Bu gün Fidat Məmmədovun şəhadətə yüksəldiyi gündür
5-01-2023, 08:33
Yazar: Samir
Baxılıb: 210
Çap et

Hər bir şəhid xalqımızın unudulmaz qəhrəmanıdır.
Vətən anlayışı elə bir ali dəyərdir ki, insan onun uğrunda vuruşa, hər cür fədakarlıq göstərə və son anda öz canından keçə bilir. Vətən uğrunda ölmək, şəhadətə yüksəlmək ölümlərin ən şərəflisidir. Təsadüfi deyil ki, Vətənin toxunulmazlığı, onun azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canından keçən hər bir şəhidin xatirəsi xalq tərəfindən əziz tutulur, onların ruhu böyük hörmət və ehtiramla anılır. Həm müstəqilliyə gedən yolda, həm də müstəqilliyinin ilk illərində böyük faciələr yaşayan Azərbaycan xalqının indi hər guşəsində Vətəni uğrunda böyük qəhrəmanlıq göstərmiş minlərlə oğul və qızlarının uyuduğu müqəddəs məkan – Şəhidlər xiyabanları var.
Düz 30 ildir ki, hər bir azərbaycanlının and yerinə, qürur ünvanına çevrilmiş bu müqəddəs məkanlarda uyuyan şəhidlərin rəşadət və qəhrəmanlığına görə müstəqil Azərbaycan yaşayır, illər ötdükcə isə onun müstəqilliyi daha da dönməz və sarsılmaz olur.
Bu dərdi, bu qəmi daim qəlblərdə saxlanılacaq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub. Bundan sonra da örnək olacaqdır. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə qarşı törədilən cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə minlərlə igid oğullarımız və qızlarımız şəhid oldu.
Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur.
Şəhidimizi etiramla yad edirik.
Məmmədov Fidat Əhməd oglu 1959-cu il dekabrın 5-də Qazax rayon Daş Salahlı kəndində anadan olub.
Ailəli idi üç övladı var.
Bütün uşaqların xoşbəxt və firavan yaşaması üçün Fidat isti ocağını soyuq səngərlərə dəyişdi. Canından artıq sevdiyi balalarını körpə ikən atasız qoydu .Ata çörəyi yeyib,ata nəvazişi ilə böyümələrinə torpaqlarımıza uzanan mənfur əllər imkan vermədi. Fidat o əlləri kəsmək üçün silaha sarıldı.
-Bəs balaların, deyə soruşanda "torpaq olmayan yerdə nə mən varam nə də balam deyərmiş."
O,vaxt Ordu yox imiş. Əfqanıstanda qulluq etmiş veteranlar Qazax rayon Hərbi komissarlığına yığışaraq dəstə yaratdılar, Könüllülər dəstəsi. Fidat yüksək hərbi təcrübəyə malik idi,özüdə tağım komandiri idi. O , Vəlixan,Qızılhacılı, Kəməri,Fərəhli, Satılmış,Quşçu Ayrım,Tatlı,Əskipara, Köhnə Qışlaq, Qələmçə və başqa bölgələr uğrunda gedən döyüşlərdə erməni faşistlərinə qarşı şücaətlə döyüşmüş,həmişə öndə getmişdir.Hətta döyüş yoldaşlarının dediyinə görə Agdərə rayonunda gedən kəşfiyyat bölüyündə dəfələrlə gizli tapşırıqlarda iştirak etmişdir.
Ölümün gözünə dik baxan,vüqarla onun üstünə gedən Fidatın son döyüşü 1993 -cü il yanvarın 5-də Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi ugrunda gedən döyüş oldu. FİDAT 20 yaxın düşməni məhv etmiş, həlak olan və yaralı döyüş yoldaşlarının çıxarılmasında Malışın müdafiəsində bütün rotanın xilasında böyük İgidlik göstərərək Qəhrəmancasına Şəhid olmuşdur. Qəhrəmanın ruhu qarşısında baş əyirəm. ALLAH cəmi Şəhidlərimizə rəhmət eləsin .Bizlər sülh əmin-amanlıq içində azad yaşayaq deyə onlar canlarından keçdilər.Nur içində yat Şəhidim,məkanın cənnət olsun uğrunda canından keçdiyin Vətən torpağı işğaldan azad edildi.İnşəallah tezliklə Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Qazagımızın 7 kəndi də mənfur düşmənin tapdağından azad olunar. Vətən,yurd həsrəti çəkən doğma insanlar öz ata baba ocaqlarına dönərlər.
Fidat kimi Qəhrəman oğullar daim qəlbimizdə yaşayır, yaşayacaqdır.
Qəhrəmanımız anası Rəfiqə aramıza Allahdan şəfalar və əzizlərinə səbr diləyirəm.
Sevinc Alməmmədova
www.mediaxeberleri.az
Öz şərhini bildir: