t s

» » Taekvondoçularımız dünya çempionatının qalibi oldu

Taekvondoçularımız dünya çempionatının qalibi oldu

10-12-2015, 11:02 Yazar:  Əsmər Baxılıb: 383 Çap et
Taekvondoçularımız dünya çempionatının qalibi olduTaekvondo üzrə kişilərdən ibarət Azərbaycan millisi komandalararası dünya çempionatının qalibi olub.

Mediaxeberleri.az
xəbər verir ki, yığma komandamızın baş məşqçi Reza Mehmandosut və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Məhəmməd Məmmədov,Ayxan Tağızadə,Sina Bahrami,Səid Quliyev,Milad Beigi Hərçəqanı və Radik İsaev ilk görüşünü Belçika yığma komandasına qarşı keçirib.

Qarşılaşmada milli komandamız 57-31 hesabı ilə qalib gəlib.Növbəti döyüşdə Özbəkistan komandasına da şans verməyən təmsilçilərimiz (31-11) qrup mərhələsində yerlərini möhkəmlətmiş olublar.

Qrup lideri kimi yarımfinala adlayan yığmamız Cənubi Koreyanı təmsilçiləri ilə görüşdə 48-30 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin edir.

Dünya kuboku uğrunda final döyüşündə güclü İran millisi ilə qarşılaşan komandamız rəqib üzərində inamlı qələbə qazanaraq (42-23) dünya kubokuna sahib çıxıblar. Cənubi Koreya və Rusiya komandaları isə bürünc medala layiq görülüblər.

Azərbaycanın Taekvondo Federasiyasının (ATF) milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Meksikaya yollanan komandamız 14 dekabrda vətənə dönəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
09:34 AGF Kuboku beynəlxalq turnirin ikinci günü də uğurlu olub Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az