t s

» » ABŞ-ın Arizona Senatı Xocalı soyqırımını tanıdı

ABŞ-ın Arizona Senatı Xocalı soyqırımını tanıdı

26-02-2015, 12:23 Yazar:  Araz Baxılıb: 546 Çap et
ABŞ-ın Arizona Senatı Xocalı soyqırımını tanıdıXocalı soyqırımını tanıyan ştatların sayı 16-ya çatıb.

ABŞ-ın Arizona Ştat Senatı fevralın 25-də Xocalı soyqırımının tanınmasına dair qətnamə qəbul edib. Qətnamə Senatın plenar iclasında iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib.

Bu barədə Mediaxeberleri.az-a Konsulluqdan məlumat verilib.

Qətnamədə bildirilir ki, erməni silahlı qüvvələri 25-26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 600-dən çox mülki şəxsi qətlə yetirib, minə yaxın insanı yaralayıb və 1200-dən artıq insanı əsir götürüb. “Human Rights Watch” təşkilatının müvafiq hesabatına istinad edilərək, Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsində ən böyük kütləvi qətliam olduğu bildirilir və dünyanın bir sıra ölkələrinin və müxtəlif ABŞ ştatlarının müvafiq qətnamələr qəbul edərək, bu qətliamı pislədikləri vurğulanır.

Qətnamədə bu faciəni törədənlərin hələ də ədalət qarşısında cavab vermədikləri bildirilərək, Dağlıq Qarabağ və 7 ətraf rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin hələ də işğal altında olduğu qeyd olunur.

Eyni zamanda, bildirilir ki, BMT Təhlükəsizlik Şurası və Baş Məclisi müvafiq qətnamələr qəbul edərək, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini pisləyib.

Sonda, Arizona Ştat Senatı tərəfindən 26 fevral 2015-ci il tarixinin Xocalı faciəsinin 23-cü ildönümü kimi tanındığı və faciənin qurbanlarının yad edildiyi bildirilir.

Qeyd edək ki, bu, Arizona Ştatı tərəfindən Xocalı soyqırımına dair qəbul edilmiş ilk rəsmi sənəddir. Bununla, Xocalı soyqımını ABŞ-da tanıyan ştatların sayı 16-ya çatıb.


ABŞ-ın Arizona Senatı Xocalı soyqırımını tanıdı
ABŞ-ın Arizona Senatı Xocalı soyqırımını tanıdı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:50 Amerikalı qubernator Xocalı ilə bağlı bəyanat imzaladı “Bu kimi faciəvi günlərin yad edilməsi olduqca önəmlidir”. ABŞ-ın Corciya ştatının qubernatoru Natan Dil Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat imzalayıb. Mediaxeberleri.az apa-ya istinadən xəbər verir ki, bəyanatda qubernator N.Dil Corciya ştatı adından 23 il bundan əvvəl Xocalıda baş
22:22 Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - Təbriz Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra baş konsulluq tərəfindən faciə ilə bağlı hazırlanmış broşürlər iştirakçılara təqdim
16:58 Argentinada Xocalı soyqırımı anıldı Argentinada Xocalı soyqırımının anımı münasibətilə Ermənistan-Azərbaycan münaqişəsinə dair kitabın təqdimatı keçirilib. Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Azərbaycanın Argentinadakı Səfirliyi tərəfindən “Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin sənədləri toplusu” adlı kitabın
18:51 Norveç parlamenti qarşısında Xocalı soyqırımı ilə bağlı aksiya keçiriləcək Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 26-da Norveç parlamentinin binası qarşısında mitinq təşkil edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyada hər iki təşkilatın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az