Müğənni Samirə Əfəndi İspaniyanın məşhur kanalı “Telecinco”da yayımlanan “Mediafest Night Fever” yarışmasında qonaq olub.Mediaxeberleri.az xəbər verir ki, Əfəndi “Secret Story” yarışmasının qalibi Kristina Portayla birgə çıxış etmək üçün “Telecinco”dan dəvət alıb. Formata əsasən, müxtəlif sənət nümayəndələri mahnılar səsləndirirlər. Lakin ifaları tək olmur, onlar mahnının ilk səsləndirən şəxslə səhnəyə çıxırlar. Samirəylə Kristina isə “Mata Hari” mahnısını oxuyublar. Onlar rəqqaslarla şou da nümayiş etdiriblər.
Qeyd edək ki, kanalın rəsmi saytında sözügedən mahnı “Son illərin ən hit “Avroviziya” mahnısı” şüarı ilə təqdim olunub.
Öz şərhini bildir: