t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Talıbov hakimiyyəti oğluna ötürmək istəyirmiş - PKK ilə əlaqəsi olan məmurlar kimlərdir?

Talıbov hakimiyyəti oğluna ötürmək istəyirmiş - PKK ilə əlaqəsi olan məmurlar kimlərdir?

30-12-2022, 10:47 Yazar:  Samir Baxılıb: 128 Çap et
Talıbov hakimiyyəti oğluna ötürmək istəyirmiş - PKK ilə əlaqəsi olan məmurlar kimlərdir?
2015-ci ildən sonra muxtar respublikada yüksək vəzifələrə təyin olunacaq kadrları Seymur Talıbov seçirmiş...
Vasif Talıbovun istefaya göndərilməsi və Naxçıvana Prezidentin xüsusi nümayəndəsinin təyinatından sonra son 27 ildə sürətlə boşalan Naxçıvanın həyatında artıq yeni mərhələ başlayacağı gözlənilir. Bu mərhələ əhalinin kütləvi köçünün dayandırılması, bölgəyə yenidən qayıdışın təmin edilməsi, sosial həyatın canlandırılması və sürətli tərəqqi dövrü olacaq.

Ancaq Naxçıvan əhalisi yeni rəhbərin köhnə komandanın əhatəsində qalmasından narahatdır. Belə qənaətə gəlinir ki, Talıbov idarəçiliyini mənimsəmiş və xalq arasında müsbət reputasiyaya malik olmayan keçmiş rəhbərlik yeni kadrın siyasətini sabotaj da edə bilər. O səbəbdən prinsipcə, bütün kadrlar dəyişməlidir ki, bu da asan proses deyil. Bəzi ekspertlərə görə, Talıbovun kadrları arasında təkcə korrupsiyaya bulaşan deyil, hətta İran kəşfiyyatı və PKK ilə əlaqələri olanlar da var. Ekspertlərə görə, yeni idarəetməyə elə kadrlar cəlb etmək lazımdır ki, çox çevik və bütün köhnə strukturların işlərini öz üzərinə götürmək iqtidarında olsun.

Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli artıq yerli məmurlardan narazılığını dilə gətirib. Bildirib ki, yerlərdə məmurlar tərəfindən vəzifələrdən sui-istifadə halları var. Prezidentin səlahiyyətli nümayəndəsi muxtar respublikanın rayonlarına səfərlər edir, yerli əhali ilə görüşlər keçirir, onların suallarını, şikayətlərini dinləyir. Səlahiyyətli nümayəndənin qarşıya qoyulan vəzifələri uğurla həyata keçirməsi üçün Talıbovun yüksək vəzifələrdə kök atmış kadrlarını təmizləməsi şərtdir.

İddialara görə, Naxçıvanda sürətli hakimiyyət dəyişikliyinin başqa bir ilginc səbəbi də var. Belə ki, muxtar respublikanın sabiq Ali Məclis sədri Vasif Talıbov öz oğlunu - ölkədən çıxışına “stop” qoyulan Seymur Talıbovu yerinə oturtmağa hazırlaşırmış. Bildirilir ki, Naxçıvanda bütün idarəetməni qeyri-rəsmi olaraq oğlu Seymur Talıbov həyata keçirirmiş. Son illər muxtar respublikada yüksək vəzifəli şəxslərin bir-birinin ardınca işdən çıxarılması və həbs edilərək əmlaklarının əlindən alınması prosesi Seymur Talıbovun Ali Məclis sədrliyinə yolunu açmaq məqsədi daşıyıb. Seymur Talıbov Naxçıvan Ali Məclisinin deputatıdır. O, 25 saylı Naxçıvan şəhər seçki dairəsindən deputat seçilib. O, uzun illər idi ki, Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsində işləyirdi. Yerli media hələ bir müddət əvvəl də yazırdı ki, 1988-ci il təvəllüdlü, 34 yaşlı Seymur Talıbovun iş və təhsildə qazandığı “uğurlar”ı sözün əsl mənasında gündəm yaradıb. Məlum olub ki, “Naxçıvan xanı”nın oğlu 2003-cü ildə orta təhsilini başa vuraraq 15 yaşında Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olunub. Belə yaşda tələbə adını qazanan Seymur Talıbovun “uğur”ları bununla yekunlaşmayıb. Belə ki, Seymur Talıbov 2007-ci ildə hüquq ixtisasının bakalavr, 2007-2010-cu illərdə isə magistr pilləsini başa vurub. Talıbovun təhsil karyerası öz “çiçəklənmə” dövrünü 2009-2010-cu illərdə London City Universitetində Beynəlxalq siyasət üzrə magistr təhsili alarkən yaşayıb. 2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. Oxumağı özünə bir nömrəli vəzifə hesab edən Seymur Talıbov 2012-ci ildə Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə qiyabi doktorantura təhsili alıb. 2013-cü ildə Böyük Britaniyanın Oksford Universitetində Said Biznes Məktəbinin “Executive Education” Liderlik və İdarəçilik proqramından məzun olub. 2014-cü ildə “Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri” mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Oxuya-oxuya “iş karyerası”nı da düşünən Seymur Talıbov 2013-cü ildən NDU-da baş müəllim kimi fəaliyyət göstərib.

2016-cı ildən Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, 2017-ci ildən Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının dosenti kimi fəaliyyət göstərən Seymur Talıbov 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V çağırış, 2020-ci ildə isə VI çağırış deputatı olub. Talıbovun alınmayan varis planı və yeni təyin edilən nümayəndənin işinin uğurlu alınması üçün hansı kadr islahatları aparılmalıdır?

Tural Səfərov

Tədqiqatçı-jurnalist Tural Səfərov “Yeni Müsavat”a bildirdi ki, Vasif Talıbovun istefasından sonra Naxçıvanda struktur islahatları aparılır: “Yeni səlahiyyətli nümayəndə Fuad Nəcəfli artıq bir həftədir ki, vəzifəsinin icrasına başlayıb. Səlahiyyətli nümayəndənin işi çox çətindir. O, Vasif Talıbovun dövründən qalmış çoxsaylı problemləri həll etməli, Naxçıvanın müasir dövrün çağırışlarına uyğun inkişafına nail olmalıdır. Bütün bunları Fuad Nəcəfli tək bacara bilməz. Ona görə də yeni səlahiyyətli nümayəndənin yaxşı bir komandası olmalıdır. Vasif Talıbov Naxçıvanın təkcə iqtisadiyyatını, mədəniyyətini, tarixi abidələrini məhv etməyib, həm də kadr potensialını sıradan çıxarıb. Fuad Nəcəfli Azərbaycan Prezidentinin qarşıya qoyduğu tapşırıq və vəzifələri Vasif Talıbovun komandası ilə icra edə bilməz. O komandada korrupsiyaya bulaşmış, Talıbovun qeyri-qanuni göstərişlərini icra edən xeyli məmur var. Həmin məmurlar tutduqları vəzifələrdən uzaqlaşdırılmasa, islahatlar sabotaj olunacaq, istənilən nəticə əldə edilməyəcək. Beləliklə, Naxçıvan sakinlərinin dəyişikliklərə ümidi olmayacaq. Bu da arzuolunmaz fəsadlar verə bilər. Demək istədiyim odur ki, Fuad Nəcəfliyə indi yeni kadrlar lazımdır. Vasif Talıbovun kadrları sırasında PKK-ya bağlı şəxslərin olub-olmadığı haqda isə dəqiq fikir bildirə bilmərəm. Əgər dövlət orqanlarında hansısa şübhələr varsa, müvafiq strukturlar araşdırma apara bilərlər”.

T.Səfərovun sözlərinə görə, ancaq bu məsələdə də diqqətli olunmalıdır ki, “qurunun oduna yaş da yanmasın”: “Vasif Talıbovun təyin etdiyi kadrların sırasında vətəninə, dövlətinə, Prezidentinə sədaqətli, korrupsiyaya bulaşmamış, öz işinin öhdəsindən layiqincə gələn peşəkar kadrlar da var. Həmin kadrları da digər yaramaz məmurlar sırasına qoşub tutduqları vəzifələrdən çıxarmaq Naxçıvana ciddi zərbə ola bilər. Naxçıvanda hər kəs bir-birini yaxşı tanıyır. İstedadlı, vicdanlı bir məmurun "Vasif Talıbovun komanda üzvüdür", - deyə vəzifəsindən uzaqlaşdırılması muxtar respublika əhalisinin narazılığına səbəb ola, yeni səlahiyyətli nümayəndəyə inamı itirə bilər. Ona görə də bir daha təkrar edirəm, bu məsələdə çox diqqətli olmaq lazımdır".

T.Səfərov dedi ki, Vasif Talıbov özündən sonrakı mərhələ üçün oğlu Seymur Talıbovu hazırlayırdı. 2010-cu ildən sonra Vasif Talıbov Seymur Talıbovu özü ilə bütün dövlət tədbirlərinə aparır, muxtar respublikada keçirilən müşavirələrdə onun iştirakı təmin edilirdi: “2015-ci ildə Seymur Talıbov Ali Məclisin deputatı seçildi. Bundan sonra muxtar respublikada bütün məmurlara belə bir mesaj verildi ki, Naxçıvanın növbəti rəhbəri Seymur Talıbov olacaq. Seymur Talıbov 2020-ci ildə yenidən Ali Məclisin deputatı seçildi. Artıq 2015-ci ildən sonra muxtar respublikada yüksək vəzifələrə təyin olunacaq kadrları Seymur Talıbov seçirdi. 2018-ci ildən sonrakı dövrdə isə Vasif Talıbov Naxçıvanın idarəçiliyini Seymur Talıbova tapşırmışdı. Muxtar respublikadakı bütün yüksək vəzifəli məmurlar ona hesabat verirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Vasif Talıbov oğlu Seymuru öz yerinə hazırlayırdı. Seymur Talıbovun muxtar respublikanın rəhbəri olması Naxçıvanın sonu demək idi. Vasif Talıbovdan daha qəddar, daha savadsız olan Seymur Talıbovun Naxçıvana rəhbərliyini xəyal etmək belə qorxuncdur. Seymur Talıbov bir kəndi belə idarə etmək qabiliyyətində olan adam deyildi. Yaxşı ki, bu proses Naxçıvanın xeyrinə başa çatdı. Mən ümid edirəm ki, bundan sonra hər şey Naxçıvan üçün daha yaxşı olacaq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:00 İlham Əliyev beynəlxalq konfransda iştirakçıların suallarını cavablandırıb - TAM MƏTN + VİDEO Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. "Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru Hafiz Paşayev
08:47 “20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – Prezident İlham Əliyevin ADA-dakı çıxışının TAM MƏTNİ Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi
21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az