t s

» » Ən yaxşı sevişən peşə sahibləri hansılardır?

Ən yaxşı sevişən peşə sahibləri hansılardır?

9-12-2015, 16:45 Yazar:  Əsmər Baxılıb: 2102 Çap et
Ən yaxşı sevişən peşə sahibləri hansılardır? Hansı peşədən olan kişilər yataqda daha ehtiraslıdır? Bir kişinin görkəmi, varı-dövləti və xasiyyəti qədər yataqdaki performansı da qadınlar üçün önəmlidir. Yataqda qadını təmin edə bilməyən kişi xəyanətə məhkumdur. Bəs görəsən hansı kişilər seks həyatında daha istəklidirlər və qadınları məmnun edə bilirlər?

Bu əlbəttə, insandan insana dəyişir. Ancaq cinsi həyatın yaxşı olması üçün sağlamlıq və güc əsas rol oynayır. Mütəxəsislər bildirirlər ki, bəzi peşələr var ki, həmin peşədən olan kişilər seks həyatında daha aktiv olurlar. Bunun səbəbi həmin peşələri seçən kişilərin daha ehtiraslı olmalarıdır. Bir digər səbəb isə qadınların beyinlərindəki stereotiplərdir. Qadın seksi ilk öncə beynində yaşadığı üçün güclü, yaraşıqlı, bir sözlə ideal kişi ilə yatdığına inanmalıdır. Qadının orqazm olması üçün bu vacib şərtlərdən biridir.

Qadınlar hisslərə daha çox önəm versələr də, xarici görünüş onlar üçün də vacibdir. Qadınlar fikirləşirlər ki, kişi güc və bacarıq tələb edən peşəni seçibsə, deməli yataqda da yaxşı olacaq.

Beləliklə, bütün bunları nəzərə alan mütəxəsislər 400 evli qadın arasında araşdırma aparıblar. Araşdırmaların nəticəsi çox maraqlı olub. Əvvəlcə görək qadınlar hansı peşədən olan kişilərin yataqda daha yaxşı performans göstərdiklərini düşünürlər:

Sənətçilər

Qadınların fikrinə görə, ən ideal kişi sənətçilərin arasından çıxır.

Bu kişilər ön sevişmədə (seksdən öncə nəvaziş, sığal, öpüş və s.)100 faiz “mükəmməl” olaraq dəyərləndirilir. Sənətçilərlə ailə quran qadınların 73 faizi ərlərinin yataqdakı performanslarından tam razıdılar.

İnşaatçılar

İnşaat sektorunda işləyən kişilərin 58 faizi həftədə 2 dəfədən çox sekslə məşğul olurlar. Bu kişilərin 66 faizi qucaqlaşmağı xoşlayır, 57 faizi isə seksdə “mükəmməl” və ya “olduqca yaxşı” olaraq dəyərləndirilir.

Sahibkarlar


Bu kişilər yeni pozalara açıqdırlar. 46 faizi yataqda yeni pozaya üstünlük verir. Ancaq ön sevişmədə onlar o qədər də yaxşı deyillər.

36 faizi həftədə 2 dəfədən artıq sekslə məşğul olan sahibkar kişilər qadınların ürəyini fəht etməkdə də ustadırlar.

Mühəndislər və memarlar

Onların 71 faizi həyat yoldaşlarını təmin edə bilirlər.

92 faizi isə ön sevişmədə çox yaxşıdırlar. 76 faizi gec orqazm olur ki, bu da qadınların seksdən zövq alma müddətini artırır. Bir sözlə, mühəndislər və memarlar da qadınlarla münasibət qura bilirlər. Çünki hər qadın bu peşədən olan kişilərin ehtiraslı olduqlarını bilir.

Müdirlər, süpervayzerlər

38 faizinin seks performansı “mükəmməl” olaraq dəyərləndirilir.

Ancaq bu kişilərin bir pis cəhəti var ki, həyat yoldaşlarının “yox” cavabını qəbul eləmirlər. Onlardan 29 faizi qadın istəməsə belə seksi davam etdirirlər.

Yanğınsöndürənlər və polislər

84 faizinin seks performansı həyat yoldaşları tərəfindən bəyənilir.

Ancaq bu kişilərin 25 faizi ön sevişmə ilə məşğul olmurlar. Bu peşədən olan kişilər yataqda qadınlardan çox şey gözləyirlər. Məsələn, qadının daha cəsarətli olmasını və yeni pozalara açıq olmasını tələb edirlər.

Reklam menecerləri

14 faizi hər gün sekslə məşğul olurlar. 20 faizi yataqda müxtəlif fantaziyalara üstünlük verir.

Ancaq bu kişilər ehtiraslı olsalar da, bu ehtiras tez sönür. Belə ki, əri reklam meneceri olan qadınların 25 faizi seksin tez bitdiyini və təmin olmadıqlarını bildirirlər.

Vəkillər və mühasiblər

Bu peşədən olan kişilərin 42 faizi hər gün sekslə məşğul olmaq istəyir. 46 faizi yataqdan çox hamam, divan, hovuz və ya bağça kimi müxtəlif məkanlarda sekslə məşğul olmağı daha çox xoşlayır.

78 faizi qadının “başım ağrayır” və ya “yorğunam” kimi bəhanələrini qəbul etmir.

Həkimlər

44 faizi çox romantikdilər. Qucaqlaşmağa və öpüşməyə çox dəyər verən bu kişilərin təəssüf ki, 34 faizi ön sevişməni xoşlamır.

36 faizi isə həddindən artıq tez orqazm olur. Ancaq qadınların beynində həkimlərin seksual olması ilə bağlı stereotiplər var. Bu saydığımız mənfi keyfiyyətləri isə onlar çox sonralar müşahidə edə bilirlər.

Bu araşdırmanın nəticələri idi. İndi isə sizə məşhur “Forbes” jurnalının sorğusu əsasında kişilərin seks həyatı ilə bağlı üzə çıxan həqiqətləri təqdim edirik.

Bu sorğuda ameriaklı qadınlar iştirak ediblər. “Forbes” jurnalının rəsmi saytında aparılan sorğuda iştirak edən qadınların hamısı iş qadınıdır və yüksək gəlirləri var. Maraqlı olan isə onların seçimləridir.

Çünki ən yaxşı seks performansı olan kişilərin yanğınsöndürənlər olduğunu düşünürlər. Halbuki siyahıda kosmonavt, vəkil, mühəndis, rok ulduz, şair, həkim və s. kimi müxtəlif peşələr olub. Qadınlar isə bu çox gəlirli və cəmiyyət tərəfindən daha yüksək dəyərləndirən peşə sahiblərindənsə, yanğınsöndürənlərlə yatmağa üstünlük verdiklərini deyiblər.

Qadınların yatmaq üçün ən uyğun və seksual kişi hesab etdikləri peşə sahiblərindən ikincisi striptizçilər olub. Üçüncü sırada isə həkimlər, atletika ilə məşğul olanlar gəlir.

Sorğunun nəticələri olduqca maraqlıdır. Çünki sorğu qadınların jurnalistləri və şairləri bəyənmədikləri ortaya çıxarır. Uzun illərdən bəri qadınların şairlər və gitara çala bilən kişilərə qarşı çox həssas olduqları və onlara “yox” deyə bilmədikləri iddia olunurdu. Halbuki bu heç də belə deyil. “Forbes”in sorğusu bir daha təsdiq edir ki, qadınlar həssas və qadın qayğısına ehtiyacı olan kişilərdənsə, güclü və nə istədiklərini bilən kişiləri seçirlər. Qadınlar onları qoruyan, yataqda təmin edən kişiləri daha çox sevirlər, nəinki mənasız şeirlərlə, serenadlarla, vədlərlə onları əldə etmək istəyən kişiləri.

Təəccübləndirən məqamlardan biri də odur ki, siyahıda işsiz kişilər 2 faiz səs toplayıblar, şairlər isə 1 faiz. Yəni, qadınlar işsiz bir kişi ilə münasibət qurmağı daha normal qarşılayırlar, şairlər isə qadınların gözündə işsizlərdən də pis vəziyyətdədirlər. Şairlər həssasdılar, ancaq seksual və ehtiraslı deyillər.

“Forbes”in siyahısına görə, qadınlar kişilərin seksuallığını və seks performansını aşağıdakı kimi dəyərləndiriblər:

Aktyor – 3 %

Kosmonavt – 2 %

Atlet – 7 %

Balerin – 2 %

Barmen – 3 %

Həkim – 7 %

Yanğınsöndürən – 10 %

Mühasib – 4 %

Jurnalist – 3 %

Vəkil – 4 %

Model – 6 %

Şair – 1%

Polis – 4%

Rok ulduz – 4%

Mühəndis – 1%

Striptizçi – 8%

Cəsus – 5%

İşsiz – 2%




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
01:58 Papanın və Vatikanın gerçək üzü: Öz Tanrısından pul qazanan, İsanı və dini satışa çıxaran holdinq Vatikan, iqtisadi siyasəti ilə “Dövlət Sosializmi”ni tətbiq edən -özü sosializmə qarşı olsa da- bir Kilsə Dövlətidir rrPapa Francisin sonunda erməni yalanına ortaq olması Vatikanı bütün dünyanın diqqət mərkəzinə çevirdi. İllərdən bəri ermənilərin istədiyi, ancaq Vatikanın rədd etdiyi yalan birinci
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
00:15 Qadınlar niyə evli kişilərlə sevgi münasibətinə meyillidir? Bəzən qadınlar sevdikləri kişinin evli olduğunu öyrənsələr belə, onunla münasibəti davam etdirirlər. Bəzi qadınlar isə kişinin evli olduğunu bilə-bilə, onunla sevgi münasibətinə başlayırlar. Bu tip münasibətlər cəmiyyətdə normal qarşılanmasa da, evli kişi ilə sevgi macərasına meyilli qadınların və
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az