəfdən çox şey gözləmək ərlə arvad arasında olan sevgini azaldar. Hər bir insanın zəif və qüvvətli tərəfləri vardır. Həyat yoldaşları gözləntilərini azaltsalar, o zaman sevgi və məhəbbət də çox olar.

2. Sevgini bəyan etmək. Allahın verdiyi bu neməti dilə gətirmək lazımdır. Sevgi dolu sözlərlə ailə ocağını möhkəm saxlamaq olar.

Həzrət Peyğəmbər (s) buyurur: "Əgər kişi həyat yoldaşına desə ki, "səni sevirəm", bu sevgi dolu sözün təsiri heç bir zaman ürəyindən çıxmaz".

3. Hədiyyə vermək. Hədiyyə vermək sevgi və məhəbbəti artırar. İslam təlimlərimiz bizə söyləyir ki, kişi evə gələn zaman və xüsusilə də səfərdən qayıdan zaman ailə üzvləri üçün hədiyyə almalıdır.

4. Gözəl əxlaq. Gözəl əxlaq səbəb olar ki, ailə ocağı daha isti olsun. Gözəl əxlaqı ailədə daha çox kişi göstərməlidir, çünki o, ailənin yükünü çiynində daşıyar və məsuliyyət sahibidir. Kişidən sonra bu, evin xanımının və övladlarının vəzifəsidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:01 Tövbə və istiğfar 1-İnsan qəflət və nadanlıq, habelə heyvani və nəfsani qüvvələrin coşması nəticəsində günaha batarsa, dərhal Allahın mərhəmətinə sığınıb, Ondan bağışlanmağını diləməli, tövbə və istiğfar suyu ilə qəlbini və ruhunu yuyub saflaşdırmalıdır. 2-Allah-taala Qurani-kərimdə buyurur: "Tövbə edib Rəbbinizə
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
23:08 “İnsan özü Vətən olmağı bacarmalıdır” – Professor İlham Rəhimovun yeni müsahibəsi Rupor.az saytı professor İlham Rəhimovdan müsahibə alıb. Mediaxeberleri.Az bu müsahibənin aktuallığını nəzərə alaraq oxuculara təqdim edir: *** Professor İlham Rəhimovla görüşdük. Təqdimat üçün o qədər açar var qarşımızda, hansını götürüb qapıları taybatay açacağımızı müəyyənləşdirmək çətindir.
13:48 "Din və milli mənəvi dəyərlərdə əxlaq, gözəl xasiyyət və mülayimlik" - Mir Abbas Cəlilov yazır Dünya yaranandan, bəşəriyyət mövcud olandan, insan formalaşmağa başlayandan ünsiyyət, tərbiyə, davranış, ləyaqət əsas amillərdən biri olub. Əsasən ibtidadan formalaşmağa başlayanda artıq uşaqlıqdan, gənclikdən bu tələblər ortaya çıxır. Bir xalqın, bir millətin gələcəyini bilmək və görmək üçün
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az