SSRİ xalq artisti İnna Çurikova 80 yaşında vəfat edib.
Mediaxeberleri.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Aktrisanın ölümü ilə bağlı məlumatı Lenkom Teatrının direktoru Mark Varşaver təsdiqləyib.
Ötən ilin iyulunda İnna Çurikova ağır vəziyyətdə reanimasiyada idi. Sənətçinin yıxıldığı və sonra Botkin xəstəxanasına yerləşdirildiyi bildirilib.
O, döş qəfəsindəki ağrılardan şikayətlənib. Müayinədən sonra həkimlər aktrisaya qabırğa, döş sümüyünün və iliumun sınığı diaqnozu qoyublar.
Sonradan məlum olub ki, aktrisa reanimasiyaya yerləşdirilməzdən 2 həftə əvvəl sınıqlarla xəstəxanada olub.
Öz şərhini bildir: