t s

» » Yoldaşlarını xilas etdi, özü isə... - Daha bir neftçinin faciəsi...

Yoldaşlarını xilas etdi, özü isə... - Daha bir neftçinin faciəsi...

7-12-2015, 21:59 Yazar:  Gülnar Baxılıb: 1157 Çap et
Yoldaşlarını xilas etdi, özü isə... - Daha bir neftçinin faciəsi...Dünən axşam saatlarında hər kəsdən ümidini itirən Gülərin sosial şəbəkələrdən son çağırışı hamını sarsıb. İtkin düşən 29 neftçidən bir onun atası Xalid İbrahimovdur. Atası ilə şəklini paylaşan gənc bir xəbər bilənlərdən ona məlumat verməsini istəyir: “Xahiş edirəm, bir məlumatı olan varsa, desin, paylaşsın. Biz onu gözləyirik”.

"Qafqazinfo" olaraq, ailədən bir xəbər almaq üçün əvvəlcə Zığ qərargahına, daha sonra da ailənin evinə yollandıq. Qonşularının sözlərinə görə, ailə Qazaxda yaşayır. Hadisəni eşidən ailə buraya-Xalid bəyin bacısının evinə gəlib. Neftçinin universitetdə təhsil alan 2 qızı və 10-cu sinifdə oxuyan 1 oğlu var. Ayın 15 günü dənizdə işləyən Xalid İbrahimov rayonda olduğu 15 gündə də traktorla pul qazanmağa çalışırdı. Ailənin tək maddi gəlir yeri o olub və 2 qızı da universitetdə ödənişli təhsil alır.

Qərargahda bir xəbər almaq üçün gözləyən qohumlarla evə çatdığımız zaman neftçinin həyat yoldaşı üzümüzə baxıb dedi: “Hanı Xalidim? Mən Xalidi istəyirəm, onsuz yaşaya bilmərəm”.

Həyat yoldaşı Kifayət xanımın sözlərinə görə Xalid İbrahimov platformanın mühafizəçisi Mahal Yusifovla neftçilərin qayıqlara minməsinə kömək edib: “Sənin gözəl ürəyinə qurban olum, ay Xalid. Sən orda hamıya kömək etdin, sənin köməyinə yetən olmadı. Artıq dözə bilmirəm, ürəyim yanır. Uşaqlar məndən atalarını istəyir, nə deyim axı? Hələ də bir ümidimiz var ki, platformada qala bilər. Axı neçə gündür bizə niyə bir xəbər vermirlər? Ölübsə cəsədini, sağdırsa özünü gətirsinlər. Götürüm yoldaşımı da gedim evimə, bu gün evə gələn günü idi, kaş heç göndərməzdim. Faciə olan gün 3-4 dəfə danışdıq. Səhər zəng vurmuşdu, soruşdum işləyirsiz? Dedi ki, yox. Bizə çölə çıxmağa icazə vermirlər. Sonra günorta saatlarında zəng vurdu ki, dənizdə 3 nəfər itkin düşüb birdən qorxarsan. “Mən yaxşıyam”.


Yoldaşlarını xilas etdi, özü isə... - Daha bir neftçinin faciəsi...

Sonuncu dəfə də 17:10-da danışdıq. Mənə dedi ki, burda qaz sızması var, yanğın ola bilər. Sakit tonda dediyi üçün bu qədər təhlükəli olacağını gözləmirdim. Dedim ki, ehtiyatlı ol, o da mənə “olacağa çarə yoxdur, şlupkalara minəsiyik” dedi. Sonra bir zarafat da etdi ki, birdən külək şlupkanın ağzını o tərəfə çevirib məni Türkmənistana aparar”.

Qohumların sözlərinə görə, bütün tanışlar küçələrdə bir məlumat axtarmağa çalışır: "Qərargaha, ya da başqa bir yerə zəng vururuq, amma heç nə demirlər. Biz zəng vurmuşuq adamımızdan bir xəbər almaq istəyirik, hələ İntiqam adlı bir şəxs soruşur ki, nömrəsini hardan almışam? Üç gündür ki, bizimlə maraqlanan, bir xəbər deyən yoxdur. Elə özümüz zəng vurub öyrənməyə çalışırıq. Bizə dedilər ki, Xalid platformada işçilərin qayıqlara minməsinə kömək edənlərdən biri olub. Digər bir şəxs də Mahal Yusifov olub. O, hazırda gətirilib və sağdır. Xalidi sonuncu görən odur, ondan da xəbər ala bilmirik. Heç olmasa bir xəbər çatdırsınlar bizə, başqa görənlər də deyir ki, sonuncu pilləkəndə görmüşdük, kömək edirdi. Başqa heç nə”.



Ailə üzvləri ilə söhbətləşdiyimiz zaman qərargah rəsmiləri onlara baş çəkməyə gəldi. Rəsmilərin sözlərinə görə, zonalara uyğun qərargahlar yaradılıb və komissiya üzvləri zonaya yaxın ailələrə baş çəkməyə gedir. Biz əvvəlcə Qazaxa gedirdik, bizə dedilər ailə üzvləri Bakıdadır, yarı yoldan geri qayıtdıq. Dünəndən bu missiyanı həyata keçiririk. Bizim tresdə 8 nəfər itkin düşən var və hər birinə baş çəkməyə çalışırıq”.

Xalid İbrahimovun qohumları tres üzvlərinə bildirib ki, neftçi həmişə platformanın köhnə olmasından gileylənib: “Biz başa düşürük, bu dənizdir və orada işləmək həmişə təhlükə deməkdir. Bəs təhlükəsizlik tədbirləri kifayət qədər güclü olubmu? Sizdən çox xahiş edirik, biz yanmışıq. Bizdən sonrakı neftçi ailələrini yandırmayın. Onlar üçün bir şərait yaradın, onsuz da bizdə nəsə olmamış bir tədbir görülmür. Gözləməkdən başqa çarəmiz yoxdur, ölü, ya da sağ bizə Xalidi tapın”.

Kifayət xanımın son sözləri isə belə oldu: “Mən yoldaşımı sizə təhvil vermişdim, elə sizdən də tələb edirəm. Mənə yoldaşımı gətirin”.

Günel Hacı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az