t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » İmam Cəfər Sadiqdən hər kəsin həyatını dəyişəcək nəsihət

İmam Cəfər Sadiqdən hər kəsin həyatını dəyişəcək nəsihət

14-01-2023, 22:23 Yazar:  Samir Baxılıb: 103 Çap et
İmam Cəfər Sadiqdən hər kəsin həyatını dəyişəcək nəsihət
İmam Cəfər Sadiq əleyhissalam buyurur:

- Cənnəti qazanmağın yolunu axtardım, onu səxavətli olmaqda tapdım.

- Sağlamlıq və salamatlığın yolunu axtardım, onu guşənişin olmaqda tapdım.

- Əməl tərəzisində yaxşı əməllərimin ağır olmasının yolunu axtardım, onu "la ilahə illallah, Muhəmmədun rəsulullah" zikrində tapdım.

- Cənnətə sürətlə və tez girməyin yolunu axtardım, onu bütün işləri Allaha xatir etməkdə tapdım.

- Ölümü sevməyin yolunu axtardım, onu mal-dövlətdən Allahın razılığını qazanmağa xatir ehtiyaclı olanlara bəxşiş etməkdə tapdım.

- İbadətin şirinliyinin yolunu axtardım, onu günah etməməkdə tapdım.

- Qəlbin incəliyinin yolunu axtardım, onu aclıq və susuzluqda (oruc tutmaq, ya az yeməkdə) tapdım.

- Qəlbin nurlu olmasının yolunu axtardım, onu düşünmək və ağlamaqda tapdım.

- Sirat körpüsünü asan keçməyin yolunu axtardım, onu sədəqə verməkdə tapdım.

- Üzümün nurlu olmasının yolunu axtardım, onu gecə namazı qılmaqda tapdım.


- Cahad və çalışmağın üstününü axtardım, onu ailəm üçün ruzi qazanmaqda tapdım.

- Allahın məni sevməsinin yolunu axtardım, onu günahkarlarla düşmən olmaqda tapdım.

- Böyüklük və başçılığın yolunu axtardım, onu insanların xeyirini istəməkdə və onları nəsihət etməkdə tapdım.

- Qəlbimin rahatlığının yolunu axtardım, onu az sərvətə malik olmaqda tapdım.

- İşlərin ən üstününün yolunu axtardım, onu səbr etməkdə tapdım.

- Şərafətli və hörmətli olmağın yolunu axtardım, onu elm öyrənməkdə tapdım.

- Həqiqi ibadəti axtardım, onu pərhizkarlıqda və şübhəli şeylərdən uzaq olmaqda tapdım.

- Rahatlıq və asayişin yolunu axtardım, onu dünyaya bağlı olmamaqda tapdım.

- Ucalıq və alicənablığın yolunu axtardım, onu təvazökar olmaqda tapdım.

- Əziz və hörmətli olmağın yolunu axtardım, onu doğruçuluqda və düzgünlükdə tapdım.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:01 Tövbə və istiğfar 1-İnsan qəflət və nadanlıq, habelə heyvani və nəfsani qüvvələrin coşması nəticəsində günaha batarsa, dərhal Allahın mərhəmətinə sığınıb, Ondan bağışlanmağını diləməli, tövbə və istiğfar suyu ilə qəlbini və ruhunu yuyub saflaşdırmalıdır. 2-Allah-taala Qurani-kərimdə buyurur: "Tövbə edib Rəbbinizə
20:54 İmadəddin Nəsimi fəlsəfəsinə baxış Hər şeydən öncə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ilin Nəsimi ili elan edilməsi barədə sərəncam verdiyinə görə Hörmətli Prezidentimizə minnətdarlığımı bildirirəm. Nəsimi və onun kimi şəxslər millətimizin mənəvi sərvəti olub, bu millətin dünyaya tanıdılması üçün
10:46 İmadəddin Nəsimi fəlsəfəsinə baxış Hər şeydən öncə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ilin Nəsimi ili elan edilməsi barədə sərəncam verdiyinə görə Hörmətli Prezidentimizə minnətdarlığımı bildirirəm. Mediaxeberleri.az bildirir ki, Nəsimi və onun kimi şəxslər millətimizin mənəvi sərvəti olub, bu
16:58 Gülnarə İsrafil: "Yəsin surəsinin beş ayəsi" Bağışlayan və mehriban Allahın adı ilə. 1. Yəsin 2. And olsun həkim olan Qurana 3. Həqiqətən sən risalət verilmiş peyğəmbərlərdənsən 4. Düz yoldasan 5. Quran Əziz və Rəhim olan Allah tərəfindən endirilmişdir. "Bismilləhir rahmənir rahim" Bağışlayan və mehriban Allahın adı ilə. Bi-ilə,
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az