t s

» » Neftçi oğlundan ürək ağrıdan məktub... - Atamdan sonra, əmim də...

Neftçi oğlundan ürək ağrıdan məktub... - Atamdan sonra, əmim də...

8-12-2015, 15:45 Yazar:  Anar Baxılıb: 258 Çap et
Neftçi oğlundan ürək ağrıdan məktub... - Atamdan sonra, əmim də...Yazı dənizdə olan axtarışlara baxmayaraq, hələ də tapılmayan 26 neftçiyə və elə həmin gün “Neft Daşları” NQÇ-nin 501-ci özülündə itkin düşən 3 nəfərin timsalında bütün neftçilərə həsr olunur.

"Qafqazinfo" heç bir şərh vermədən neftçi oğlunun ürək ağrıdan yazısını təqdim edir:

Əzizim, Xəzər dənizi

Səni narahat edən sahilində dünya işığına göz açmış Cəfərov Abuzər Yusif oğludur. Atamın adını ona görə qeyd edirəm ki, deməyəsən “mənim sahillərimdə o qədər adam dünyaya göz açıb ki, nə bilim sən hansısan”. Bildin də hansı Yusifi deyirəm, o Yusif Cəfərov ki, düz on il bundan əvvəl, elə məhz dekabr ayında onu bir gün daha artıq görməyim üçün dənizdə fırtına etmişdin... Məhz sənin bu köməyin sayəsində onunla vəsiyyətə bərabər son dəfə söhbət etmişdik. Düzdür, səhəri gün o, işə gedə bildi (kaş, o ay işə çıxmasaydı).

Bir neçə gün sonra da həmin qara xəbəri aldıq: “Cəfərov Yusif Nadir oğlunun halı pisləşib və Neftçilər xəstəxanasına apardılar”.

Yəqin, dənizdəki son günlərində ən çox səninlə danışıb. Bəlkə də işə getməyinin səbəbi də elə səninlə dostluğu idi: son dəfə ürəyini sənə boşaltmaq istəyib. Axı nə də olmasa, bəlkə də gün hesabı hesablasaq onu məndən daha çox sən görürdün, onun dərdlərindən məndən çox sən agah idin, hətta bəlkə də ona məndən daha çox sən dost idin. Bilirsən də azərbaycanlılar övladları ilə çox dərdləşməyi sevməzlər, ümumiyyətlə, bizim bir xasiyyətimiz var ki, dərdimizi dili-ağzı olmayan birinə daha rahat danışırıq. Odur ki, sənin bütün neftçilərlə olduğu kimi onunla da yaxın dostluğun olduğundan əminəm. Odur ki, bu məsələni çox uzadıb sənin də, mənim də dərdimizi təzələmək istəmirəm. Əsas odur mənim kim olduğumu artıq bildin.

Yazacaq bir kimsəm yoxdur deyə sənə yazıram. Sən hər zaman dostluğa sadiq çıxmısan. İndi də səndən əmimə görə xahiş edirəm. O, Günəşli yatağındakı xoşgəlməz yanğın hadisəsi səbəbilə həm dövlət tərəfindən, həm də mətbuat tərəfindən bir az unudulan, elə həmin gün güclü tufan nəticəsində Neft Daşları ərazisində dənizə saldığın üç nəfərdən biri olan Bəhmən Cəfərovdur. Əminəm ki, onunla da yaxşı dostluq münasibətlərin olub, o da lazım gələndə bəzi dərdlərini sənə danışıb, bəzi sevinclərini ilk səninlə paylaşıb. Bəlkə də ona görədir ki, hadisədən 4 gün keçməsinə baxmayaraq onu xilasedicilərə göstərmirsən. Dostluğun nə olduğunu mən də yaxşı bilirəm. Çox istədiyindən dostdan ayrılmaq çətin olur. Adam elə hey dostunu qucaqlayıb bədənini heç kimsəyə vermək istəmir. Amma sən gəl, bizi də anla. Axı, biz də onun üçün nigaranıq, biz də onu bağrımıza basmaq istəyirik. Gəl, inadı burax əmimin bədənini bizə qaytar. Axı dost-dostu çox istəyəndə onun yaxınlarını, doğmalarını da çox istəyir. Gəl, sən əmimi gözləyən bu qədər gözü yolda qoyma.

Səni and verirəm atamla olan on beş ilə yaxin, əmimlə olan iyirmi beş ilə yaxın dostluğunuza, əmimin (eləcə də hələ də axtarışları davam edən digər 26 neftçinin) elə günü bu gün tapıilmasina yardımçı ol! Söz verirəm bir daha səni çirkləndirməyəcəm!!!

Abuzər Cəfərov




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az