t s

» » “Ailəmin dağılmasına xəyanət səbəb oldu”

“Ailəmin dağılmasına xəyanət səbəb oldu”

7-12-2015, 21:05 Yazar:  Əsmər Baxılıb: 368 Çap et
“Ailəmin dağılmasına xəyanət səbəb oldu”“Ailəmin dağılmasında bir çox səbəblər oldu. Onlardan biri də xəyanət idi”.

Bu sözləri əməkdar artist Lalə Məmmədova “Space” kanalında yayımlanan “Günaydın” verilişində deyib. O, aparıcı Vüsalə Kərimovanın “Uşaqlarınız ataları ilə görüşürlər” sualına belə cavab verib:

“Bu haqda çox danışmaq istəmirəm. Şükürlər olsun ki, övladlarımla bağlı hər şey qaydasındadır. Təəssüf ki, bu gün cəmiyyətimizdə ailə dəyərləri bəzi insanlar üçün çox ucuzlaşıb. Ailənin məsuliyyətini hər iki tərəf çəkməlidir. Tərəflərdən biri məsuliyyətsiz yanaşarsa, o biri tərəf üçün çətin olur”.

Müğənni boşanmalardan daha çox uşaqların əziyyət çəkdiklərini deyib:

“Mənim ailəmin dağılmasında çox səbəblər oldu. Onlardan biri də xəyanət idi. Mənim üçün ağrılı mövzudur. İnsan sonradan anlayır ki, geriyə dönüş yoxdur. Ayrılıqlarda ən çox da heç biri günahı olmayan uşaqlar əziyyət çəkir. Biz heç olmasa, hər hansı işlə məşğul olub, başımızı qatırıq”.

Lalə Məmmədovanın aparıcının “Balaca qızınızı dünyaya gətirməyi niyə istədiniz? Ailəni əldə saxlamaq üçün” suallarına cavabı belə olub:

“Övladın heç bir şeydə günahı yox idi. Onu mənə Allah vermişdi. Onun artıq ürəyi döyünürdü. Qızımın münasibətlərə heç bir aidiyyatı yoxdur. O, bizdən xahiş eləməmişdi ki, onu dünyaya gətirək. Heç vaxt mənim dilimdən övladlarımın atasının ünvanına pis söz eşitməzsiniz. O, mənim həyat yoldaşım olub. Ona sonadək hörmət edəcəm”.

Qeyd edək ki, Lalə Məmmədovanın Nərgiz və Çinarə adlı iki qızı var. Müğənninin kiçik qızı bu ilin yanvarında dünyaya gəlib.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az